2025

Artsaxın Sarov yaşayış məntəqəsi

2025-01-23

«Сборник материалов для описания местностей и племен Кавказа» dövri nəşrinin 1888-ci ilin sayında Yelizavetpol quberniyasının Sarov və Hadrut erməni yaşayış məntəqələri barədə məqalələr var.

Sarovun bir illik məktəbinin müdiri Nikolay Grigorovun Yelizavetpol quberniyasının Cavanşir qəzasının Sarov kəndi haqqında yazdığı «Село Саров, Елисаветпольской губернии, Джеванширского уезда» adı ilə məqaləsini təqdim edirik.

Yelizavetpol quberniyasının Cavanşir qəzasının Sarov kəndi qədim zamanlardan mövcuddur. Daha sonra onun adına “Bequm” adı əlavə edilib, həmin ad Qarabağın Mehdiqulu xanın bacısının Azad Bequmun adından yaranıb, yuxarıdakı kəndi cehiz kimi alıb. Məqalə müəllifi N. Grigorov qeyd edir ki, Sarov kəndində qədim zamanlardan ermənilər yaşayırdı, bunu kənddəki qədim qəbiristanlığı da təsdiqləyir. Bütün məzar daşları arasında yalnız erməni yazısı olan biri qədimliyinə görə diqqətə layiqdir, bu yazı da zamanla silindi, bərpa etmə imkanı yoxdur. N. Grigorov qeyd edir ki, köhnə sakinlərinin dediyinə görə, kəndin ruhaniləri həmin yazılarını oxuyurdular. Müəllifin dediyinə görə, məzar daşı 4-cü əsrdə yaşamış erməni knyazlarından birinə aiddir, ətrafda isə sarovluların məzarlarıdı.

Müəllif qeyd edir ki, Sarov kəndində qədim xristian əhalisinin mövcudluğunu sübut edən arxeoloji abidələrindən üzümdən suyu sıxma köhnə şərab kelterlərini (üzüm presi) göstərmək olar.

1873-cü ilin məlumatlarına görə, Sarov kəndində 117 ailə, 1886-cı ildə isə 140 ailə var idi.

Məqalə müəllifinin dediyinə görə, yerli kilsə sökük vəziyyətdə idi, buna görə də yeni kilsənin tikintisi nəzərdə tutulmuşdur.

Pul qazanmaq üçün hətta uzaq qəzalardan-Zəngəzur, Cəbrayıl və Şuşidən gəlirdilər. Sentyabr ayında hər bir ailə ər-arvad, iki və ya üç uşaqdan ibarət tatar ailəsini qəbul etməyə hazırlanırdı. Ər tarla işlərində ev sahibinə kömək edirdi, arvad isə evin xanımına.

Məqalə müəllifi bildirir ki, tatarlarla qonşuluq Sarovun sakinlərinin həyat tərzini və adət-ənənələrini dəyişdi. Öz adət-ənənələrini unudaraq yerli xristianlar tatarlardan diqqətsizliyi, avaralığı, tənbəlliyi öyrənmişdilər.

1885-ci il oktyabr ayının 17-də Sarovda məktəb açılır, burada 1886-cı ildə 36 oğlan oxuyurdu-35 erməni, 1 rus.

Nikolay Grigorovun bu məqaləsi Yelizavetpol quberniyasının Sarov kəndinin erməni yaşayış məntəqəsi olduğunu bir daha da təsdiqləyir.
Kənd bu gün də Sarov adlanır, Azərbaycan Respublikasının Tərtər rayonunda yerləşir.

Telegram kanalımıza abunə olun