2024

Azərbaycanda növbədənkənar parlament seçkiləri. հakimiyyətin təkrar istehsalı əliyev üsulu

Günlər əvvəl Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Rəsmi məlumatlarına görə, ölkədə təxminən 6 milyon 421 min 960 vətəndaş səs vermək hüququna malikdir, 125 deputat mandatı üçün isə 990 namizəd mübarizə aparır.

Seçkilərin nəticələrinə görə, gözlənildiyi kimi parlamentdə Əliyevin “Yeni Azərbaycan” partiyası 68 deputat mandatı ilə irəlidədir. “Müstəqil deputatlar” 44 yer qazanıblar, əslində onlar hökumətin əlatlarıdır, 12 yer müxtəlif partiyaların nümayəndələri qazanıblar, yuxarıdakılar əsl müxalifət hesab edilmir. Müxalif “REAL” partiyanın yalnız bir nümayəndəsi mandat alıb. “Azərbaycan Xalq Cəbhəsi Partiyası” növbəti dəfə seçkiləri boykot etdi, “Musavat” partiyasından isə heç bir deputat seçilmədi.

Hakimiyyət inzibati rıçaqlardan və ənənəvi seçki pozuntulardan istifadə etməklə belə bir nəticə əldə edə bildi. dolgularla, “karousel” adlanan seçki saxtakarlığı ilə. Bütün bunlar medyanın, fəalların, müxalifətçilərin, müşahidəçilərin fəaliyyətinə maneçilik və məhdudiyyətlərlə baş verdi. Seçkilərdən əvvəl, seçki kampaniyası zamanı müxalifətçilərin fəaliyyətinə maneçilik yaradıldı, seçki pozuntuları barədə məlumat verən “Musavat” partiyasının müşahidəçilərindən birini isə polis bölməsinə aparıblar.

2024-cü il fevral ayında keçirilmiş növbədəkənar prezident seçkilərin keçirildiyi kimi bu parlament seçkiləri də AŞPA-nın müşahidəçiləri olmadan keçirilib. Bakı bunun əsas səbəbi olaraq bildirib ki, Avropa Şurası və onun Parlament Assambleyasının artıq neçə ildir Azərbaycana qarşı qərəzi və ikili standartlara əsaslanan siyasət yürütür. AŞPA müşahidəçi missiyasının seçkilərdə iştirakı yalnız Azərbaycan nümayəndə heyətinin mandatının tanımasından sonra müzakirə oluna bilər (2024-cü il yanvar ayında Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini AŞPA təsdiq etməmişdir).

Diqqətəlayiqdir ki, seçkilərdə iştirakı 37.27 faiz təşkil edib. Bu seçkilərin nəticələri əvvəlcədən müəyyən edilmiş olduğu haqqında şahidlik edir. Ölkədə sosial-iqtisadi şəraitin müsbət nəticəsi olmadıqda, azərbaycan ictimaiyyətinin böyük bir hissəsi sadəcə olaraq səsvermədə maraqlı deyil. Üstəlik, müxalifətçilərin fikrincə, əslində iştirak rəqəmi rəsmi elan ediləndən çox daha aşağı idi. “Musavat” partiyasının nümayəndələrinə görə, bəzi seçki məntəqələrində saatlarla seçici yox idi.

“Ayrı-ayrı ictimai fəalların səyləri sayəsində yalnız bəzi rayonlarda seçicilərin nisbi fəallığı müşahidə olunurdu. Əslində, seçicilərin fəallığı 10 faizdən az (7-8 faiz) təşkil edirdi. Lakin bü rəqəm könüllü iştirak yolu ilə deyil, inzibati təzyiq nəticəsində əldə edilmişdir. Mərkəzi Seçki Komissiyası adından 38 % iştirakla bağlı dərc olunan seçkilərdə iştirak faizi ilə bağlı məlumatların reallıqla heç bir əlaqəsi yoxdur”. “Milli Cəbhə” partiyasının rəhbəri Əli Kərimli bildirib.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlına görə, seçici fəallığının aşağı olmasının səbəblərindən biri də seçkilərin ədalətli şəkildə keçirilməsinə əhalinin inamsızlığıdır. “İkinci Qarabağ müharibəsindən sonra əhali iqtsadiyyatda müsbət dəyişiklik, yaşayış şəraitinin yaxşılaşdırılmasını gözləyir, lakin baş vermədi, ölkənin sosial-iqtisadi problemləri isə daha da dərinləşdi. Üçüncü. Rəqabət və alternativ yoxdur“.Süleymanlı vurğulayıb.

Son illər ərzində Azərbaycan hakimiyyəti üçün növbədənkənar seçkilərin keçirilməsi mümkün qədər maneəsiz yenidən seçilmənin bir yoludur. Bu şəkildə 2018-ci və 2024-cü illərdə prezident, 2020-ci və 2024-cü illərdə isə növbədənkənar parlament seçkiləri keçirilib.

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi konfransı (COP 29) ərəfəsində parlamentin “tam fəaliyyət göstərməsi zərurəti” ilə əlaqələndirilir. Əslində, növbədənkənar seçkilərin vasitəsi ilə hakimiyyət müxalifətçilərin həmin seçkilərə iştirak etməsinə hazırlaşmaq üçün imkan verməyərək rəqabəti istisna etməyə çalışır. Digər tərəfdən, ictimai narazılığın dərinləşməsindən Əliyev parlamentdə öz mövqeyini tez bir zamanda təmin etmək istəyir.

“Milli Cəbhə” partiyası seçkiləri belə nitələndirib (parlament seçkilərini 2015-ci və 2020-ci illərdə boykot edib).“Milli cəbhə sentyabr ayının 1-də keçirilmiş seçkiləri seçki deyil ucuz fars hesab edir, bunun nəticəsi İlham Əliyevin şəxsi istəklərinə uyğun əvvəlcədən müəyyən edilmiş və planlaşdırılmışdı”. Partiyanın ali məclisi seçkiləri boykot etdiyini onunla izah edib ki, “ölkədə hələ də azad edilməmiş 300-dən çox siyasi məhbus var, toplaşmaq azadlığı qadağandır, seçki komissiyaları hökumətin tam nəzarəti altındadır, səsvermə və səslərin sayılması prossesinə nəzarət etmək mümkün deyil, azad mətbuat məhv edilmişdir, seçkilərin müstəqil yerli müşahidəçilər tərəfindən monitorinqinə imkan verilmir, azad rəqabət və seçki mühiti yoxdur”.

ATƏT müşahidə missiyası da seçkilərdə rəqabətin olmamasından danışıb. ATƏT müşahidəçilərin bəyanatında vurğulanıb.“Bu seçkilər məhdud siyasi və hüquqi şəraitdə baş verdi, real plüralizmə imkan vermir”.

Azərbaycanın müxalifəti bildirib ki, seçkilərin nəticələrini qəbul etmir, beynəlxalq ictimaiyyəti Azərbaycanda demokratik islahatların həyata keçirilməsinə addımlar atmağa çağırıb. Mahiyyətcə, Azərbaycanın hakimiyyəti diktaturanın mohkəmləndirilməsi istiqamətində hərəkət edir, praktiki addımları olmayan istənilən beynəlxalq reaksiya heç bir şəkildə həmin prosesi dayandırmayacaq.

Telegram kanalımıza abunə olun