2025
Azərbaycan hakimiyyətinin birbaşa himayəsi altında fəaliyyət göstərən “Qərbi Azərbaycan” icması bu gün Bakıda növbəti anti-erməni konfransı təşkil edib, həmin konfransa Azərbaycanda 25-dən çox akkreditə olunmuş diplomatik nümayəndəlik, müxtəlif ölkələrdən, o cümlədən Türkiyədən, ABŞ-dan, Böyük Britaniyadan, Almaniyadan, İtaliyadan, Belçikadan, Fransadan 100-dən çox nümayəndə iştirak edir. Türkiyənin sabiq xarici işlər naziri Mölud Çavuşoğlu da qonaqlar arasındadır.
Konfrans zamanı prezident İlham Əliyevin döyüşkən və ərazi iddiaları ilə müraciəti oxuyublar , həmin müraciətdə Əliyev Ermənistan Respublikasının suveren ərazisini yenə də “Qərbi Azərbaycan” adlandırıb. Müraciətdə Azərbaycanın rəhbəri qeyd edib ki “Ermənistanda yaşayan azərbaycanlılar etnik təmizləmələrə məruz qalmışlar və tədricən öz tarixi vətənlərindən qovulmuşlar”, əlavə edib ki, “Qərbi Azərbaycan” icmasının göstərdiyi fəaliyyəti yalnız “deportasiya edilmiş azərbaycanlıların sülh və təhlükəsiz şəkildə öz ata-baba yurdlarına qayıdışını təmin etməsi” nəzərdə tutur.
Azərbaycan prezidentinin dediyinə görə, Ermənistan ərazisində Azərbaycan tarixi-mədəni abidələrindən yalnız Göy məscidi qorunub saxlanılmış, güya yuxarıdakının ilkin tarixi-memarlıq üslubunu Ermənistan qəsdən dəyişdirib. Azərbaycan prezidenti yəqin ki, məscidin irana xas olduğunu sübut edən sənədləşdirilmiş məqalələrinə istinad edir.
“Geğard” fondu bu yaxınlarda “Qərbi Azərbaycan” uydurma narativə istinad edərək, Ermənistan Respublikasının suveren ərazisi Azərbaycan tərəfindən “tarixi vətən” adlandırıldığını, ölkənin inzibati ərazi vahidlərinə saxta adlar verdiyini təqdim edib, aydındır ki, bütün bunların tarixi reallıqla heç bir əlaqəsi yoxdur, ərazi bütövlüyünə təhdiddən başqa bir şey deyil.