2025
2024-07-26
Azərbaycan özünü multikultural, guya milli azlıqların hüquqları tamamilə qorunmuş ölkə kimi təqdim etməyə çalıştığına baxmayaraq, reallıq başqadır.
Azərbaycan Respublikasının konstitusiyasının ikinci bölməsinin (Əsas hüquqlar, azadlıqlar və vəzifələr) “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” başlığı ilə 3-cü fəsilində milli mənsubiyyət hüququna və ana dilindən istifadə hüququna istinad edilir.
Belə:
44-cü maddəsiylə milli mənsubiyyət hüququ qeydəalınır. Adı çəkilən maddə aşağıdakı müddəalara malikdir:
1.Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
2.Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.
45-ci maddəsiylə ana dilindən istifadə hüququ qeydəalınır, adı çəkilən maddə aşağıdakı müddəalara malikdir:
1.Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
2.Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz[1].
Azərbaycan Respublikasında milli azlıqların ölkədə azad və sədaqətlə yaşamaq hüququna malik olması göründüyünə baxmayaraq, reallıq başqadır. Azərbaycanda fəaliyyət göstərən “Azadlıq” radiosu ölkənin ikinci böyük xalqı sayılan Talışlara istinad edib. Vəkil Ramiz Məmmədovun sözlərinə görə Azərbaycanda yaşayan talışlar ana dillərində yalnız ailə içərisində sərbəst danışa bilir, talışların ibtidai təhsil almaq mümkün olsa da, bu dildə tam təhsil almaq mümkün deyil. Talış dilində dərsliklər son dəfə 1995-ci ildə tərtib olunub. Ondan sonra dərsliklər yenilənməyib. Rəsmən talışlar bu ölkədə yaşayan ikinci böyük xalq sayılır, ancaq onlar bunu pasportlarına yazdıra bilmirlər. Hələ 1930-cu illərdə sovet ideologiyasına uyğun olaraq yerli türklərin adı rəsmi sənədlərdə azərbaycanlı olaraq yazıldıqdan sonra bu, ölkədə yaşayan bir sıra xalqlara, o sıradan talışlara da aid edildi[2].
Talış dilində ilk mətbuatı “Talışların səsi” (Talışi sədo) 1992-ci ildə nəşr edilib. 2001-ci ildən etibarən qəzetin redaktoru Novruzəli Məmmədov idi, 2007-ci ildə İranın xeyrinə casusluqda ittiham edilərək 10 il həbs cəzasına məhkum edilib. 2009-cu ildə Məmmədov həbsxanada “öldu”. Onun ölümündən sonra qəzetin redaktorluğunu Hilal Məmmədov öz üzərinə götürdü, lakin onun vəzifə müddəti uzun sürmədi. 2012-ci ildə o narkotik saxlamaqda, xəyanətdə, nifrət yaymaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub[3].
Əsasən Qusar rayonunda yaşayan Azərbaycan Respublikasında milli azlıq sayılan ləzgilər də kifayət qədər çətin şəraitdə yaşayırlar. Əksəriyyəti Rusiyada və Bakıda işləyir, tikinti işlərində isə Türkiyədən gələn işçilərə ləzgilərdən bir neçə dəfə çox maaş verilir[4].
Azərbaycan Respublikasında milli azlıq olan ləzgilər də ana dilində təhsil alma hüququndan məhrumdurlar. “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova qeyd edir ki, ləzgilər öz adət-ənənələrini məişət həyatında saxlamağa davam edirlər, lakin təhsil alması, qəzet və jurnallar çap etməsi ciddi problemdir.
Qeyd etməyə dəyər ki, Rusiya Federasiyasının Dağıstan vilayətindən Azərbaycana ləzgi dilində dərsliklərin gətirilməsi qadağan edilib. İndi demək olar ki, ləzgi dilində bir ədəd də olsa dərslik yoxdur. Qabaqlar Dağıstan Dövlət Universitetinin Bakı filialında ləzgi dili mütəxəssisləri hazırlanırdı. Lakin bir neçə il öncə həmin institut da bağlandı[5].
Milli azlıqların ana dillərində dərsliklərin hazırlanma probleminə Əsəd Məmmədəliyev istinad edib. Onun sözlərinə görə problemlə bağlı Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, bir sıra ölkələrin təhlükəsizlik orqanları Azərbaycanda sabitliyi pozmaq üçün milli amildənistifadə etməyə və ölkədə yaşayan xalqları dövlət əleyhinə qaldırmağa çalışırlar. Onun dediyinə görə bunu xüsusilə Ermənistan edir və guya Ermənistanda universitetlərdə Talış dili kafedraları var, bu dildə televiziyalar fəaliyyət göstərir, bu da məqsədlidir. Digər bir məmur Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev etniklərin dilinin tədrisini məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə Azərbaycan konstitusiyasına uyğun olaraq tədris dili Azərbaycan dilidir və tədris bu dildə aparılmalıdır[6].
