2025

Yerevan quberniyasının Yeni Bəyazid qəzasının Gözəldərə kəndi

2024-11-22

«Сборник материалов для описания местностей и племен Кавказа» dövri mətbuatının 1893-cü ilin sayında[1] Naxçıvan qəzasının Cagri kəndinin məktəbinin nəzarətçisi A.Ter-Margarov Yerevan quberniyasının Yeni Bəyazid qəzasının Gözəldərə kəndi barədə məqalə yazmış.

A.Ter-Margarov yazır ki, Gözəldərə adı “gözəl” və “dərə” sözlərindən ibarətdir. Erməni tarixçisi Stepanos Orbelyana istinad edərək, məqalə müəllifi qeyd edir ki, keçmişdə kənd Vardenis-“güllər ölkəsi” adlanırdı, 5-ci əsrdə şahzadə Vasak Syuniyə məxsus ərazilərin bir hissəsi idi. Şahzadə Vasakın ölümündən sonra, bir sıra digər kəndlərlə birlikdə 460-cı ildə kənd Tatev monastırına keçdi. Sonralar Baqratunilərə məxsus ərazilərin bir hissəsi oldu, sonra səlcuqların, türklərin və farsların hakimiyyəti altına, 1827-ci ildə isə Rusiyanın hakimiyyəti altına keçdi. Göyçə gölündən bəhs edərək müəllif qeyd edir ki, keçmişdə həmin göl Geğarkunu, sonra isə Geğama tsov (dəniz), hazırda da Sevana gölü adlanır. Məqalə müəllifi qeyd edir ki, gölun adasında 305-ci ildə Qriqor Lusavoriç sonradan Sevan monastırının tikildiyi yerdə Müqəddəs Dirilmə Xilaskarının adına qurbangah tikmiş. Ölkə əhalisi haqqında məlumatlar təqdim edərək məqalə müəllifi qeyd edir ki, burada yerlilər yoxdur, indiki sakinləri isə-46 ev ermənilər, 1829-cu ildə Alaşkert (Ələşgird) və Muş ilçələrindən köçmüşlər. Eləcə də qeyd edir ki, kənddə köçəri kürdlər (15 ev) yaşayırlar. 1873-cü ilin məlumatlarına görə, kənddə 1.903, 1886-cı ildə-2.826 nəfər yaşayırdı. 1886-cı ilin statistik məlumatlarında müəyyən qeyri-dəqiqlik var-kənddə 2742 nəfər erməni ilə birlikdə 346 nəfər tatar da yaşamış.

Təqdim olunan məlumatlar bunu sübut edir ki, 19-cu əsrin sonlarında kəndin erməni adı olmadığına baxmayaraq, əvvəldən erməni idi və ermənilər yaşayırdı.

Gözəldərə indiki Ermənistan Respublikasının Geğarkunik mərzinin Vardenik kəndidir.

[1] Сборник материалов для описания местностей и племен Кавказа dövri nəşri, 1893-cü il, 17-ci sayı.

Telegram kanalımıza abunə olun