2025
Fotoşəkil:Jaromir Stetina
1990-cı ilin sonu və 1991-ci ilin əvvəllərində Artsaxda vəziyyət daha da çətinləşdi. SSRİ və Azərbaycan hakimiyyətinin tədbiq etdiyi repressiyaları və zorakılığı gücləndirmişdir. Şimali Artsaxda vəziyyət son dərəcə narahat edici idi. Gədəbəy, Tovuz, Şəmxor və Daşkəsən rayonları boşaldılıbdı.
1990-1991-ci illərdə Şaumyan, Getaşen, Şuşi və Berdadzor rayonlarının erməni kəndlərində sovet silahlı qüvvələrinin, Azərbaycan milislərinin xüsusi təyinatlı dəstələrinin (OMON) və silahlı yaraqlılarının terror aksiyalarına qarşı silahlı özünümüdafiə təşkil edilib. Şahen Meqryan Şahumyan rayonunun, Tatul Krpeyan Getaşen (Çaykənd), Manvel Sarkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin və Andranik Arutyunyan Berdadzor subregionunun özünümüdafiəsini öz üzərinə götürüb.
1990-cı ilin noyabr ayında SSRİ-nin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə istintaq orqanları[1] Azərbaycan SSR hökumətinin məxfi materiallarını, o cümlədən Xanlar və Şahumyan rayonlarının kəndlərindən erməni əhalisinin zorla deportasiyası planını ələ keçirdi. “Halqa” hərbi əməliyyatı[2] həmin siyasətin kulminasiya nöqtəsinə çevrildi.
1991-ci ilin fevral ayında Azərbaycan SSR Ali Sovetinin sessiyası erməni əhalisinin respublikadan deportasiyası planını təsdiq etdi.
Həmin ilin aprel ayının 10-da Azərbaycan hökumətinin üzvlərindən və hərbiçilərdən ibarət böyük yüksək rütbəli nümayəndə heyəti Getaşendə olub və Getaşen, Martunaşen erməni kəndlərinin əhalisinə ultimatum təqdim edib, odur ki, 3 gün ərzində əmlaklarını satıb mühacirət etsinlər. Sakinlər tələbi yerinə yetirməkdən imtina etdilər.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ayaz Mütəllibov Şahumyan rayonunun və Getaşen subregionunun erməni sakinlərini zorla köçürülməsinə çağırıb.
“Halqa” əməliyyatı SSRİ daxilli işlər nazirinin birinci müavini general-polkovnik Boris Qromov rəhbərlik edəcəkdi.
Aprel ayının 15-də Getaşen subregionundan və Martunaşendən SSRİ Daxilli İşlər Nazirliyinin daxilli qoşunlarının bölmələri geri çəkildi. Polis adı altında fəaliyyət göstərən Azərbaycan OMON polisi dəstələrinə sərbəst fəaliyyət göstərmək imkanı verilib.
Aprel ayının 21-də Azərbaycan OMON bölmələri Getaşen və Martunaşeni işğal etməyə cəhd etsə də, erməni özünümüdafiə qüvvələrinin göstərdiyi müqaviməti ilə qarşılaşıb və itki verərək geri çəkilib. Həmin andan etibarən əməliyyata SSRİ Daxilli İşlər Nazirliyinin daxilli qoşunları və Sovet Ordusunun bölmələri[3] rəhbərlik etməyə başladılar.
Aprel ayının 23-də Ermənistan Respublikası Ali Sovetinin sədri Levon Ter-Petrosyan SSRİ rəhbərliyinə məktub ünvanlayaraq erməni əhalisinin müdafiəsi və təhlükəsizlik təminatlarının təmin edilməsi üçün təcili tədbirlər görməyi təklif edib.
Aprel ayının 26-da Sovet qoşunları və Azərbycan OMON tərəfindən Getaşen kəndinin mühasirəyə alınması hazırlıq işlərinə başlanıldı.
Aprel ayının 29-dan 30-a keçən gecə Azərbaycan xüsusi təyinatlıları SSRİ Silahlı Qüvvələrinin və Daxilli İşlər Nazirliyinin Daxilli Qoşunlarının birləşmələrinin dəstəyi ilə ümumilikdə 207 ədəd hərbi texnika (100-ə yaxın tank), 6000-ə yaxın hərbçi, 6 helikopterin[4] iştirak etdiyi “Halqa” hərbi əməliyyatı keçirib.
