2025

“Qara turizm” Azərbaycanın qara işinə haqq qazandırmaq vasitəsi kimi

Potoşəkil: Şuşi Dövlət Təsviri İncəsənət Muzeyi

Müəllif: Nerses Matinyan

Azərbaycan Artsaxda mədəni soyqırımı həyata keçirmək üçün müasir turizm siyasəti alətlərindən istifadə edir.

“Qara turizm” sahəsində tanınan “Nomadmania” təşkilatının nümayəndə heyəti Artsaxa səfər edib. “Nomandmania”nın fəaliyyəti təkcə turizm deyil, həm də müxtəlif media formatlarından istifadə etməklə, “qara turizm” üçün əlverişli yerlər barədə maarifləndirməsidir. Azərbaycanın neft dollarları ilə qidalanan “Nomadmania” Artsaxı dünyaya “erməni qəddarlığına və təcavüzünə” məruz qalmış “Azərbaycan” ərazisi kimi təqdim edir. Azərbaycan bu addımdan “qara turizmi” inkişaf etdirmək üçün deyil, öz təcavüzünü və mövcud mövqələrini, ermənilərə qarşı həyata keçirdiyi etnik təmizləməni qanuniləşdirmək, buna haqq qazandırmaq və “dünyanın gözlərini yummaq” üçün istifadə edir.

“Qara turizm” çərçivəsində 1996-cı ildən etibarən bütün dünyada baş vermis böyük faciələr, kütləvi ölüm yerlərə, qəbiristanlıqlar, bombalanmış və dağıdılmış şəhərlərə, muzeylərə turist səfərləri təşkil olunur. Dünyanın bu cür məşhur “turizm yerləri” sırasına Nyu-Yorkdakı Milli 11 Sentyabr Xatirə Muzeyi, Ukraynanın xəyalət şəhəri Pripyat, Şahzadə Diananın Parisdə öldüyü yer və s. daxil olur. Üstəlik, dünyada turizmin bu növünə birmənalı münasibət yoxdur. Yuxarıdakı turizm sahəsində mühüm alt sektor hesab edilmir, əksinə, təcavüz, terror, ölüm və faciələrlə əlaqələndirilir, çox həssas və qeyri-etik hesab olunur. Bir çox ölkələr öz turizm məkanlarını bu turizm sektorunda görməyə razı deyillər.Hətta bəzi ölkələrdə faciə yerləri “qara turizm”in həmin yerlərə çatmamasına “qadağan olunmuş” elan edilir.

Erməni milli-mədəni izini Artsaxdan silmək, tarixi təhrif etmək və öz təcavüzünə haqq qazandırmaq üçün Azərbaycan hakimiyyəti hazırda “qara turizmdən” istifadə edir. Bakının bu addımı əslində “qara turizm”in nəinki qeyri-etik, həm də siyasiləşmiş tərəfini nümayiş etdirir.

Telegram kanalımıza abunə olun