2025
2024-10-14
Şərqi Zaqafqaziyanın erməni yaşayış məntəqələrindən Araş qəsəbəsi də görkəmli idi, orada ermənilər hələ orta əsrlərdə məskunlaşmışdılar. 15-17-ci əsrlərdə Kür çayının sol sahilində Şamaxı və Şəki şəhərlərindən sonra üçüncü böyük şəhəri idi və Zaqafqaziyada ipək istehsalının mühüm mərkəzlərindən biri idi. Yerli ermənilər bağıçılıq və üzümçülüklə də məşğul olurdular. Şəhər Araş adı ilə paralel olaraq qədim zamanlardan Erməni Bazar da adlandırılırdı, bu da sübut edir ki, sözügedən şəhər erməni yaşayış məntəqəsi idi.
Araşın Müqəddəs Yelisey kilsəsi 1279-cu ildə tikilmişdir, tikinti protokolunda bildirdiyi kimi. “Müqəddəs Stefanosun kahinliyi ilə, bu kilsəni tikən Müqəddəs Hovhannesi, valideynlərini və qardaşlarını xatırlayın, 1279-cu ildə”.
Kilsənin vestibülü də keşiş Hovhannes tərəfindən tikilmişdir.“Dünya gücünün Abağa xanının və keşiş Stepanonosun patriarxlığı ilə, Noradin, Sracadin, Qorzadin zadəganları ilə mən keşiş Hovhannes bu vestibülü mənim, qardaşlarımın və valideynlərimin xatirəsinə 1284-cü ildə tikdim”.
Alban katolikosların xronoloji cədvəlinə görə 1262-1323-cü illər ərzində Müqəddəs Stepanos katolikos olubdu. 13-cü əsrdə Araşda erməni kilsəsinin əsasının qoyulması faktı sübut edir ki, o, çoxlu erməninin məskunlaşdığı yaşayış məntəqəsi olub.
1560-cı illərin əvvəllərində Şirvanda olan və Araşı ziyarət etmiş tanınmış ingilis səyyahı və taciri Entoni Cenkinson səyahətnaməsində həmin şəhəri firavan ticarət şəhəri kimi qeyd etmişdir.
19-cu əsrdə yaşayış məntəqəsi Yelizavetpol quberniyasının Araş (Ərəş) və ya Areş vilayətinin (qəza) bir hissəsi idi. 1914-cü ildə bütünlüklə ermənilər yaşayırdı və 323 nəfər sakini var idi, 1917-ci ildə isə 50 evdə erməni yaşayırdı. Kəndin əhalisi Areş (Ərəş)-Havarlı ləhcəsində danışırdı. 1918-ci il aprel ayında Areş (Ərəş) əhalisinə İslamı qəbul etmək əmri verilir, lakin sakinlərin imtinasından sonra kənd tatar quldurları tərəfindən dağıdılır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra kənddə Qafqaz tatarları məskunlaşıb. Yaşayış məntəqəsi hazırda Azərbaycan Respublikasının Yevlax rayonunun tərkibinə daxil our və indi Ərəş adlandırılır.
Araşın Müqəddəs Yelisey kilsəsi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yerli erməni qəbiristanlığı ilə birlikdə məhv edilib.
Memarlıq üzrə mütəxəssisi Samvel Karapetyan dağıdılmış qədim erməni qəbristanlığının ərazisində 16-cı əsrə aid bir qəbir daşı tapıb üzərində aşağıdakı yazısı ilə.
“Bu qəbir daşı vəfat edən Umur Xatuna aiddir, 1563-cü il”.
Həmin qəbristanlığın ərazisində tapdığı ikinci məzar daşı 19-cu əsrin əvvəllərinə aiddir.
“Araş məzar daşı budur...
Bazarlı keşiş Karapetyan..., 1820-ci ildə”.
20-ci əsrin sonlarında Araş erməni qəbristanlığından möcüzəvi şəkildə bu iki məzar daşı ermənilərin mövcud olduğu haqqında nadir sübutlarındandır.
Qeyd etməyə dəyər ki, Gandzasar katolikosu Melikset Araşetsi bu yaşayış məntəqəsindən idi, sözügedən şəxs Alban katolikosların xronoloji cədvəlinə görə 1593-cü ildə Gandzasarın yepiskopu kimi xatırlanır.
Ədəbiiyyat
Barxutaryants M. Alban ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999.
Karapetyan M. Albaniyanın özünün ermənicə litoqrafiyaları, Yerevan, 1997.
Hakobyan H. Səyahətnamələr, Yerevan, 1932.
Maqalyan A. Gandzasarın katolikosların xronoloji cədvəli, “tarixi-filologiya jurnalı”, 2008, N 3, sayfa 268-271.
Stepanyan G. Nuxa və Areş vilayətlərinin ermənilərin qırğını və özünü müdafiəsi (1917-ci il dekabr-1918-ci il aprel), “Eçmiadzin”, 1996, N 1, sayfa 105-123.