Azərbaycan Respublikasında milli azlıqlar sadəcə ana dilində təhsil alma hüququndan deyil ki, məhrumdurlar. Həm azərbaycanlı əhalisinin həm də milli azlıqların ağır sosial vəziyyəti də xüsusi diqqətə layiqdir. “Adımız dilənçidir” məqaləsində Azərbaycanda milli azlıqlarınağır sosial vəziyyəti əhatə edilmiş. Orada xüsusi ilə qeyd olunur ki, Azərbaycanın neft və qazla zəngin bu bölgəsində yaşayan insanlar adi həyat şəraitindən məhrumdurlar. Onların işığı, qazı, kanalizasiyası, asfaltlanmış küçələri yoxdur. Yoxsulluq ucbatından onlarla çoxuşaqlı ailə övladlarını məktəbə göndərə bilmir, azyaşlılar təhsil almaq əvəzinə valideynlərinin yanında dilənçiliklə və ya ən yaxşı halda satmaq üçün metal toplayaraq gündəlik çörək qazanırlar. Azərbaycanda yaşayan kürdlər qeyd edirlər ki, xüsusi ilə çoxuşaqlı analarınyardıma ehtiyacı var. Kürdlərə heç kəs kömək etmir. Uşaqları məktəbə qəbul etmirlər. Çoxlarıyazıb-oxumağı bilmədiyindən hətta hərbi xidmətə də gedə bilmirlər[7]. Bütün bunlara paralel olaraq Azərbaycan cəmiyyətində elə bir düşüncə var ki, Erməni tərəfi həmişə Azərbaycanın milli azlıqlarını dövlətə qarşı alət kimi istifadə edib. Bunun sübutu odur ki, Azərbaycan tərəfi 1994-cü il mart ayının 19-da Bakı metrosunda törədilən terror aktında günahı ləzgi “sadval” təşkilatının və Erməni tərəfinin üzərinə atmağa çalışır[8].
Deyənlərdən aydın olur ki, Azərbaycan Respublikasında yaşayan milli azlıqlar sadəcə pozulmuş hüquqlarla hədəf kütləsidir. Konstitusiyada yer almış maddələr nəinki praktikada tətbiq olunmur, hətta Azərbaycanın yüksək rütbəli məmurları açıq şəkildə bəyan edirlər ki, bunun praktikada tətbiq olunması dövlətə təhlükə yarada bilər. Əslində Azərbaycan öz ölkəsində yaşayan milli azlıqların mövcudluğunu manipulyasiya edir. Yuxarıdakılar hakimiyyətin əlində alətdir. Konstitusiyada təsbit olunmuş hüquqlarından, milli mədəniyyətini qorumaq imkanından məhrumdurlar və s.
[1]AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI 1995 il:
AZE-CC-55-03-LAW-1995-aze-Constitution-Republic-of-Azerbaijan.pdf (who.int).
[2]Azadlıq radiosu, Talışlar ana dillərində yalnız ailə içərisində sərbəst danışa bilirlər Talışlar ana dillərində
yalnız ailə içərisində sərbəst danışa bilirlər, Fevral 23, 2010: «Talışlar ana dillərində yalnız ailə içərisində sərbəst danışa bilirlər» (azadliq.org) (giriş 15.06.2024).
[3] Chaikhana.media, Azerbaijan’s only Talysh Gazette: https://chaikhana.media/en/stories/1230/azerbaijans-only-talysh-gazette (giriş 23.07.2024).
[4] Panorama.am, Проблемы лезгин в Азербайджане… Безработица, миграция, вовлеченность в войны за рубежом, радикализация молодежи:
https://www.panorama.am/ru/news/2013/06/13/ismaylov/498917, (giriş 23.07.2024).
[5]eyni yerdə.
[6]Məmmədəliyev Ə., Etnik azlıqların dilində dərs: Deputatlardan fərqli fikirlər, Aprel 1, 2024: Etnik azlıqların dilində dərs: Deputatlardan fərqli fikirlər... – Olmamalıdır, çünki... (teleqraf.com) , (giriş 15.06.2024).
[7]Ermənistanın İctimai Radiosu, Azərbaycanda milli azlıqların “yaxşı həyatı”, 22.05.2023, Azərbaycanda milli azlıqların “yaxşı həyatı” – Ermənistanın İctimai Radiosu (armradio.am) (giriş. 15.06.2024).
[8] Ona.az, Azərbaycana qarşı "milli azlıq kartı": Separatçılar iflasa uğrayan planlarından əl çəkmir, aprel 13,2022:
https://ona.az/az/tehlil/azerbaycana-qarsi-milli-azliq-karti-separatcilar-iflasa-ugrayan-planlarindan-el-cekmir-tehlil-30406 (giriş 15.06.2024).