2025

Zəngəzur qəzasının Artsvanik kəndi

Yelizavetpol quberniyasının Zəngəzur qəzasının erməni Artsvanik yaşayış məntəqəsi barədə «Сборник материалов для описания местностей и племен Кавказа» dövri mətbuatının 1898-ci ilin sayının (25-ci nəşri) ikinci bölümündə Melik-Şəhnəzərov məlumatlar verir.

Məqələ müəllifinin bildirdiyinə görə, kənd Yeritsvəng adlanır, adını kəndin yaxınlığında yerləşən Yeritsakavəngin (Ерицакаванк, Ерицака) adından almışdır. Monastır qırmızı əhəng daşından tikilmişdir və Qırmızı monastır da adlanır. Məşhur erməni tarixçisi Stepanos Orbelyanın bildirdiyinə görə, 11-ci əsrdə Yeritsak yepiskopu tərəfindən tikilmişdir. Artsvanik, monastırın mülkiyyəti olaraq, monastır icmasının qış iqamətgahı kimi xidmət edib. Məqalə müəllifi qeyd edir ki, kənd qəbiristanlığında qədim kilsəsi dayanırdı. 18-ci əsrin əvvəllərində Fətəli xan kəndi dağıdır, monastırı isə məhv edir. Müəllif Artsvanikdə anadan olmuş xain Melik-Frangül (kənddən uzaqda öldürülüb, ümumi qəbiristanlıqdan ayrı yerdə dəfn edilib) barədə də məlumətlər verir.

E. Melik-Şəhnəzərov 1882-ci ildə kənddə açılmış bir illik məktəbi, kənd sakinlərinin pəhrizi, gündəliyi və həyat tərzi barədə də məlumətlər verir.

Artsvanik 19 kənddən ibarət Zəngəzur qəzasının 3-cü polis bölməsinin görkəmli 5 kəndindən biri idi. 1893-cü ilin vəziyyəti ilə kənddə 114 ev olub-910 erməni sakin. Məqalə müəllifi qeyd edir ki, Artsvanikin sakinlərinin ləhcəsi demək olar ki, Şuşinin ermənilərinin ləhcəsindən fərqlənmirdi.

Dövrün növbəti şahidinin dəqiq sənədləşdirilmiş faktları yenə də bölgədə ermənilərin yerli olduğunu sübut edir, onların etnik obrazına hətta xarici ölkə hökmdarları təsir etmədi.

Ermənistan Respublikasının Sünik mərzinin Artsvanik kəndidir.

Foto Hetq.am tərəfindən çəkilmişdir

Telegram kanalımıza abunə olun