2025
1886-cı il ailə siyahıları əsasında tərtib olunmuş Zaqafqaziya əhalisinin statistika məlumatlarını[1] hələ 1893-cü ildə Qafqaz qubernatorluğunun mülki hissəsinin Zaqafqaziya statistika komitəsi dərc edib.
Quberniyaların və qəzaların qubernatorları zəruri məlumatları mütləq təqdim ediblər, statistika komitələrinin təqdim etdiyi materialları isə komitənin baş katibi, dövlət müşaviri Nikolay Zeydlits işləyib hazırlamışdır.
1886-cı li ailə ailə siyahılarına görə Bakı quberniyasının 712.703 əhalisi var idi. Bakı quberniyasının ailə siyahılarının ümumiləşdirilmiş məlumatlarla quberniyanın şəhərlərinin (Bakı, Quba, Lənkərən, Şamaxı, Göyçəy, Salyan) kişi və qadın əhalinin ümumi sayı 139.652 nəfər idi. Milli mənsubiyyətinə görə quberniya aşağıdakı mənzərəyə sahib idi. ruslar-23.130, polyaklar-1.099, almanlar, isveçlilər və finlər-1.721, ermənilər-29.747, yəhudilər-6.690, talışlar və tatarlar-77.269 nəfər.
Quba şəhərində yaşayan 301 rus arasında 10 nəfər gürcü də var idi, eyni şəkildə Göyçəydə yaşayan 44 rus arasında 11 gürcü də var. Məlumatların yalnız dinə görə olduğundan bütün Roma Katolikləri polyak adlandırıblar. Almanlar, isveçlilər və finlər ilə birlikdə 350 nəfər erməni protestantı da sayıblar, buna görə də, ermənilərin ümumi sayı 29.740 yox, 30.097 nəfər olmalıdır.
Bakı quberniyasının qəzalarının (Bakı, Cavad, Göyçay, Quba, Lənkaran, Şamaxı) kişi və qadın əhalinin ümumi sayı 573.051 nəfər idi. Milli mənsubiyyətinə görə aşağıdakı mənzərəyə sahib idi. ruslar-19.313, polyaklar-33, tatlar-118.165, talışlar-47.296, ermənilər-25.712, yəhudilər-1.913, kürəlilər-41.849, xınalıqlar-2.167, haputlular-1.078, ceklilər-7.403, qrızlar-2.027, buduqlular-2.625, tatarlar-303.470 nəfər.
1886-cı il ailə siyahılarına görə ermənilər Bakı şəhərinin milli əhalisi arasında ikinci yerini tuturdular. Lakin talış və tatarların bir yerdə təmsil olunduğunu nəzərə alsaq, onda deyə bilərik ki, ayrıca təqdim edilsəydi, ermənilər birinci yeri tutacaqdılar.
[1] Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г., издан по распоряжению Главноначальствующаго гражданскою частию на Кавказе