2025
18-ci əsrin sonlarından etibarən Kiçik Asiya, Qafqaz və Zaqafqaziya regionlarına olan Rusiya ipmeriyasının marağının artması ilə yanaşı, qeyd olunan bölgələrinin elmi araşdırmaları başlanır. Bu istiqamətdə Rusiya Ordusunun Baş Qərargahının hərbçilərindən ibarət xüsusi komissiyası və ayrı araşdırmaçılar səmərəli iş aparırlar. Nəşr edilmiş çoxlu əsərlər, səyahətnamələr və memuarlar regionun yaşayış məntəqələrinin tarixinə, arxeologiyasına, etnoqrafiyasına, dilçiliyinə, demoqrafiyasına istinad edirlər. Müasirlər və şahidlər tərəfindən yazılmış əhalinin həyat tərzi, təhsil, sənətkarlıq və digər sahələr haqqında da xeyli materiallar var.
Qafqaz və Zaqafqaziya regionları haqqında Qafqaz təhsil dairəsi tərəfindən dərc edilmiş «Сборник материалов для описания местностей и племен Кавказа» nəşrlər arasında kifayət qədər material var.
Dövri mətbuatda (jurnal) Yerevan, Yelizavetpol, Bakı quberniyaları haqqında da məlumatlar var.
Belə, 1881-ci il ilk sayında Yerevan progimnaziya-məktəbinin (Müqəddəs Hripsime qadın gimnaziyası) müəllimi Stepan Zelinski iki məqalənin- “İrəvan şəhəri” və “Dərəçiçək”in müəllifidir.
Yerevan şəhərinin yaranması və adlandırılmasının tarixi icmalını verərək, Stepan Zelinski qeyd edir, heç bir şübhə yoxdur ki, 1441-ci ilə qədər Yerevan ermənilərin hakimiyyəti altında idi, sonra yuxarıdakı belə deyək, farsların və türklərin əlində “oyuncağa” çevrilib. 386 il ərzində Yerevan 14 dəfə əldən ələ keçib.
Əslində Baqratuni erməni dövlətinin çöküşündən sonra region əsasən bizans, türk-səlcuqlular, gürcü (Zakaryan hakimiyyəti), monqol-tatar hakimiyyəti altında idi.
Müəllif şəhərin qədim binaları haqqında danışarkən erməni kilsələri və baş məscidi haqqında qeyd edir, sözü gedən 1764-cü ildə Yerevanın Hüseynəli xan tərəfindən tikilmişdir.
Məqalədə Stepan Zelinski 1829-ci ilin Yerevan şəhərinin əhalisinin sayını təqdim edir-11.463 nəfər sakin, bundan ermənilər-944 ailə (4132 nəfər), tatarlar-1807 ailə (7331 nəfər).
1880-ci ildə Yerevan quberniyasının 12.449 nəfər sakini var idi, bundan ruslar-46 ailə (155 nəfər), ermənilər-1.509 (5.975 nəfər), tatarlar-1.318 (6.293 nəfər), gürcülər-7 (26 nəfər).
Məqalə müəllifinin bildirdiyinə görə, 1880-ci ildə Yerevan şəhərində 84 erməni nəcib ailə (320 nəfər), tatar-69 ailə (333 nəfər), ruhani təbəqəsi-erməni ruhani-76 ailə (151 nəfər), tatar-16 (58 nəfər), gürcü-6 (24 nəfər).
Qeyri-zadəganlar-ruslar. 46 ailə (155 nəfər), ermənilər-1349 (5504 nəfər), tatarlar-1233 (5902 nəfər), gürcülər-1 (2 nəfər). Bütün təbəqələri. ruslar-46 ailə (155 nəfər), ermənilər-1509 (5975 nəfər), tatarlar-1318 (6296 nəfər), gürcülər-7 (26 nəfər).
Qeyd etməyə dəyər ki, Rusiya hakimiyyəti dövründə tatarlar deyəndə əsasən türk mənşəli olan bütün müsəlmanlar nəzərdə tutulurdu.
Zelinskinin məqaləsi bir daha da Yerevan şəhərinin erməni olduğunu və şəhərdə azərbaycanlı əhalisinin yox olduğunu sübut edir. Sovet dövrünə qədər Yerevanda azərbaycanlıların öz soydaşlarını tapma bütün cəhdləri rus mənbələri ilə də təkzib edilir.
Dərəçiçək
Stepan Zelinski qeyd edərək ki, Dərəçiçək tatar dilində “güllər dərəsi” deməkdir, ermənicə “çiçəkli dərə” adının tərcüməsi olduğunu bildirir. Yəni, məqalənin müəllifi yuxarıdakının erməni olduğunu və sonrada əcnəbi ad aldığını bildirir (sübut edir).
Müəllif yazır ki, hazırda malakanların Konstantinovka kiçik kəndinin yerləşdiyi balaca dərəsi Dərəçiçək adlandırılır, burada keçmişdə erməni qəbiristanlığı, qədim Keçaris kəndi yerləşirdi. Əfsanəyə görə, kənd Keçaris deyil, Eçaris adlandırılırdı- “ec ar is”, bu da “düş” ya da “yanıma gəl” deməkdir.
Keçaris Monastır kompleksində öz memarlıq kompozisiyası ilə 1033-cü ildə Qriqor Magistros tərəfindən tikilmiş Müqəddəs Qriqor Lusavoriş Kilsəsi ayrılır. Müəllif məqalədə eləcə də tarixçi, arxeoloq, mahir biblioqraf, mətbəənin və Matenadaranın müdiri Hovhannes Şahxatuninin (1799-1849) əsərindən götürülmüş kilsə yazılarını qeyd edir, bunlar onun tərəfindən yerindəcə yoxlanılıb.
Köhnə monastırın xarabalıqları çoxlu erməni yazıları ilə erməni memarlığının nümunəsidir. Stepan Zelinski yazır. “vurğulamağa dəyər ki, Ermənistanda orta əsrlərdə memarlıq əlamətdar mükəmməlliyə çatmışdır”.
Müəllif eləcə də Zəngi çayı haqqında məlumatlar verir, vurğulayaraq ki, eyni Hrazdan çayıdır.
Beləliklə Zelinskinin bu məqaləsi yenə də regionda ermənilərin yerli xalq olduğunu sübut edir, həm də yalnız Tsağkadzor deyil, eləcə də erməni xristian memarlığının mühüm abidələrindən birini Keçaris monastır kompleksinin qısa tarixini təqdim edir.
Dərəçiçək Ermənistan Respublikasının Kotayk mərzinin Tsağkadzor şəhəridir.