2025
Bakı quberniyasında Quba şəhəri Bakıdan və Şamaxıdan sonra ermənilərin sıx yaşadığı şəhər idi. 1873-cü ildə şəhərin 11324 sakindən 62-i[1], 1886-cı ilin ailə siyahılarına görə 13917 sakindən 833-ü[2], 1897-ci ildə aparılan siyahıyaalma məlumatlarına görə isə 15363 sakindən 807-i erməni olub.
1873-cü ildə şəhərdə iki kilsə olub-erməni Surb (Müqəddəs) Astvatsatsin və rus kilsəsi. Erməni kilsəsi tiblisili Stepanos Andreasyan-Lazaryanın vəsaiti ilə 1856-cı ildə tikilib. 19-cu əsrin ortalarında Qubada çox az sayda erməni yaşayıb-cəmi 2-3 ev. Məhsul bolluğu və gəlirli ticarət biznesi yoxsul əhalinin marağına səbəb olub, həmin əhali də Qubaya mühacirət edib. Mühacirət edənlərin əksəriyyəti Qarabağlı və Şamaxılı idi. “Mşak” qəzetinin müxbiri Anton Melik-Dadayants yazır ki, bu axnı sayəsində, iki kahinin xidmət etdiyi erməni kilsəsi erməni əhalisinə kiçik idi, yeni bir kilsə tikmək məsələsi var idi[3]. Şəhərdə üç erməni məktəb fəaliyyət göstərirdi-kişi, qadın və mənəvi məktəbləri.
Anton Melik-Dadayants yazır ki, Qubanın erməni gəncləri, Dərbəndin erməni teatrının uğrundan həyəcanlanaraq teatr qrupu yaratmaq və tamaşalar göstərmək, əldə edilən gəliri ilə isə erməni cəmiyyətinə böyük sevinc bəxş edəcək oxu zalı açmaq niyyətində idilər.
Quba qəzasının erməni kəndlərindən 19-cu əsrin ortalarında ikisi istinad edilir-Kilvər, Yeni Xaçmaz. Kilvərdə yalnız ermənilər yaşayırdı-513 nəfər erməni-maarifçi əhali. Kənddə Surb (Müqəddə) Grigoris kilsəsi olub. Yeni Xaçmazın 236 sakinindən 168 nəfəri erməni-maarifçi, 68 nəfəri sünni-tatar idi. Kənddə bir kilsə-Surb (Müqəddəs) Astvatsatsin və bir məscid[4] olub. Hər iki kənddə də kilsə məktəbləri var idi.
19-cu əsrin sonlarında qəzada ermənilərin yaşadığı digər bir kəndi də olub-Qaracallı adlı.
Təəssüf ki, bölgənin ermənilərinin həyatında 19-cu əsrin ortalarında görünən müsbət dəyişiklər, ümidverici hərəkətlər və hadisələr bir neçə onillikdən sonra başqa cür sona çatdı. 1918-ci ilin may ayında yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin apardığı anti-erməni siyasəti nəticəsində bölgənin erməni əhalisi ya qırğınlara məruz qalıb, və ya deportasiya edilib, erməni mədəni irsi isə məhv edilib.
[1] Сборник сведений о Кавказе, Т. 5. Списки населенных мест Кавказского края. Ч. 1: Губернии: Эриванская, Кутаисская, Бакинская и Ставропольская и Терская область. изданный под редакциею главнаго редактора Кавказскаго Статистическаго Комитета Н. Зейдлица, Тифлис, 1879.
[2] Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г., издан по распоряжению Главноначальствующаго гражданскою частию на Кавказе Закавказским статистическим комитетом, Тифлис, Тип. И. Мартиросиянца, 1893.
[3] Mşak, Tbilisi, 1873, mart 29, N 12.
[4] Сборник сведений о Кавказе, Т. 5. Списки населенных мест Кавказского края. Ч. 1: Губернии: Эриванская, Кутаисская, Бакинская и Ставропольская и Терская область. изданный под редакциею главнаго редактора Кавказскаго Статистическаго Комитета Н. Зейдлица, Тифлис, 1879.