2025
2024-10-17
Oktyabr ayının 12-ü və 13-ü Çexiyanın paytaxtı Praqada minaların qurbanlarına həsr olunmuş fotosərgilər keçirilib.
Sərgi “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Çexiyada fəaliyyət göstərən Azərbaycan “Land of Fire” (“odlar diyarı”) təşkilatının dəstəyi ilə həyata keçirilib.
“Düyməni sıxan ayaqlar” adlı iki günlük fotosərgi Praqanın tarixi mərkəzində yerləşən Qədim Şəhər Meydanında (Staromestske namesti) və Çexiya Respublika Meydanında (Starometske namesti) təşkil olunub.
Layihə rəhbəri Rəşad Mehdiyev bildirib ki, “iki gün davam edən sərgilər zamanı minlərlə insan Azərbaycanda bu günə qədər davam edən mina terroru ilə bağlı ətraflı məlumat əldə edib”.
Minalar mövzusu Ermənistana və ermənilara qarşı Azərbaycan təbliğat informasiya kampaniyasının alətlərindən biridir, ardıcıl olaraq dövlət səviyyəsində tətbiq edilir, azərbaycanlı rəsmilərinin beynəlxalq platformalarda və ikitərəfli görüşlərdə müzakirə etdiyi məcburi mövzulardan birinə çevrilir. Əslində heç bir humanitar problemin həllinə meylli deyil. Əksinə, öz cinayət əməllərini “humanitar pərdə arxasında” gizlədərək Azərbaycan belə tədbirlərlə Ermənistana qarşı əsassız ittihamlar irəli sürmək üçün minalar mövzusunu məsələdən xəbəri olmayan əcnəbilərə problem kimi təqdim etməyə çalışır.
Bu kontekstdə Bakı özünü münaqişənin qurbanı kimi təqdim edir, bununla da beynəlxalq ictimaiyyətin diqqətini Artsax ermənilərinə qarşı törədilmiş cinayətlərindən yayındırır.
“Geğard” fondu Azərbaycanın bu cür fəaliyyətini pisləyir və Bakının sistemli aqressiv siyasətinə beynəlxalq tərəfdaşların diqqətini cəlb edir, onun tərkib hissələrindən biri də minalar və onların qurbanları problemindən sui-istifadəsidir.