2025
2024-10-02
Noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi etməyə hazırlaşan Azərbaycan təxminən 4 hafta ilə dünyada atəşkəs təsdiq etmə çağırışı ilə çıxış edib.
Əliyev ikiüzlülüyü Böyük Britaniya The Guardian qəzetinin diqqətindən yayınmadı. Məqalə müəllifi yazır. “İqlim konfransına ev sahibliyi edən özünü sülhsever kimi təqdim edir, lakin etnik təmizləmədə və müxalifətçiləri həbs etməkdə ittiham olunur”.
Azərbaycanın çağırışında qeyd olunur. “COP29 ayırıcı xətləri aradan qaldırmaq və davamlı sülhə nail olmaq yollarını tapmaq üçün unikal imkandır. Münaqişələr istixana qazı emissiyalarının artmasına töhfə verir və torpağı, suyu, havanı çirkləndirərək ətraf mühiti məhv edir. Münaqişələr nəticəsində ekosistemin deqradasiyası və çirklənməsi iqlimi pisləşdirir, planeti xilas etmə səylərimizi sarsıdır”.
Daha dəqiq olmaq üçün bəyanatda kiçik bir düzəliş edilə bilər və çağırışını bu şəkildə təqdim edə bilərik. “Münaqişələr, o cümlədən Azərbaycan tərəfindən təhrik edilmiş, torpağı, suyu, havanı çirkləndirərək ətraf mühitini məhv edir. Münaqişələr nəticəsində ekosistemin deqradasiyası və çirklənməsi iqlimi pisləşdirir, planeti xilas etmə səylərimizi sarsıdır”.
Bir il əvvəl, sentyabr ayının 19-da, öz addımlarını sinizmlə “anti-terror əməliyyatı” kimi təqdim edərək “sülhsever” Azərbaycan Artsaxa qarşı növbəti hücumuna başladı. Bunun nəticəsində sonrakı iki həftə ərzində təxminən 120 min erməni zorla deportasiya edilib. Beynəlxalq insan haqları təşkilatlarının Azərbaycanın soyqırımçı aktlarını sənədləşdirilməsinə və qınamasına baxmayaraq, praktikada Bakı məsuliyyətə cəlb edilmədi. Hətta, sanki mükafat kimi qlobal iqlim konfransı keçirmə hüququ Azərbaycana verildi, bu daha çox iqlim problemlərinin müzakirə etməsinə deyil, Azərbaycanın maraqlarına xidmət edir.
Ekoloq Paul Polman qeyd edir. “İqlim ətəşkəsin fikri dərin sinizmdir və Azərbaycanın reklam tələslikliyidir, bunun məqsədi ötən ildə Dağlıq Qarabağda həyəta keçirdiyi etnik təmizləməsindən dünyanın diqqətini yayındırmasıdır”.
Azərbaycan sülh sarsıdan bir ölkə olaraq, bugün dünyada atəşkəs təsdiq etmə çağırışı ilə çıxış edir. Eyni zamanda Ermənistanı təhdid etməkdən əl çəkmir, bu da onun regionda sülh təsdiq etməkdə maraqlı olmadığını göstərir.