2025

Müqəddəs Pavel bazilikası və Yaşıl kilsəsi eyni dərəcədə Tanrının evidir. bir ianə izi ilə

2024-cü il sentyabr ayının 12-də Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti Fernando Vergez Alzaqa və Azərbaycan Respublikası prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbarov Müqəddəs Pavel Bazilikasının bərpa işlərinin maliyyələşdirilməsi haqqında müqavilə imzalayıblar.

Tərəflər Azərbaycanın və Müqəddəs Taxtının əlaqələrini, eləcə də Heydər Əliyev fondu ilə nəzərdə tutulmuş birgə layihələrini müzakirə ediblər. Xatırladaq ki, fond keçmişdə də Vatikanda bir sıra layihələr həyata keçirmişdir. Azərbaycan tərəfinə görə, bu layihələr Azərbaycan ilə Vatikan arasında münasibətlərdə xüsusi əhəmiyyət kəsb edir, həm də “dinlərarası və mədəniyyətlərarası əlaqələrin inkişafına mühüm töhfə verir”.

Qeyd etməyə dəyər ki, bu il iyulun sonunda Vatikanın “L”Osservatore Romano” rəsmi qəzeti "A Khudavang, Ganjasar e Khatiravang Monasteri tra le nuvole" başlığı ilə (“Dadivəng, Gandzasar və Xatravəng buludlarda”) məqalə dərc edibdi, həmin məqalədə qeydolunan erməni abidələri alban irsi kimi təqdim edilib.

Azərbaycanın Vatikanda maliyyələşdirdiyi layihələrə Artsaxın erməni irsinin mənimsəmə təbliğatına töhfə verməsi və Bakıya indulgensiya[1] verməsi də daxil olduğunu düşünmək çətindir.

Əminik ki, Vatikanda da Artsaxda erməni mədəni irsinin məhv etməsi və ya albanlaşdırma Azərbaycan siyasəti ilə tanışdırlar, yuxarıdakı çoxsaylı və danılmaz faktlarla təsdiq edilmiş.

Vatikan dünyanın katolik xristianların əsas ruhani mərkəzidir, Roma Papası isə katolik dünyasının ruhani lideridir, böyük siyasi, eləcə də mənəvi nüfuza malikdir. Buna görə də, Vatikan erməni, xristian sivilizasiyasının zəngin irsinə biganə qala bilməz, yuxarıdakı Azərbaycanın diktatura rejiminin apardığı siyasəti nəticəsində ciddi təhlükə altındadır.

Ümidvarıq ki, Azərbaycandan ianə qəbul etməzdən əvvəl Vatikan xristian dəyərlərinə və yüksək missiyasına sadiq qalaraq, səlahiyyətindən istifadə edəcək, Azərbaycandan işğal olunmuş Artsaxda erməni mədəni irsinin məhv etməməsini, mənimsəməməsini tələb edəcək. Düşünürük ki, Vatikan Bakı həbsxanalarında qanunsuz saxlanılan erməni əsirlərin azad edilməsinə də töhfə verəcək.

[1]Orta əsrlərdə katolik kilsəsi tərəfindən pul qarşılığında satılan “günahların bağışlanması” sənədləri.

Telegram kanalımıza abunə olun