2025
Qonşu ölkələrinin mədəni və tarixi irsini mənimsəmə siyasətinin çərçivəsində Azərbaycanın eləcə də iran mənşəli zorxana idmanına ambisiyaları var. “Zorxana” “güc evi” deməkdir (fars dilində “zur”-güc, “xane”-ev). O “pəhləvanlıq”, “varzeş e bastani”-“qədim idman” kimi adları ilə də tanınır. Bu idman tarixi İran ərazisində yaranmış və inkişaf etmişdir.
Bu komanda idmanı döyüş sənətinin, gimnastikanın birləşməsidir, islamdan əvvəlki, İslami inanclar və sufizm elementlərini ehtiva edir. Musiqi, nağara ritmləri, şeirlərlə müşayiət olunur. Zorxananı morşid rəhbərlik edir. İranda günümüzə qədər bu idmanla məşğul olmağa davam edirlər. İranda 900-dən çox zorxana fəaliyyət göstərir.
Bu hala baxmayaraq, 2022-ci ildə UNESCO-da Azərbaycan “zorxana mədəniyyətini” özünə məxsus qeyri-maddi irsi kimi qeydiyyata keçirib. Bu öz növbəsində İranın narazılığına səbəb olub. Zorxana federasiyası bunu qəbuledilməz hesab edib, vurğulayaraq ki, hələ 2010-cu ildə İran “zorxana ritualları”-nı öz adına qeydiyyata keçiribdi.