2025

Ermənistan Respublikasının suveren ərazisi və azərbaycanlıların xəyali respublikası

Ermənistan Respublikasının ərazisinə qarşı Azərbaycanın ambisiyaları son illər ərzində daha açıq oldu. Azərbaycanda dövlət himayəsi altında dövriyyə girən “Qərbi Azərbaycan” saxta tezisi ilə yanaşı Ermənistan Respublikasının suveren ərazisinə açıq və aqressiv təbliğatla dolu başqa “nəzəriyyələr” ortaya çıxdı.

2020-ci il may ayının 9-da Bütöv Azərbaycan Ocaqlarının videokonferansı zamanı “İrəvan türk cümhuriyyəti mühacir hökumətinin” yaradılması haqqında elan edildi. Ermənistanın ərazisində xəyali respublikasının qurulmasının zərurətini daha sonra açıqlanıb. “Dünənki İrəvan Türk Xanlığı bugünkü İrəvan Türk Cümhuriyyətidir” (xatırladaq ki, söz bugünkü azərbaycanlılar ilə heç bir əlaqəsi olmayan Yerevan fars xanlığından gedir).

Bu “hökumətin” fəaliyyəti nədir və hansı problemi həll edəcək?

Həmin bəyanata görə, “hökumətin” iki ofisi var, biri Bakıda, baş ofisi isə Ankaradadır. “Hökumət” 40 nəfərdən ibarət təşəbbüs qrupu tərəfindən yaradılmışdır, Millət Şurası adlandırılır. 2020-ci il sentyabr ayının 19-da “İrəvan Türk Cümhuriyyəti” ilk sessiyası başladı. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qohumu Agil Samedbeyli və Azərbaycan Milli Elmlər Akademiyasının professoru Yasemin Karakoyunlu və digərləri təşşəbbüs qrupunun üzvlərindən idi.

Təqdim etdikləri proqramına uyğun olaraq, Millət şurası daha sonra parlamentlə əvəz olunacaq, 14 deputatdan ibarət olacaq. Qanunvericilik, sosial, mədəni və digər sahələrin idarə edilməsi üçün ayrı strukturlar yaradılacaq, sonradan nazirliklərə çevriləcəklər.

Təşəbbüs qrupunun sədri Qafar Çaxmaqlı bildirib. “Məqsədimiz indiki Ermənistan ərazisindəki tarixi torpaqlarımızın qaytarmasıdır”. Yuxarıdakı Türkiyənin Erciyes universitetinin professoru və ermənişünasdır. 2013-cü ildə dərc olunmuş “Ermənicə dərslər. Özü-özünə erməni dilini öyrənənlər üçün” dərsliyin, həm də çoxsaylı anti-erməni məqalələrin müəllifidir.

Maraqlıdır ki, Çaxmaqlı 1956-cı ildə Sovet Ermənistanın Amasiya rayonunun Çaxmaq, indiki Kamxut kəndində anadan olub. Yəqin ki, kəndin adını öz soyadı kimi götürmüşdür, çünki onun əsl soyadı Mehdiyevdir. 1975-ci ildə o Bakıya köçüb, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, Bakının “Kommunist” (ermənicə) qəzetində müxbir kimi fəaliyyət göstərib. 2010-cu ildən bu günə qədər Türkiyənin Erciyes universitetinin ermənişünaslıq (erməni dili və ədəbiyyatı) kafedrasının müdiridir.

“İrəvan türk cümhuriyyəti mühacir hökumətinə” gəlincə qeyd edək ki, təşəbbüs qrupunun üzvləri o qədər irəli gediblər ki, hətta bu qondarma respublikasının necə idarəçilik modelinə (parlamentli yoxsa prezident?) malik olacağını müzakirə edirlər. Qeyd edək ki, bu “respublikasının” dövlətə xas olan simvolları bayrağı, gerbi, dövlət himni və s. var. İyul ayının 4-ü Dövlət Bayrağı günü kimi təyin edilmişdir, bu yaxınlarda da “cümhuriyyətin” dövlət himni təqdim edilib, “Geğard” fondu bununla bağlı qınayan bəyanat yayıb.

Qafar Çaxmaqlının bəyanatına görə, hazırda sözdə “İrəvan Türk Cümhuriyyətinin” dünyanın 14 ölkəsində nümayəndəliyi var-Rusiyada, Ukraynada, Qazaxıstanda, Hollandiyada, Belçikada, İspaniyada, İsveçdə, Böyük Britaniyada və digər yerlərdə. Xəyali bu cümhuriyyətinin partiyası da var, “Turan” adlandırılır (2020-ci il avqust ayında yaradılıb). Partiyanın sədri azərbaycanlı tanınmış şair Qılman İmandır.

Qafar Çaxmaqlının dediyinə görə, uzun illər boyunca azərbaycan və türk ictimaiyyətinin gündəmində “İrəvan Türk Cümhuriyyətinin” yaratması ideyası idi, bunun həyata keçirilməsi Türkiyə və Azərbaycan prezidentləri tərəfindən alqışlanıb.

Qafar Çaxmaqlıya görə, bu ərazilərdə (redaktor-söx Ermənistan Respublikasının ərazisindən gedir) ermənilərin heç vaxt dövləti olmayıb. Qafar Çaxmaqlı qeyd edib. “Amma bizim tarixən Qərbi Azərbaycanda dövlətimiz olub. İrəvan xanlığı, bu da indiki Ermənistandır”. Yəni, fars İrəvan xanlığını yuxarıdakılar 1918-ci ildə yaradılmış Azərbaycan dövlətçiliyini irsinin bir hissəsi kimi təqdim edirlər.

Beləliklə,özləri tərəfindən irəliyə sürülmüş tarixi-elmi saxta tezislərinə əsaslanaraq buna oxşar Azərbaycan-Türkiyə proqramlarının bir əsas məqsədi var-erməniləri dövlətsiz xalq kimi təqdim etməsi və davamlı şəkildə Ermənistan Respublikasına qarşı ərazi ambisiyaların olması.

Foto Nerses Matinyan tərəfindən çəkilmişdir

Telegram kanalımıza abunə olun