2025
Yevlax rayonunun ermənilərin yaşadığı Qandak (Qandax) kəndi Kür çayının sol sahilində, ticarət yolunda, Mingəçevir yaşayış məntəqəsinin yaxınlığında yerləşir. Bölgənin çoxlu erməninin yaşadığı tarixi yaşayış məntəqələrindən biri idi. Kənd ilk dəfə 1628-ci ildə erməni biblioqrafiyasında qeyd edilmişdir, 1640-cı ildən qorunub saxlanılmış qeyd də var. Qandzasar katolikosu Yesai Həsən-Cəlalyanın bildirdiyinə görə, Qandak 1712-ci ildə ləzgilərin dağıdıcı basqısına məruz qalıb. “Qandak (Qandax) adlı kəndinə daxil olaraq tamamilə məhv etdilər”. Kənd barədə 1806-cı il tarixli gürcü səyahətnaməsində qeyd var. “Kür çayından keçərək Qandak adlı erməni kəndinə çatırlar”.
Kəndin adı 19-cu əsrin əvvəlllərində də çəkilir, həmin əsrin ortalarında isə, kənddə yalnız ermənilər yaşayırdı-60 ev. Məşhur topoqraf yepiskop Makar Barxudaryantsın ziyarəti zamanı-1888-ci ildə, kənddə 120 ev erməni əhalisi var idi-825 nəfər, 1914-cü ildə isə kənddə yalnız ermənilər yaşayırdı-977 sakin.
1918-ci ildə Qandak kəndi regionun digər erməni yaşayış məntəqələri kimi türk qoşunlarının və müsavat üzvlərinin hücumuna məruz qalıb, kənd ermənilərdən boşaldılıb.
Qeydlərə görə, Qandak kəndində 19-cu əsrin sonunda Surb (Müqəddəs) Astvatsatsin adlı kilsəsi var idi, yuxarıdakının həyətində kitabələri olan qəbir daşları ilə kiçik qəbiristanlıq var idi. Makar yepiskopu Barxudaryants həmin yerdə qorunub saxlanılmış qəbir daşlarından birinin üstündəki kitabəsini nəşr edib.
“Bu Melik-Melkumovun qəbir daşıdır
Həmin şəxs Çalapovun oğlu idi
Oxuyan Tanrı rəhmət eləsin desin, 1840-cı il”.
Qandak kəndinin keçmiş ərazisi hazırda Mingəçevir şəhərinin sərhədlərinə daxildir və cənubi şəhərətrafı zonasına çevrilib.
Ədəbiyyat
Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il.
Yesai Həsən-Cəlalyan, “Alban ölkəsinin qısa tarixi”, Yerevan, 1997-ci il, s. 24.
Karapetyan S., Albaniyanın erməni litoqrafiyaları, Yerevan, 1997-ci il.
15-ci əsrin Erməni əlyazmalarının xatirələri (kolofon), Yerevan, 1978-ci
il, s. 302.
Cəlalyan S., Böyük Ermənistana səyahət, hissə-B, Tbilisi, 1858-ci il, s. 383.
Çobanyan P., Gürcü səyahətnamələri və onların ermənilər haqqında məlumatları, Yerevan, 1981-ci il, s. 150.