2025

Azərbaycanda sosial problemlər. İşsizlik

İşsizlik Azərbaycanda ən ciddi sosial problemlərdən biridir. Bakının təbliğat maşınının tərəfindən “iqtisadi cəhətdən sabit” olaraq təqdim olunan ölkədə işsizlik səviyyəsi ildən-ilə artır, bu da öz növbəsində böyük daxili narazılıq dalğasına gətirib çıxarır. Hakim rəhbərlik ölkədə artan narazılıq hələ də susdurulmağı və cilovlanmağı bacarır.

2023-cü il iyul ayının vəziyyətinə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 224,3 min nəfər olmuş, onlardan 4 milyon 934,5 min nəfərini məşğul, 289,8 min nəfərini işsiz əhalini təşkil etmişdir[1].

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 253.3 min nəfər olmuş, onlardan 4 milyon 966.4 min nəfərini məşğul əhali təşkil etmişdir[2].

İqtisadi artımla bağlı Azərbaycan rəhbəri İlham Əliyev bəyan edib.“Sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın İdman Kompleksi tikildi”[3].

İqtisadçı Nemət Əliyev İlham Əliyevin oxşar çıxışı ilə bağlı Meydan TV-yə bildirmişdir ki, yeni iş yerləri ilə bağlı səslənən rəqəmlər həm populist, həm də konkret siyasi məqsədlər güdür. “Yeni iş yerlərinin açılmasını inkar etmirəm. Amma bunun üzərində manipulyasiya edib işsizlik səviyyəsinin azalması haqda fikir yaratmaq bağışlanmazdır. Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2004-cü ildən sonra açıqlanan milyondan çox yeni iş yeri hesabına ölkədə işsizlik səviyyəsi azalmayıb. Hətta bu səviyyə 2004-cü ildən əvvəlki dövrdən də yüksəyə qalxıb. Ona görə də yeni iş yerləri barədə ictimaiyyətə çatdırılan fikirlər çaşqınlıq yaratmaqdan başqa bir şey deyil[4].

Naxçıvan Statistika Komitəsinin 2021-ci ilin sonuna olan rəsmi rəqəmlərinə görə, 500 mindən çox əhalisi olan Muxtar Respublikada işsizlərin sayı 300 nəfərdir, bu, tamamilə saxtalaşdırılmış və gülünc bir rəqəmdir.

İqtisadçı Toğrul Maşallıya görə, nəinki Naxçıvan, Azərbaycanın digər bölgələrində işsizlərin sayı rəsmi rəqəmlərdən qat-qat çoxdur. “Statistika göstərir ki, Muxtar Respublikada muzdlu işləyənlərin sayı 109 mindir. Sual yaranır: bəs digərləri nə ilə məşğul olur? Yerdə qalanlar, güman ki, adətən tələbə, ya da pay torpaqları onlar kimi hesablanır. Onlar işsiz yox, iqtisadi fəal kimi sayılırlar[5]”.

İqtisadçı Natiq Cəfərli isə Meydan TV-yə deyir ki, Azərbaycanda rəsmi işsizlik səviyyəsi ancaq formal və statistik göstəricilər üçündür, reallığı əks etdirmir...[6].

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyir ki, ölkədə iqtisadi fəal əhali 5 milyon 14 min 500 nəfərdir. Bunun 2 milyonu xaricdə çörək qazanmaq məcburiyyətindədir: “Sual yaranır, Azərbaycanda özünü işlə təmin etmək şansları yüksəkdirsə, onlar niyə Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxıstanda iş axtarmalıdırlar?[7]”.

Azərbaycanda orta minimum və orta aylıq əmək haqqının qalxmasına gəlincə, iqtisadçı Nemət Əliyev deyir ki, bu gün Azərbaycan iqtisadiyyatı təlatümlər yaşayır və bu, insanların həyatına təsirsiz ötüşmür. Orta aylıq əmək haqqı iki ildə 566 dollardan 310 dollara qədər düşüb. “Bank sistemi tamamilə sıradan çıxıb, bunu artıq deputatlar da deyir. İşsizlik səviyyəsi isə sürətlə böyüməkdədir. Nəinki azalıb[8].

