2025

Qarsın azərbaycanlaşdırılması

2024-12-11

Türkiyə Ermənistan ilə İğdır və Qars illəri (vilayət) ilə həmsərhəddir, yuxarıdakı erməni cəmiyyəti üçün təkcə tarixinə görə deyil, həm də müasir dövrdə həmin illərdə (vilayət) baş verən hərbi-siyasi və demoqrafik inkişafları ilə maraqlıdır. Müvafiq olaraq, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi nəticəsində gözlənilən sərhədlərin mümkün açılmasını, əvvəlki tənzimlənmə prosesini pozmaqda həmin illərin əhalisinin rolunu, onların arasındakı anti-erməni əhval-ruhiyyəsi nəzərə alaraq Ermənistanın bilavasitə yaxınlığında yerləşən bu illərdəki (vilayət) vəziyyət xüsusi diqqətə layiqdir.

1991-ci ildə SSRİ-nin dağılmasından sonra, həmin illərdə (vilayət) azərbaycanlıların (kollektiv adı ilə) sayı kəskin şəkildə artdı, 2000-ci illərdən etibarən Bakının birbaşa təsiri altında əhəmiyyətli dərəcədə artmışdır. Onun başlanğıcı Azərbaycanın prezidenti H. Əliyevin təşəbüssü ilə Qarsda öz adına parkın salınması ilə 2002-ci ildə elan edilmişdir, bundan sonra bir çox mədəni proqramlar həyata keçirildi, H. Əliyevin ölümündən sonra isə “ulu öndərin” xatirəsinə həsr olunmuş mərasimlər keçirilmişdir. Qars ilində (vilayət) azərbaycanlılar ərazi və icma rəhbərlik vəzifələrini tuturlar, böyük elektorata, dövlət və parlament seçkilərdə Bakının maliyyə və təbliğat dəstəyinə malikdirlər. Fiziki, iqtisadi və siyasi fəallığı ilə seçilən bu qrupdan anti-erməni tədbirlərdə, Türkiyənin və Azərbaycanın liderlərinin arasında regional məsələlər üzrə münasibətlərdə, seçki kampaniyalarında mütəmadi olaraq istifadə edilir. Xüsusi ilə də Bakı hakimiyyəti Dağlıq Qarabağ məsələsini manipulyasiya edərək, enerji təchizatını kəsməklə hədələməklə yanaşı, Türkiyənin Qars və İğdır illərində yaşayan öz həmvətənləri vasitəsilə Ankaraya mütəmadi olaraq təzyiq göstərirlər ki, Ermənistan ilə münasibətlərinin tənzimlənməsi və ya sərhədlərin açılmasına imkan verilməsin.

Ən parlaq nümunələrindən biri 2009-cu ildə Ermənistan-Türkiyə “futbol diplomatiyası” ərzində Qarsda və İğdırda yerli Azərbaycan təşkilatlarının təşəbbüsü ilə başlanan etiraz dalğası idi. Buna cavab olaraq Türkiyənin baş naziri Ərdoğan, yerli özünüidarə orqanlarının seçkilərlə bağlı təşviqat kampaniyası zamanı Bakının təxribatlarına xərac verməyə məcbur olaraq, bəyan etdi ki, Dağlıq Qarabağın məsələsini diqqətdən kənarda qoymaq olmaz, beləliklə, Ermənistan ilə münasibətlərin tənzimlənmə prosesinin dayandırıldığını elan edib.

2011-ci ildə Türkiyənin parlament seçkilərinin ərəfəsində Azərbaycan tərəfi Qarsda Ermənistan ilə dostluğa və sülhə həsr olunmuş “insanlıq abidəsi”nin qoyulmasına qarşı çıxaraq yenə eyni alət dəstini tətbiq etdi. Nəticədə, seçkilərdə uduzacağından qorxaraq və yerli azərbaycanlıların tələbi ilə Ərdoğan abidəni “əcaib” (ucube) adlandırıb, artıq tikilmiş abidənin sökülməsinə göstəriş verdi. Sonradan ölkə başçısı məhkəmənin qərarı ilə böhtana görə cərimə ödəsə də Qarsın və İğdırın Azərbaycan faktoru Bakının əlində Dağlıq Qarabağ məsələsində Türkiyəyə təzyiq və Ermənistana qarşı əsas təhdid vasitəsi kimi möhkəmləndirildi.

Qarsda fəaliyyət göstərən “Qafqaz universitetinin” azərbaycanlı tələbələri öz növbəsində 2019-cu ildə “Pan erməni Oyunları” Təşkilat Komitəsinin nümayəndə heyətinin səfəri ilə bağlı etiraz aksiyası təşkil etdilər, yerli Kürd əhalisinə də onlara qoşulmağa çağırıblar. 2020-ci ilin müharibəsindən və Artsaxın işğalından sonra, Qarsda azərbaycanlı hələk olanların xatirəsinə həsr olunmuş sərgi təşkil edildi, yuxarıdakı “türk dünyasının hələk olanların xətrinə həsr olmuş tədbir” kimi elan edildi.

Daha sonra, 2024-cü ilin iyul ayının 3-də Qarsın bələdiyyəsi Türkiyə-Azərbaycan Assosiasiyaları Federasiyası və Azərbaycan Respublikasının Diasporla İş üzrə Komitəsi Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum təşkil etdi. Burada “1918-1920-ci illərdə Şərqi Anadoluda erməni quldur dəstələrinin törətdikləri cinayətləri” xatırladılıb, qeyd edərək ki, həmin dövrdə Qarsın və hazırda Ermənistan adlanan Qərbi Azərbaycanın sakinləri də ermənilərin qanlı hücumlarına məruz qalıblar.

Bu kontekstdə, Qarsın kürd və azərbaycanlı əhalisi arasında anti-erməni əhval-ruhiyyəsini gücləndirməyə yönəlmiş Ermənistana və ermənilərə qarşı saxta ittihamlarla keçirilən tədbirlər narahatedicidir. Buna oxşar təbliğat xarakterli “hərbi-vətənpərvərlik” proqramları yerli azərbaycanlılar arasında xüsusilə də 2020-2021-ci illərdən etibarən Qars ilində (vilayət) Türkiyə-Azərbaycan birgə qış təlimlərinin intensivliyinin artırılması ilə daha da möhkəmlənməyə başladı.

Beləliklə iddia edə bilərik ki, Azərbaycan Qarsın və İğdırın azərbaycanlılardan öz maraqlarına xidmət etmək və müəyyən təsirini təmin etmək məqsədi ilə istifadə edəcək.

Telegram kanalımıza abunə olun