2025

Diasporda fəaliyyət göstərən “Azərbaycan evləri”nin anti-erməni fəaliyyəti

Dünyanın müxtəlif ölkələrində azərbaycan hakimiyyətinin təşəbbüsü ilə çoxlu təşkilatlar yaradılır, bunlar tarixi hadisələri təhrif etməklə erməniyə xas olanı beynəlxalq ictimaiyyətin gözündə çevirmək məqsədi daşıyır.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində sözdə “Azərbaycan evləri” təşkilatları yaradılır, bunlar xaricdə yaşayan azərbaycanlıları bir araya gətirməsinə xidmət edirlər.

Xarici ölkələrdə fəaliyyət göstərən “Azərbaycan Evləri”nin coğrafiyası

Qeyd etməyə dəyər ki, “xaricdə yaşayan azərbaycanlıları bir araya gətirməklə” həmin təşkilatların əslində ölkə xaricində başqa funksiyası var – anti-erməni təbliğat aparmaq, erməniyə xas olana qarşı sərgilər və tədbirlər təşkil etmək.

Belə ki, “Azərbaycan evlərinin” təşəbbüsü ilə 2024-cü ilin aprel ayında Finlandiyanın paytaxtı Helsinki şəhərində “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir keçirilib, “İZ” “sənədli” filmi də nümayiş olunub, növbəti dəfə erməniləri xəyali ərazisi olan “Qərbi Azərbaycanı”ın tarixi abidələrini-qalaları, sarayları, türbələri, məscidləri, körpüləri və s. məhv etməkdə ittiham edirlər.

Azərbaycan diasporu tərəfindən təşkil olunan buna oxşar anti-erməni tədbirlərinin mövzusu fərqlidir. Hələ fevral ayında Polşanın Krakov şəhərində yeni açılmış “Azərbaycan Evi” təşkilatı sözdə Xocalı “soyqırımının” 32-ci ildönümünə həsr olunmuş sərgi keçirmişdir, güyə sərgidə iştirak edən polyaklara Ermənistan tərəfindən törədilmiş “etnik təmizləmələr” və “qətllər” barədə ətraflı məlumat verilib.

Jurnalistlərlə müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, daha çox “Azərbaycan evinin” açılması, o cümlədən Çexiyada və İraqda da planlanır. Azərbaycan rəsmisi öz çıxışında qeyd edib ki, “azad edilmiş” ərazilərlə bağlı müxtəlif dillərdə kitabların nəşrinə dəstək verirlər, nümunə kimi “Şuşa tarixi” kitabının almanca nəşri təqdim edir.

Azərbaycan diasporunun fəaliyyətini araştıraraq əminliklə qeyd etmək olar ki, anti-erməni məzmununa əsaslanır.

Bütün nöqteyi-nəzərdən Bakı hakimiyyəti hətta diaspor vasitəsilə də təhrif olunmuş anti-erməni faktlarını beynəlxalq ictimaiyyətə çatdırmağa səy göstərməktən əl çəkmir.

Telegram kanalımıza abunə olun