İqtisadçı Samir Əliyev qeyd edir ki, Azərbaycanda işsizliyin hazırki səviyyəsi 5 faiz deyil, onun fikrincə bu rəqəmdən 3-4 dəfə çoxdur[9].

İş tapmaq məqsədi ilə azərbaycanlılar müxtəlif ölkələrə Rusiyaya, Almaniyaya, Koreyaya, Polşaya və s. gedirlər. Statistik məlumatlara görə, 2017-ci il oktyabr ayının 20-nin vəziyyəti ilə Migration Policy İnstitute-nin məlumatlarına əsasən 1 milyon 147 min azərbaycanlı xarici ölkəyə gedib, onlardan 767 mini Rusiyada, 82 mini Ukraynada, 48 mini Qazaxıstanda, 20 mini ABŞ-da, o qədər də Özbəkistanda, 19 mini Almaniyada, 17 mini Türkiyədə məskunlaşıb[10].

2021-ci ilin vəziyyətinə görə, Rusiyada faktiki olaraq 500 min azərbaycanlı yaşayır. Bunun haqqınad Dövlət Miqrasiya Təşəbbüsləri üzrə Avrasiya Platformasının rəhbəri Azər Allahverənov məlumat verir[11].

2021-ci ilin vəziyyətinə görə Almaniyaya 20-30 min azərbaycanlı Almaniyaya mühacirət edib[12].

Avropa Statistika İdarəsinin məlumatına görə, 2018-ci ildə Avropada təxminən 30 min azərbaycanlı məskunlaşıb, Fransa və İspaniyada məskunlaşmış azərbaycanlıların məlumatları buraya daxil edilmir[13].

Bu yaxınlarda Azərbaycanda günü-gündən böyüyən sosial problemlər mövzusuna müxalif siyasətçi Əli Kərimli də istinad edib.“Neft və qaz erası başa çatan müddətdə Azərbaycan kəsib ölkələrdən biri kimi daxil olacaq. Biz burda uşaq pulu dərdi çəkirik, amma artıq həttə pensiyaların verilməsi getdikcə problem olacaq. Biz burda maaşların artırılması, təhsilin pulsuz olması haqqında planlar qururuq, amma bunlar həttə əlillərin pulunu kəsməyə hazırlaşırlar və bu gedişlə kəsərlər, çünki doğurdan da dövlətin gəlirləri azalır, xərcləri isə artır. Rəhbərlik artıq siyasi fəallarla mübarizə aparmaqla məhdudlaşmır. Bu rəhbərlik sayəsində yoxsulluq hamını hədələyir[14]”.

Müxalif siyasətçi əlavə edir ki, ölkədə 3 milyondan çox işsiz işçi qüvvəsi var.“onlar hər yerdə iş axtarırlar (Azərbaycanda onlar çörək pulu tapa bilmirlər), İlham Əliyev isə sərəncəm verib, Azərbaycana xaricdən işçi qüvvəsi gətirmək istiyir”.

Əli Kərimlinin sözlərinə görə, Azərbaycanda təhsil sistemi də məhv edilmiş vəziyyətdədir. Müstəqillik dövründə on minlərlə azərbaycanlı gedib xarici ölkələrdə yüksək təhsil alıb. Yuxarıdakılar dünyanın müxtəlif yerlərində çalışırlar və ölkəyə qayıtmırlar, Azərbaycanda azadlıq, insan haqqları yoxdur. 8600 nəfərdən artıq azərbaycanlı tələbə təhsilini yarımçıq qoyub, təhsil xərcini ödəyə bilmirlər, bu gün isə Dubayda təhsil fonduna Azərbaycan sərmayə qoyub (100 milyon dolar). O pul bu xalqın övladlarının təhsilinə yönəlməli idi, pulsuz dövlət təhsilini təmin edilməli idi. Azərbaycanda idarə edənlər bir başqa qrupdu, onlar özlərini bu xalqın qarşısında məsul hesab etmirlər, istədikləri şəkildə ölkənin var dövlətini talan edirlər. Azərbaycan xalqı isə tamam başqa qrupdu, artıq xalqın bunlardan bir gözləntisi yaranmır[15].

