2025
2024-09-02
Azərbaycanda müxalifətçilər, fəallar və jurnalistlər daim təqiblərə və təzyiqlərə məruz qalırlar. Ermənilərə nifrəti əliyev rejimi əlində hakimiyyətini saxlamaq üçün alətə çevrilib və dövlət səviyyəsində maliyyələşdirilir. Ermənistan ilə sülhə çağıran hamısı həbs olunur.
Bu yaxınlarda Azərbaycanda fəal, politoloq Bəhruz Səmədovun həbsi böyük səs-küyə səbəb olub. Fəalın vəkili Zibeydə Sadıqova görə, Bəphruz Səmədov Azərbaycan hökümətini Ermənistanla həqiqi sülh istəməməkdə günahlandırdığına və sülh çağırışları etdiyinə həbs edilib.
Fəalın həbsi barədə yuxarıdakının ailə üzvlərindən biri Zibeydə Osmanova ətraflı məlumat verir. Onun sözlərinə görə, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin 6 əməkdaşı onların yaşadığı evə gəlib və evdə narkotik axtarışı aparacaqlarını deyiblər, axtarışda narkotik tapmayaraq Bəhruza aid olan 2 telefon, 2 kompüter, Lomonosov Uniersitetinin diplomunu və digər sənədləri götürüblər.
Bu yaxınlarda Səbail rayon Məhkəməsində həbs edilmiş polotoloq Bəhruz Səmədovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Fəal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) ittiham olunub. Yəni təqsirləndirilən şəxsə 12-20 il və ya ömürlük həbs cəzası verilə bilər. Səmədov məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, ona qarşı təzyiqlər olub.
Bəhruz Səmədov sosial şəbəkələrdə də kifayət qədər aktiv olub, çoxlu paylaşımlar etdi. Gənc müxalifətçinin aşağıdakı paylaşımı Azərbaycanın bəzi ictimai dairələrinin qəzəbinə səbəb olub. “Blokada Azərbaycanın sevimli siyasətidir. 1989-1991-ci illərdə Ermənistan və Dağlıq Qarabağ blokadaya məruz qaldı, Stepanakert bombardman edildi, günahsız adamlar hələk oldu. Təbii ki, propaqanda və milli kimlik bunları görməzdən gəlir”.
Azərbaycan xalqının bütöv bir varlığı ermənilərə nifrətdən asılıdır. Birmənalı şəkildə belədir. ermənilərsiz azərbaycanlılıq ontoloji olaraq bütün əsaslarını itirir ( redaktor yerli tatarları, talışları, ləzgiləri, udiləri və digərləri nəzərdə tutur), yerini yerli kimliklər tutur.
Bəhruz Səmədov hətta öz X səhifəsində erməni ənənəvi geyimlərinin fotolarını da yerləşdirib, bununla erməni mədəni irsinin Azərbaycan tərəfindən mənimsəmə siyasətinə qarşı çıxıb. Səmədov öz səhifəsində dəfələrlə Erməni Soyqırımı həqiqətlərini sənədləşdirən qeydlərlə paylaşıb.
Sadəcə sülh tələb etdiyinə fəal Bəhruz Səmədov və bir çox siyasi fəallar mühakimə olunur, nifrət, ermənilərə nifrət kampaniyası isə Azərbaycan dövlət qurumları tərəfindən aparılan əsas siyasətin bir hissəsi olaraq qalmağa davam edir.