2025
İsmayıllı rayonunun Pataklu kəndi rayon mərkəzindən təqribən 11 km cənub-qərbdə yerləşirdi. Sakinləri Artaxın Xaçen və Vərəndə mahallarından köçmüşlər. Qədim dövrlərdə kəndlilərin arıçılıqla məşğul olması ilə əlaqədar kənd Petak (kovan, arı pətəyi) adlanırdı. Sonradan “Petak” kənd adı tatarlar tərəfindən Patakluya çevrildi.
1861-ci ildə kənddə 27 ev erməni əhalisi olub. Məşhur topoqraf Makar Barxudaryantsın ziyarəti zamanı-1890-cı ildə, kənddə 46 ev erməni əhalisi olub-313 sakinlə, 172 kişi, 141 qadın. 1914-cü ildə Patakluda yalnız ermənilər yaşayırdı-470 sakin.
Pataklu kəndi 1918-ci ilin yazın əvvəlində türk qoşunların və yerli tatarların hücumundan sonra, dağıdılıb, sonra isə ermənilərdən boşaldılıb.
Azərbaycanda sovet hakimiyyətinin qurulduğundan sonra, qırğınlardan xilas olan az sayda pataklulılar qonşu kəndlərdə məskunlaşıblar.
Patakluda Surb (Müqəddəs) Astvatsatsin adlı kilsə olub, yuxarıdakı 1918-ci ildə dağıdılıb. Orta əsr memarlığı üzrə mütəxəssisi Samvel Karapetyanın ziyarəti zamanı-1985-ci ildə, 18-ci əsrdən 1918-ci ilə aid 60-a yaxın kitabələri olan məzər daşları ilə kəndin qəbiristanlığı qorunub saxlanılırdı. Daha qədim qəbiristanlıqların əksəriyyətində kitabələr yox idi.
Samvel Karapetyan kənd yerində yerləşən qəbiristanlığında qorunub saxlanılan 18-ci əsrə aid iki qədim məzər daşının kitabəsini nəşr edib.
“Usta Qasumun məzar daşı budur, 1717-ci il”
“Yazir xanın məzar daşı budur, 1717-ci il”.
Pataklu kəndində hazırda yaşayış yoxdur.
Ədəbiyyat
Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il.
Karapetyan S., Albaniyanın erməni litoqrafiyaları, Yerevan, 1997-ci il.
Karapetyan S., Albaniyanın özü, 1-ci hissə, Yerevan, 2024-cü il, s. 196-198.