2025

Korrupsiya Azərbaycanın səfərbərlik prosesində

Azərbaycanda korrupsiya ittihamı ilə 2025-ci ilin aprel ayının 22-də Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov 3 ay müddətinə həbs edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daha əvvəl Ramin Şükürovun barəsində ev dustaqlığı qətimkan tədbiri kimi seçib. Onunla bərabər həmin idarənin hərbi xidmətə çağırış şöbəsinin rəisi və zabitlərdən biri də işdən çıxarılaraq həbs edilib. Aprel ayının 3-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşi şəhər şöbəsinin rəisi polkovnik Seymur Qurbanov da 4 il müddətinə azadlıqdan məhrum edilib. O, bir sıra cinayətlərdə, o cümlədən dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və s. maddələrlə ittiham olunub.

Həmin dövrdə Azərbaycan Baş Prokurorluğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından törədilən korrupsiya cinayətlərinin açılmaması ilə bağlı məlumatlar yayımlayıb. Məlum olub ki, hərbi xidmətə yararsız olan 36 nəfər hərbi xidmətə çağırılıb, səhhətində problem olmayan 26 nəfər isə hərbi xidmətə yararsız hesab edilib, daha 12 nəfər saxta sənədlə xidmətdən yayınıb. Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində faktlarla bağlı cinayət işləri açılıb, həbs olunanlar arasında həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri var.

Baş Prokurorluq eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 157 həkiminin səfərbərlik prosesləri zamanı yol verdiyi qanunsuzluqlarda iştirakını təsdiqləyib və tibbi müayinə komissiyalarının tərkibini nəzərdən keçirməyi təklif edib. 2023-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən 78 nəfər məsuliyyətə cəlb edilib, 15 faktla bağlı 22 nəfər barəsindəki materiallar prokurorluğa göndərilib. 2024-cü ildə 51 faktla bağlı 95 nəfər məsuliyyətə cəlb edilib, 2025-ci ilin birinci rübündə isə məsuliyyətə cəlb olunanların sayı 39-a çatıb.

2024-cü ilin noyabr ayında Azərbaycanın Nəsimi Rayon İdarəsində və Goranboy rayon şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9 əməkdaşı məsuliyyətə cəlb edilib. Vətəndaşlardan rüşvət tələb edən üç əməkdaş tutduğu vəzifədən azad edilib, barələrindəki materiallar Baş Prokurorluğa göndərilib. Azərbaycanın Baş Prokurorluğu əvvəllər də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın (Berdzor), Cəlilabad rayon şöbələrində eyni məzmunlu araşdırmalar aparıb və Xaçmaz rayon şöbəsinin rəisi həbs edilib.

Azərbaycan prezidentinin “2022-26-cı illərdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı təsdiq edilməsi haqqında” sərəncamının tələblərinin icrası ilə bağlı tədbirlər çərçivəsində 2023-cü ilin may ayından etibarən səfərbərlik və hərbi xidmətə çağırış prosesini həyata keçirən strukturlarda korrupsiya hallarının ifşası istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Azərbaycanda kölgə iqtisadiyyatı, silahlı qüvvələrdə və səfərbərlik prosesində mövcud olan müxtəlif korrupsiya halları ilə bağlı bir sıra beynəlxalq təşkilatlar da, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı və s. xəbərdarlıq ediblər.

Azərbaycan öz üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirmədiyinə də tənqid olunub. Məsələn, Azərbaycan hələ də 2001-ci ildə 2003-cü ilə qədər alternativ hərbi xidmət sisteminin tətbiqi ilə bağlı Avropa Şurası qarşısında öhdəlik götürüb, lakin müvafiq qanun layihəsinin müzakirələri yalnız 2023-2024-cü illərdə başlayıb.

Əvəzində Əliyev administrasiyası silahlı qüvvələrdə və səfərbərlik prosesində kök salmış ayrı-ayrı korrupsiya hallarını seçmə şəkildə ifşa edib işıqlandırmaq yolu ilə Bakıya yönələn tənqidləri yumşaltmaq davranışını mənimsəyib. Eyni zamanda, səfərbərlik və hərbi xidmətə çağırış komissiyalarının fəaliyyəti ilə bilavasitə bağlı olan çoxsaylı qanunsuzluqlar gizlədilir.