Bakının hakim rəhbərlik tərəfindən Azərbaycanı iqtisadi cəhətdən sabit ölkə kimi təqdim etdiyinə baxmayaraq, faktlar onu sübut edir ki, Azərbaycan Respublikasında işsizliyin səviyyəsi kifayət qədər yüksəkdir, bu da öz növbəsində kütləvi mühacirətə gətirib çıxarır.

Burak Enginin karikaturası

[1] Azərbaycanda işsizlik səviyyəsi açıqlanıb, Azərbaycanda işsizlik səviyyəsi açıqlanıb | marja.az  giriş05/07/2024, 16:36.

[2] Azərbaycanda işsizlik səviyyəsi azalmayıb-olduğu kimi qalıb, Azərbaycanda işsizlik səviyyəsi azalmayıb - Olduğu kimi qalıb ABC.AZ, giriş 05/07/2024, 16:44.

[3] Prezident.Yüz minlərlə yeni iş yeri yaradılıb, https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/prezident-yuz-minlerle-yeni-is-yeri-yaradilib/, giri. 05/07/2024, 17:09.

[4] Eyni yerdə.

[5] Azərbaycanda artan işsizlik, formal rəqəmlər və iş tapa bilməyən vətəndaşlar, Azərbaycanda artan işsizlik, formal rəqəmlər və iş tapa bilməyən vətəndaşlar - MEYDAN.TV, giriş 05/07/2024, 17:38.

[6] Eyni yerdə.

[7] İşsizliyin səviyyəsi gündəgün böyüyür, nəinki azalır, ''İşsizliyin səviyyəsi günbəgün böyüyür, nəinki azalır'' - MEYDAN.TV (d9mc3ts4czbpr.cloudfront.net), giriş 05/07/2024, 17:59.

[8] Eyni yerdə.

[9] Deputatdan və ekspertdən işsizliyin səviyyəsi ilə bağlı açıqlama, Deputatdan və ekspertdən işsizliyin səviyyəsi ilə bağlı açıqlama (musavat.com), giriş 05/04/2024, 18:12.

[10].Семья не защищена": почему и куда уезжают из Азербайджана, "Семья не защищена": почему и куда уезжают из Азербайджана - BBC News Русская служба, giriş 7/22/2024, 16:06.

[11] В каких сферах в России заняты азербайджанские мигранты, В каких сферах в России работают азербайджанцы (sputniknews.ru), , giriş 7/22/2024, 16:23.

[12] Азербайджанские эмигранты в Германии: не только политические, Азербайджанские эмигранты в Германии: не только политические – DW – 25.11.2021, giriş 7/22/2024, 16:34. 

[13] «Это не жизнь»: разочарование азербайджанских мигрантов в Польше, «Это не жизнь»: разочарование азербайджанских мигрантов в Польше (oc-media.org), giriş 7/22/2024, 16:37.

[14] Parlament buraxılır Ölkənin sosial-iqtisadi durumu gərginləşir Əli Kərimli çıxış yolları barədə, Parlament buraxılır Ölkənin sosial-iqtisadi durumu gərginləşir Əli Kərimli çıxış yolları barədə (youtube.com), giriş 05/07/2024, 19:09:

[15] Əhali işsiz, hakimiyyət xaricdən işçi gətirir... Əli Kərimlidən absurd qərara münasibət, Əhali işsiz, hakimiyyət xaricdən işçi gətirir... Əli Kərimlidən absurd qərara münasibət (youtube.com), giriş 10/07/2024, 21:52.

Telegram kanalımıza abunə olun