2025

COP29-un ilk həftəsi. Vədlər, təbliğat, az hərəkət

2024-11-19

Bakıda BMT-in iqlim sammiti baş tutduğu zaman, antropogen iqlim dəyişikliyini necə dayandırma məsələsi müzakirə olunsa da, belə konfransların nəticələri ilə bağlı nikbinlik demək olar ki, yoxdur.

Sammitin neft və qaz hasil edən Azərbaycanda keçirilməsi barədə qərarı artıq tənqidlərə səbəb olubdu. Davam edən zirvənin ilk həftəsinin göstərdiyi kimi, yuxarıdakı Azərbaycan üçün ilk növbədə özünü reklam etmə platformadır.

Faktiki zirvə başlamazdan əvvəl, aparıcı dünya mediası çoxlu nəşrlər etmişdi, qeyd edərək ki, COP29-a ev sahibliyi edən Azərbaycanda insan haqları kobud şəkildə pozulur- müxalifətçilər və jurnalistlər həbs olunurlar, azad söz məhdudlaşdırılır. Britaniya “Guardian” qəzeti aşkar edib ki, Azərbaycan X-in sosial şəbəkəsində saxta istifadəçi hesabları ilə tədbirə müsbət reaksiyalar formalaşdırmağa çalışıb.

Açılış nitqində Azərbaycan prezidenti İlham Əliyev tənqidlərə cavab vermə fürsətini əldən vermədi. “Sizin üçün pis xəbərlərim var. 196 ölkədən 72 min nəfər gəldi, o cümlədən 80 prezident, vitse-prezident və baş nazir”.

Əliyev və başqa azərbaycanlı rəsmilər, Azərbaycan prezident köməkçisi Hikmet Haciyev daxil olmaqla bu iqlim konfransından gərgin siyasi münasibətləri olan ölkələri tənqid etmək üçün istifadə ediblər. Söhbət xüsusilə Fransa və Hollandiyadan gedir, azərbaycanlı rəsmilər onları neokolonializmdə ittiham ediblər.Əliyev və Haciyev Ermənistana da toxunublar, qeyd edərək ki, sammitdə iştirək etməmək iqlim məsələlərinə ciddi yanaşmamaq deməkdir. Rəsmi Bakı unudur ki, karbon qazı emissiya indeksi ilə Azərbaycan Cənubi Qafqazda liderdir (Ermənistan və Gürcüstan birlikdə olmasından daha çox).

Azərbaycanın mediası da öz növbəsində Bakıya gələn qonaqlardan Azərbaycan haqqında təriflər toplamaqla məşğuldur.

Neft-qaz ölkəsi olma sualına istinad edərək, Əliyev məhz iqlim sammitində qeyd edib ki, “neft və qaz Azərbaycana Allahın hədiyyəsidir”. Eyni zamanda iqlim tədbirinin təşkili ilə məşğul olan məmurlar, paralel olaraq, yeni neft və qaz müqavilələrin imzalanması üçün danışıqlar aparıblar.

İqlim sammitinin gözləntilərinə istinad edincə çoxları qeyd edir ki, bu cür tədbirlər iqlim dəyişikliyi ilə mübarizəyə müsbət təsir göstərmir. Ölkələrin nümayəndələri öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi barədə bildirdiklərinə baxmayaraq atmosferə zərərli qazların emissiyaları artmağa davam edir.

Karbon qazı emissiyaları sahəsində neft və qaz sənayesi aparıcı rol oynayır və həmin ölkələr Azərbaycan daxil olmaqla istehsal həcmini azaltmağa hazırlaşmırlar. Azərbaycanın ixracatının demək olar ki, 90 faizini neft və qaz təşkil edir, durmadan artan hərbi xərcləri olan bir ölkənin neft dolları gəlirlərinin bir hissəsindən necə imtina edəcəyini təsəvvür etmək çətindir. Digər çirkləndirici sahə nəqliyyat, o cümlədən aviyasiyadır. Sosial şəbəkələrdə istifadəçilər kinayəli qeydlər edirlər ki, nümayəndələr belə tədbirlərə yüzlərlə şəxsi təyyarə ilə gəlirlər, bu da problemə ciddi yanaşmanın olmamasını göstərir.

Power Shift Africa tədqiqat strukturunu təmsil edən Mohamed Adou qeyd edib. “bu sammitdə iştirak etdiyim 15 ildə ən pis ilk həftəsi idi. İqlimin maliyyələşdirilməsi hədəfinin nə olduğu və bu vəsaitlərin həssas ölkələrə necə təqdim ediləcəyi aydın deyil”.

COP29-a iştirak edən Panama ətraf mühit naziri də bildirib. “Hərəkət etməkdən daha çox danışırlar”.

Cəri həftə bir sıra siyasi mübahisələrdən də məhrum olmadı. Polşa prezidenti Andjey Duda “ailə şəkil” mərasimində iştirakdan imtina edib, buna səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun orada olması hesab edib. Türkiyə prezidenti R.T. Ərdoğan öz növbəsində Bakıdan getdikdən sonra, bildirib ki, Ankara İsraillə bütün əlaqələri kəsib. Məlum olduğu kimi, yuxarıdakı Azərbaycanın yaxın və strateji tərəfdaşlarından biridir. Qəzzada gedən müharibə fonunda Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşib, lakin Azərbaycan həmin ölkə ilə münasibətlərini daha da yaxınlaşdırmağa davam edir. Bundan başqa, İsrail prezidenti İsaak Herzoq Türkiyə onun təyyarəsinin ölkəsinin hava məkanından keçməsinə icazə vermədiyi üçün Bakıya çata bilməyib.

Yeri gəlmişkən, o da məlum olub ki, Bakıda keçirilən iqlim konfransında kömür, neft və qaz hasilatında lobbiçilik fəaliyyəti ilə məşğul olan 1773 nəfərə də iştirak hüququ verilib.

Telegram kanalımıza abunə olun