2025

“Multikultural və tolerant” Azərbaycanda dini etiqad azadlığı sıxışdırılır

“2024-cü ildə Azərbaycanda dini etiqad azadlığının vəziyyəti əlverişsiz olaraq qalır”,-Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyası (USCİRF) Dövlət Departamentinin Xüsusi Nəzarət Siyahısına daxil olan ölkələrlə bağlı illik hesabatını təqdim edərək Azərbaycanla bağlı hissə belə başladı.

Hesabatda qeyd edilir ki, İranla əlaqələrdə olma ittihamı ilə Azərbaycan hakimiyyəti tərəfindən şiə dindarları təqib edilir. Hazırda Azərbaycanda  saxta ittihamlarla 233 dindar məhkum edilib, yuxarıdakılar fiziki və cinsi zorakılığa məruz qalırlar. Bakı rejimi öz opponentlərini təqib edərkən bəzən, Qubad İbadoğlu ilə olduğu kimi, dini ekstremizmdə ittihamlar irəli sürür.

Hesabatda vurğulanır ki, dini mənsubiyyətlərinə görə Azərbaycan əsirliyində olan ermənilərlə də pis rəftar edilir. “Erməni xristian məhbusları tez-tez döyülmə, psixoloji təzyiq, tibbi yardımdan və düzgün yeməkdən məhrumetmə, eləcə də xaç döymələri yandıraraq silmək cəhdlərə oxşar dini təqiblər kimi qəddar rəftara məruz qalırlar”.

Dağlıq Qarabağda erməni dini irsinə istinad edərək, komissiya qeyd edib ki, əldə edilən yeni peyk fotoşəkilləri Azərbaycan tərəfinin erməni kilsələrini, məzarlarını və digər abidələrini dağıdılmasını sənədləşdirir.

Komissiya ABŞ hökumətə məqsədyönlü sanksiyalar tətbiq etməyi, Dağlıq Qarabağ və ətraf rayonlara müstəqil tədqiqat qrupu göndərməyi, təhlükəsizluk sektorunda ABŞ-ın Azərbaycana dəstəyini məhdudlaşdırmağı, Senatda Azərbaycanda dini etiqad azadlığı ilə bağlı dinləmələr keçirməyi tövsiyə edir.

Bakı hesabata özünə xarakterik inkar üslubunda cavab verdi, odur ki, Azərbaycanla bağlı istənilən tənqid “qərəzli və əsassızdır” və erməni lobbisinin təsirinin nəticəsidir. Azərbaycan reaksiyalarında oxlar Ermənistana yönəlir, qeyd edərək ki, Azərbaycana istənilən tənqid regionda sülh prosesinə mane olur.

Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasından başqa Azərbaycanın qanunsuz hərəkətlərinə və təqiblərinə beynəlxalq insan haqları təşkilatları, Avropa Şurası, Avropa Parlamenti, BMT-nin İşgəncələrə Qarşı Komitəsi və s. istinad ediblər.

Özünü Beynəlxalq auditoriyaya “multikultural və tolerant” kimi təqdim edən Azərbaycan hesabatlarda təqdim olunan real görüntü ilə ziddiyyət təşkil edir.

“Multikultural və tolerant” Azərbaycan təkcə ermənilərə deyil, həm də erməni irsinə qarşı düşmənçilik, ksenofob və təcavüzkar siyasət aparır. Bu yanaşma həm də Azərbaycan daxilindəki etnik qruplara şamil edilir-talış, ləzgi, Şiə dindarları və digər dini qrupların nümayəndələri təqib olunur.

Azərbaycanda digər xalqların sayı onilliklər ərzində durmadan azalır. Assimilyasiya və zülm yolu ilə Azərbaycan çoxdan monoetnik ölkəyə çevrilmişdir. 2009 və 2019-cu illərin siyahıyaalınması məlumatlarını müqayisə etsək görərik ki, ləzgilər, talışlar, ruslar, avarlar, tatarlar, udilər, gürcülər, yəhudilərin sayı azalıb. Nəzərə alsaq ki, həmin dövrdə azərbaycanlıların sayı artmışdır (10 il ərzində 91.6 %-dən 94.8 %-ə), deyə bilərik ki, etnik azlıqların nümayəndələri üçün elə şərait yaradılıb ki, onlar ya assimilyasiya olunub, ya da ölkəni tərk ediblər.

Azərbaycanda müxtəlif dini icmalar və onların rəhbərləri girov statusundadırlar. Artsaxda erməni dini-mədəni irsin mənimsənilməsi işinə Azərbaycanın udi icmasının sədri Robert Mobili qarışmağa məcbur olub.

2025-ci ilin mart ayında Erməni Apostol Kilsəsinin Böyük Britaniya yeparxiyasının rəhbəri yepiskop Hovakim Manukyan və xristian liderləri Böyük Britaniyanın baş nazirini Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi üçün addımlar atmağa çağırıblar. Məktubu Böyük Britaniyada fəaliyyət göstərən müxtəlif kilsələrin nümayəndələi tərəfindən imzaladığını nəzərə alaraq Azərbaycan tərəfi də Böyük Britaniyanın Baş nazirinə kollektiv məktub (müraciət) ünvanlayıb- “Azərbaycanın dini konfessiyaların rəhbərlərin”dən. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin başçılığı ilə Rus Pravoslav Kilsəsinin, Alban-udi xristian dini icmasının və bir sıra yəhudi icmalarının rəhbərləri də məktubu imzalamağa məcbur oldular.

Beləliklə, Azərbaycan timsalında biz iki fərqli reallıq və xarakterlə qarşılaşırıq-uydurma və real. Oxşar hesabatlar və bir çox qeydə alınmış faktlar Bakının “tolerant” simasını ifşa edir, bunun kölgəsində isə Azərbaycan regionun yerli əhalisinin mədəni irsini ardıcıl olaraq məhv edir və mənimsəyir, dindarları təqib edir.

Telegram kanalımıza abunə olun