2025
2024-08-16
Azərbaycanda pis bir fenomen ictimai müzakirə obyektinə çevrilib. əsgər üçün nəzərdə tutulan yeməyi-sözdə əsgər payı, satılır. Bu prosesin ordu ilə əlaqəsi olan şəxslərin bilavasitə iştirakı ilə baş verdiyi göz qabağındadır, lakin bazara sivillər tərəfindən çıxarılır. Azərbaycanda “Əsgər payı” yazısı ilə məhsul həm dükanlarda, həm də müəssisələrdə satılır. Üstəlik, satış müxtəlif yollarla-gizli və ya onlayn, sosial şəbəkələr vasitəsi ilə həyata keçirilir. Bu yaxınlarda Babayev Fərhad adlı şəxs öz Facebook səhifəsində aşağıdakı elanı dərc edib. “150 ədəd cem, dənəsi 0,50 manatla satılır. Hamısı satılır”.
Azərbaycan ordusuna nəzərdə tutulan məhsullar paytaxt Bakıda da satılır. Mümkün cinayət məsuliyyətindən qorxaraq satıcılar məhsul qutularının uzərindəki etiketləri qoparırlar, onları pozur və ya oxunmaz hala salınır. Bakının balaca dükanlarında açıq satışda olan, ucuz qiymətlə sözü gedən ərzaqları görmək olar. Onları daimi müştərilərə, dükançılarının tanışlarına satırlar.
Bu yaxınlarda Azərbaycanın dükanlarında “Əsgər payı” yeməyinin satışı barəsində Bakı sakinlərindən biri bildirib, sözü gedən şəxs azərbaycan mediasına dükandan aldığı bir məhsulu təqdim edib. Satılan məhsul “Azersun Holding” tərəfindən istehsal olunan, üzərində “Əsgər payı” yazısı ilə alma cemidir.
Azərbaycan ordusuna nəzərdə tutulan yeməyi nəinki paytaxtda, eləcə də böyük şəhərlərdə-Sumqayıt və Gəncədə satılır.
Baş verənlər barədə demək olar ki, bütün sosial şəbəkələrdə müxalifətçilər və sadə vətəndaşlar öz etirazlarını bildirirlər. Öz X səhifəsində azərbaycanlı Həbib Müntəzir “Əsgər payı” yazısı ilə məhsul fotosu yayıb, aşağıdakı yazısı ilə. “Bərdə rayonu Qazıqurdalı kəndində satışı qadağan olan “Əsgər payı” konservləri satılır”.
Əsgər üçün nəzərdə tutulan məhsulun satışına eləcə də Azərbaycanın məktəblərində rast gəlmək olar. Hələ 2018-ci ildə “Hamam Times”in yaydığı fotoda “Əsgər payı” və “satışı qadağandır” yazısı ilə kərə yağı aydın görünür. Satış Gəncənin 26 nömrəli məktəbdə baş verib.
Qeyd etmətə dəyər ki, Azərbaycan Respublikasında baş verən qanunsuzluqlar hakimiyyət orqanları ilə bağlı şəxslər tərəfindən, hökumətin aşağı eşelonlarının himayəsi və sifarişi ilə həyata keçirilir. Deyilənin sübutu Tovuzda baş verən hadisədir, sakinlər əsgərlər üçün siqaret, su, yemək və s. alıb, ondan sonra kəndə gedən postda polislərə təhvil veriblər. Onlardan biri əsgərlərə göndərilən 4 blok siqareti, ərzağı oğurlayıb, satıb. Almaniyada yaşayan azərbaycanlı bloqer, müxalifətçi Həbib Müntəzir həmin polisin kimliyini sosial şəbəkələrdə açıqlamışdı-Azərbaycan Respublikasının Dairə seçki komissiyasının sədrinin oğludur.
Faktlarla sübut olunduğu kimi, hakimiyyət tərəfindən həyata keçirilən korrupsiyanı və talanı demək olar ki, bütün hakimiyyət dairələrində mövcuddur. Əliyev rejimi tərəfindən həyata keçirilən qəsblərdən ordu da kənarda qalmır.
Qeyd etməyə dəyər ki, azərbaycan ordusunda baş verən tacir sövdələşmələri əsgərlər üçün nəzərdə tutulan yeməyin alqı-satqısı ilə başlayaraq ölən əsgərlərin orqanlarının satışına çatır.