Aprel ayının 30-da düşman Martunaşenə daxil olub. Kəndin özünümüdafiə qüvvələri, Simon Açıqgözyanın komandanlıq etdiyi “Arabo” batalyonu və Karot Mkrtçyanın komandanlıq etdiyi “Proşyan” batalyonu qeyri-bərabər döyüşə girdi. Kənd amansızcasına atəşə tutuldu-təxminən 200 ev olan Martunaşen tamamilə dağıdılıb. Sovet Ordusu komandanlığı 48 saat ərzində Getaşen və Martunaşenin ermənilərdən tamamilə təmizlənməsi, əks halda hücumun davam etməsi şərti ilə atəşkəs təklif etdi.
Şiddətli döyüşlərdə Tatul Krpeyan, Simon Açıqqyozyan, Martiros Şahnazaryan, Artur Karapetyan, Valeri Nazaryan, Zarzand (Hraç) Danielyan və başqaları qəhrəmancasına hələk oldular.
Hərbi əməliyyatları ətrafdakı yaşayış məntəqələrinin azərbaycanlı əhalisi izləyirdi ki, imkan olanda ermənilərin əmlakını talasınlar.
Getaşen və Martunaşen kəndlərinin mülki erməni əhalisnin kütləvi deportasiyası may ayının 4-də başlayıb may ayının 8-dək davam etdi. Mayın 7-də 3000-3500 nəfər hərbi helikopterlə Stepanakertə, oradan isə Ermənistanın müxtəlif rayonlarına aparılıb. Bütün bunlar sovet hərbçilərinin gözü qabağında baş verirdi.
“Halqa” terror əməliyyatının başlandığı faciəli günlərdə SSRİ-də, Qərbi Avropada, ABŞ-da dünyanın mütərəqqi ziyalıları, çoxsaylı diaspor erməni strukturları, ictimai və partiya təşkilatları öz etirazını səsləndirərək törədilmiş misli görünməmiş dövlət cinayəti ilə bağlı dəstək və başsağlığı vermişlər.
“Halqa” hərbi əməliyyatının keçirilməsi siyasi qərar idi. Həmin əməliyyat zamanı 41 nəfər hələk olub, 70 nəfər yaralanıb, 335 nəfər girov götürülüb. Avqust ayına qədər daha 24 erməni kəndi deportasiyaya məruz qalıb, 100-dən çox erməni[5] qətlə yetirilib. “Halqa” hərbi əməliyyatı nəticəsində Azərbaycan hakimiyyəti Şimali Artsaxın bir hissəsini işğal etməyə və ermənilərdən təmizlənməsinə nail ola bildi.
“Halqa” əməliyyatı ərzində törədilmiş cinayətlərə görə SSRİ və Azərbaycan SSR-in siyasi və hərbi rəhbərliyi məsuliyyət daşıyır. Əslində, bu əməliyyat Sovet-azərbaycan razılaşması idi, məqsədi erməni əhalisinin öz yurdundan didərgin salmaq, Artsax ermənilərini öz haqlı tələblərindən əl çəkmək üçün və onları deportasiya etmək məqsədi ilə qorxutmaq idi.
[1] 1990-1991-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayətində SSRİ Daxilli İşlər Nazirliyinin xüsusi istintaq-əməliyyat qrupunun qərargahının rəhbəri Viktor Krivopuskov idi, həmin dövrdə yaşanmış hadisələr barədə əsəri var: Кривопусков В., Мятежный
Карабах. Из дневника офицера МВД СССР, Издание второе, дополненное, Москва, Голос-пресс, 2007.
[2] Daha ətraflı bax: Barseqyan-Krpeyan İ., Tatul Krpeyan-Şimali Artsaxın Getaşen subregionunun özünümüdafiəsi, Yerevan, 2016-cı il. Barseghyan-Krpeyan I, Tatul Krpeyan: The Self-Defense of the Getashen Sub-District in Northern Artsakh, Yerevan, 2019.
[3] Bax: Л. Мелик-Шахназарян, Военные преступления Азербайджана против мирного населения Нагорно-Карабахской Республики, Ереван, 1997, էջ 20:
[4] Емельяненко Вл., Свидетельствую: в Геташене была бойня, “Московские новости”, 12 мая, 1991.
[5] Bax: Голос Армении, 30 апреля, 2005.