2025

“Rus Pravoslav” Yaşıl Saatı və Əliyevlərin Dinlərarası dialoqu

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə” 1-ci dərəcəli Müqəddəs Knyaginya Olqa ordeni ilə təltif edib.

Azərbaycanın Artsaxda erməni-xristian dini irsinə iki əsas yanaşması var.

  1. 1990-cı illərdən etibarən tikilən hər şey “işğal xarakterlidir” və məhv edilməlidir.
  2. 1990-cı illərdən əvvəl tikilmiş hər şey ya dağıdılır, ya da alban kimi elan edilir.

Ancaq bir istisna var: Şuşidəki Surb Hovhannes Mkrtiç (Vəftizçi Yəhya) kilsəsi, daha çox Yaşıl Saat kimi tanınır. Azərbaycan təbliğatı həmin kilsəni Rus Provoslav kilsəsi kimi elan etmişdi və onlara görə guya sonradan erməniləşdirilmişdir.

Hər halda Yaşıl Saat Kilsəsi rus provoslav saysaq da, salmasaq da, artıq yoxdur, çünki Azərbaycan onu tamamilə məhv edib.

Dinlərarası dialoquna töhfə verdiyinə görə Azərbaycan yüksək rütbəli şəxsə mükafatlandıran, Rus Pravoslav Kilsəsinin Azərbaycan yeparxiyasının rəhbəri Şuşidə olmuş, yuxarıdakı Azərbaycanda qeydiyyatdan keçmiş digər dini qurumların rəhbərləri ilə bərabər müntəzəm olaraq Ermənistan əleyhinə bəyanatlar səsləndirir, Yaşıl Saatın məhv etməsinə necə yanaşır? Əgər rus olduğunu etiraf etmirsə, Azərbaycanı saxtakarlıqla məşğul olmamağa çağırır mı? Əgər kilsənin rus olduğunu etiraf edirsə, onun niyə dağıdılması ilə bağlı izahat tələb edir mi?

Artsaxın demək olar ki, bütün şəhərləində və kəndlərində Vətən müharibəsinə həsr olunmuş abidələr və ya xatirə kompleksləri var idi. Bir neçə gündən sonra Moskvada müharibədə qələbənin 80 illiyi ilə bağlı parad keçiriləcək. Bu qələbəyə Artsax ermənilərinin də böyük töhfəsi oldu. Son 4-5 il ərzində Azərbaycan həmin abidə komplekslərini də sistemli şəkildə məhv edir. Rus Pravoslav Kilsəsi vaxtilə ümumi vətən uğrunda hələk olmuş insanların abidələrinin dağıdılmasında maraqlanıb və ya buna etiraz edib? Mümkündür ki, siyasi məqsədəuyğunluqdan “unutdular”? Azərbaycan təbliğatı iddia edir ki, bölgənin bütün xristian mədəni irsi albandır. Qədim alban xalqının tarixindən, onların azsaylı və həssas vəziyyətindən sui-istifadə edən Azərbaycan öz ölkəsində qeydiyyatdan keçmiş “Alban-Udi icması”na sahiblik iddiasında olmağa çalışır. Bu məqsədlə Bakı Alban-Udi kilsəsinin xristian dünyasında tanınmasına çalışır. Bu siyasətinə töhfə verən istənilən struktur aydın şəkildə dərk etməlidir ki, bütün bunlar qədim xristian sivilizasiyalarından birinin qoyub getdiyi irsin məhv edilməsi hesabına həyata keçirilir və buna görə məsuliyyət daşıyır.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsi regionun xristian irsini məhv edən, Rus qəbiristanlıqlarını və Böyük Vətən Müharibəsinin iştirakçılarının abidələrini dağıdan indikiAzərbaycan hakimiyyətini birbaşa və ya dolayısıyla həvəsləndirir.

Telegram kanalımıza abunə olun