Azərbaycanın konstitusiyasına görə, vətəndaşların əqibəsi hərbi xidmətlə ziddiyyət təşkil edirsə, qanunda nəzərdə tutulmuş bəzi hallarda alternativ xidmətə icazə verilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinin əməkdaşları belə bir qanunun olmamasından istifadə edərək, məcburi hərbi xidmətdən imtina edən Yehovanın Şahidlərini və ya digər dini təşkilatların nümayəndələrini müntəzəm olaraq cəzalandırır, həbs edir və ya cərmləyir, onları zorla hərbi xidmətə çağırır və ölkədən çıxmağı qadağan edirlər. Əvəzində, xaricdə təhsil almaq üçün saxta sənədlərlə çağırışçıların çoxu hərbi xidmətdən azad edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin rəisi və digər əməkdaşlar rüşvət almaqda və bu qanunsuz əməli mütəmadi olaraq təkrarlamaqda ittiham olunaraq 2021-ci ildə cinayət məsuliyyətinə cəlb ediliblər. Yuxarıdakılar 2016-2019-cu illərdə Bakı Şəhər Xəstəxanasının tibb işçiləri ilə birlikdə 11 nəfərə saxta sənəd verərək hərbi xidmətə yararsız hesab ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı şöbəsinin həkim komissiyasının sədri, Bakı şəhər xəstəxanasının həkimi NazilyaRəhmanovaya qarşı saxta məlumatlar və nəticələr vermə, rüşvət alma ittihamı ilə cinayət işi başlanıb.

Demək ki, Azərbaycanın səfərbərlik və hərbi xidmətə çağırış proseslərində iştirak edən bütün peşəkar strukturlar yararsız şəxsləri məcburi hərbi xidmətə çağırmaq üçün qarşılıqlı razılaşdırılmış üsullardan istifadə edirlər. Bunun əksi də baş verir-hərbi xidmətə yararlı şəxslər daha “təhlükəsiz yerlərə” və ya daxili qoşunlara xidmətə göndərilmək üçün rüşvət müqabilində azad edilirlər.

Bu cür təzahürlər postsovet dövlətləri üçün xarakterikdir və sovet “hərbi komissarlıqlarının” ənənəsi hesab olunur. Hətta ön xəttində xidmət etmiş hərbçilər də hərbi komissarları “korrupsioner, ataların övladları, silahlı qüvvələrinin ayıbı, hərbi əməliyyatlarda iştirak və idarəetmə təcrübəsi olmayanlar” və s. adlandırılıblar.

Nəzərdə tutulmuşdur ki, Azərbaycanda ənənəvi “hərbi komissarlıqlar”ın islahatı üzrə işlərə hələ 2005-ci ildən başlanmalıydı. Birgə səfərbərlik agentliyinin yaradılması NATO ilə həyata keçirilən Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyəti Planının (İPAP) tələblərinə uyğun idi. Lakin, 2011-ci ildə, layihənin başa çatdığı vaxtda struktur hələ də qurulmamışdır.

2010-cu ilin vəziyyəti ilə qeydə alınıb ki, Azərbaycan Silahlı Qüvvələrində mövcud olan çoxsaylı problemlər arasında hərbi quluqçuların sosial və mənzil məsələləri, rəhbərlik arasında bilik çatışmazılığı, islahatların ləng getməsi, mənimsəmələr var, hərbi nizam-intizamın aşağı səviyyədədir. Üstəlik, sonuncu hal orduda qeyri-nizamnamə münasibətlərinin, cinayətlərin və qeyri-döyüş şəraitində hərbçilərin ölümlərinin əsas səbəbi hesab edilib. Həmçinin vurğulanıb ki, NATO standartlarına uyğunlaşma prosesi formal xarakter daşıyır.

2012-ci ildə yeni hərbi doktrina qəbul edildikdən sonra, Azərbaycan hərbi büdcənin kəskin şəkildə artırılması ilə silahlı qüvvələrinin struktur islahatlarına başlanıb. Həmin dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələri formalaşıb. Strukturun səlahiyyətləri kimi gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, çağırışaqədərki hazırlığı, silahlı qüvvələrin zəruri kadr potensialı ilə təmin edilməsi, korrupsiyaya qarşı mübarizə üzrə aparılan işləri müəyyən edilib.

Həyata keçirilən islahatlara baxmayaraq, sonrakı illərdə də Azərbaycan ordusunda korrupsiya və digər cinayət təzahürlərin aradan qaldırılmadığı qeyd edilib. Büdcə vəsaitləri də səmərəsiz xərclənib.

2023-cü ildə hətta Azərbaycan prezidenti etiraf edib ki, səfərbərlik və hərbi xidmətə çağırış prosesində korrupsiya və digər problemlər hələ də mövcuddur. Bu bəyanat xüsusilə diqqətəlayiqdir ki, əvvəllər Azərbaycanda baş verən bütün neqativ hallara görə Ermənistanı “Azərbaycan ərazilərini işğal etmiş ölkə kimi” ittiham edirdilər, təbii ki, bunun reallıqlı heç bir əlaqəsi yoxdur. Azərbaycanda səfərbərlik və hərbi xidmətə çağırış prosesində mövcud olan korrupsiya sistemli və mütəşəkkil olub, korrupsioner hakimiyyətinin nəzarəti və razılığı ilə həyata keçirilib.

Telegram kanalımıza abunə olun