2025
Azərbaycanda media hakimiyyətin ciddi nəzarəti altındadır. Azad söz hüququ məhduddur. Hakimiyyətə qarşı tənqidi fəaliyyət göstərməyə çalışan media təzyiqlərə məruz qalır, hətta bloklanır. Eyni şəkildə müxalif, müstəqil jurnalistlər təzyiqlərə məruz qalırlar, onlar uydurma ittihamlarla həbs edilirlər, şəxsi məlumatlarının yayılma təhdidinə məruz qalırlar. Yəni Azərbaycanda “mətbuat azadlığı” mücərrəd anlayışı kimi qalmağa davam edir. Jurnalistlərdən başqa adi vətəndaşlarının söz azadlığı hüququ da məhduddur.
Media azadlığı məsələsi nüfuzlu beynəlxalq illik hesabatlarında aydın şəkildə əks olunur. Dünyada mətbuat azadlığı məsələləri ilə məşğul olan “Sərhədsiz reportyorlar” (Reporters without borders-RSF) təşkilatı, “Freedom House” beynəlxalq insan haqları təşkilatı, “Mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə layihəsi” (OCCRF) belə strukturlardandır.
RSF-in 2024-cü il hesabatına görə, Azərbaycan dünyanın 180 ölkə arasında mətbuat azadlığı indeksində 164-cü yerindədir. Təşkilat vurğulayır ki, Azərbaycanda bütün media, eləcə də televiziya kanalları, radio dövlət nəzarəti altında fəaliyyət göstərir, hər hansı müstəqil kanal və ya radio yoxdur. Tənqidi baxışı olan bütün qəzetlər bağlanıb. Ən məşhur müxalif mediası-“Azadlıq” və “Meydan TV” Azərbaycan ərazisində bloklanmış, xaricdən fəaliyyət göstərirlər.
RSF-ə görə hakimiyyətə qarşı tənqidi fəaliyyət göstərməyə cəhd edən medialar və onların jurnalistləri təzyiqlərə və ayrı-seçkiliyə məruz qalırlar. Müxalif jurnalistlərin informasiyaya çıxışı məhduddur, çünki dövlət qurumları onların müraciətlərinə cavab vermirlər, susdurmaq üçün isə, hakimiyyət orqanları öz media vasitəsi ilə şəxsi məlumatlarının yayılması ilə təhdid edirlər. Müxalifətçilərdən fərqli olaraq hökumətyönlü mediası pul mükafatları, digər maddi dəstək-rüşvət alır. Müstəqil medianın mövcudluğu eləcə də hökumət tərəfindən reklam sahəsinə nəzarətini əngəlləyir. Xarici donorlarla əməkdaşlığı isə qadağandır.
Təşkilat qeyd edir ki, son 20 il ərzində Azərbaycanda media haqqında qanunlar daha da sərtləşdirilib. 2022-ci il fevral ayında hakimiyyət senzuranı qanuniləşdirmək üçün qanun tətbiq edib. Bundan başqa “Facebook”, “Youtube” və ya digər sosial media platformalarında hökuməti tənqid edən istənilən istifadəçi cəzalandırılır.
Azərbaycan hakimiyyətinə qarşı çıxan və təhdidlərinə məhəl qoymayan jurnalistlər uydurma ittihamlarla həbs olunurlar, güc strukturları tərəfindən zorakılığa məruz qalırlar. Sözü gedən strukturlardan heç biri əməllərinə görə cinayət məsuliyyəti daşımır. “Sərhədsiz reportyorlar” təşkilatı qeyd edir ki, Azərbaycanda nəinki jurnalistlərin təhlükəsizliyi təmin edilmir, onların yaxınları da təzyiqlərə məruz qalırlar. Jurnalistlər Azərbaycandan kənarda da təqib olunurlar.
Digər bir nüfuzlu müəssisə “Freedom House” da Azərbaycanı “qeyri-azad” ölkə kimi təsnif edir. Təşkilat öz 2024-cü il hesabatında yazır.“Mətbuat azadlığının konstitusiya təminatları müntəzəm və sistematik şəkildə pozulur, çünki hökumət informasiya sektoruna nəzarət etməyə çalışır”.
Eləcə də əlavə edir ki, həyata keçirilmiş hüquqi dəyişiklər hökumətə məhkəmənin qərarı olmadan saytları bloklamağa imkan verir. Bundan başqa hüquq-mühafizə orqanları jurnalistlərin, müxalif fəallarının, siyasətçilərin telefon danışıqlarını, onlayn rabitələrini nəzarət edirlər. Məxfi dinləmələri telefonları və kompüterləri casus proqramlarla yoluxduraraq keçirirlər. İsrail “Pegasus” belə proqramlardan biridir.
“Mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə layihəsi” (OCCRP) 2021-ci ildə aşkar etmişdir ki, 40-dan çox azərbaycanlı jurnalist və fəal, onların ailə üzvləri (1000-dən çox azərbaycan telefon nömrəsi) “Pegasus” programının hədəfində idi. Bu İsrail programı telefon zənglərinə, telefonda olan bütün məlumatına, eləcə də fotoşəkillərinə, videolara çıxışı təmin edir. Proqram eləcə də istifadəçinin xəbəri olmadan foto və video çəkilişlər aparma imkanı verir. Bu şəkildə Azərbaycan hakimiyyəti jurnalistlərin şəxsi məlumatlarını əldə edə bilib, bəzi hallarda şəxsi və intim xarakterli video və fotoların yayılması ilə onları şantaj etməyi bacarıblar.
Mövcud olan beynəlxalq tənqidlərinə baxmayaraq Azərbaycan hakimiyyətinin bu fəaliyyəti illər ərzində nəinki yüngülləşməyib, əksinə hər dəfə söz azadlığının məhdudlaşdırılma yeni təzahürləri özündə cəmləşdirərək təkmilləşdirilib.
Jurnalistlərin ayrı təqibi hallarına sonrakı məqalələrdə daha ətraflı istinad edəcəyik.