2025
Avtomobil idmanının ən məşhur “Formula 1” yarışının mərhələlərindən biri 2024-cü il sentyabr ayının 13-15-də Bakıda keçiriləcək. Digər məqsədləri sırasında, işğal olunmuş Artsaxda apardığı kriminal siyasətini və Ermənistan Respublikasına qarşı hücumlarını gizlətmək, beynəlxalq ictimaiyyətinin diqqətini yayındırmaq üçün Azərbaycan idman tədbirlərindən istifadə edir. Böyük neft gəlirləri bahalı tədbirlər təşkil etmək imkanı verir-Avropa oyunları, Futbol üzrə Avropa çempionatının oyunları, “Formula 1” yarışı və s. Beynəlxalq tədbirlərin təşkil etməsi üçün hələ 2010-cu ildən etibarən Bakı çoxlu pul xərcləməyə başlayıb, 2023-cü ildə isə 120 milyon dollar idi. Qeyri-rəsmi məlumatlara görə, “Formula 1” yarışının mərhələsini keçirmə hüququna 2016-cı ildə Bakı 34 milyon dollar, 2023-cü ildə isə 57 milyon dollar ödəyib.
Hələ 2016-cı ildə “Hüquqular uğrunda idman” Britaniya təşkilatı “Formula 1”-in rəhbəri Bernie Ecclestoneyə İlham Əliyev ilə görüş zamanı fəallara qarşı repressiya məsələsinə istinad etdiyinə çağırıb. Təşkilat nümayəndəsi Rebeka Vinsten isə qeyd edib ki, Azərbaycan xaricdə imicini yaxşılaşdırmaq üçün iri beynəlxalq idman tədbirlərinin keçirilməsindən istifadə edir.
Qeyd etməyə dəyər ki, “Formula 1”-in yarış yolu Bakının mərkəzi küçələrindən keçir. Yarış yolunun qonşuluğunda bədnam “Hərbi Qənimətlər” parkı yerləşir, yuxarıdakı Ermənistana və ermənilərə nihfrətin, düşmənçiliyinin simvoludur. Burada 2020-ci il müharibə zamanı qənimət kimi əldə edilən hərbi texnikası, erməni əsgərlərinin qanlı dəbilqələri, hərbçilərin manikenləri nümayiş etdirilir. Bunların nümayişi insan haqları təşkilatları, Avropa Şurasının insan Hüquqları üzrə müvəkkili tərəfindən kəskin şəkildə tənqid edilmişdir.
2023-cü ildə “Formula 1”-in Bakı mərhələsi aprel ayının 30-da keçirilib, Azərbaycanın Artsax ermənilərini blokada altına aldığı vaxt-120 min sakini ərzaq və ilk zəruri ərzaq məhsulları ilə təminatından məhrum edibdi.
Bu gün, Bakı növbəti dəfə avtomobil yarışının mərhələsinə ev sahibliyi edəcəyi zaman Azərbaycanın həbsxanalarında onlarla erməni əsir qanunsuz saxlanılmaqda davam edir.
“Geğard” elmi analitik fondu avtomobil idman yarışının təşkilatçılarına məsuliyyət göstərməyə, öz adlarını və nüfuzunu cinayətləri, zülmləri, zorakılıqları ört-bastır etmək üçün vasitə kimi istifadə edilməsinə imkan verməməyə çağırır. Bu baxımdan, “Formula 1”-in rəhbərliyi azad söz hüququ ciddi şəkildə məhdudlaşdırılmış, Ermənistan Respublikasına qarşı işğalçı və aqressiv siyasət aparan bir ölkədə yarışın keçerilməsi nə dərəcədə məqsədəuyğun olub olmadığını düşünməlidir.