2025
“Qərbi Azərbaycan” tezisinin çərçivəsində azərbaycanlılar ermənilərə qarşı nifrət və ümumilikdə nifrət yaymağa davam edirlər. Bu dəfə onların hədəfində Geğarkunik mərzinin Kutakan kəndidir.
Uydurma “Qərbi Azərbaycan” tezisinin məntiqi davamı kimi azərbaycanlılar Ermənistan Respublikasının yaşayış məntəqələrinə “öz uydurma rəhbərlərini təyin ediblər”. Onlardan biri də Anatoli Orucovdur, adı çəkilən kişi qondarma Qərbi Azərbaycanın Basarkeçər rayonunun Canəhməd kənd (söz Geğarkunik mərzinin Kutakan kəndindən gedir) icma sədri kimi təqdim edilir.
Kutakan kəndinin “azərbaycanlı rəhbəri” təkcə uydurma icmasına rəhbərlik etmir, həm də kəndin tarixini yazır. Orucov kəndin tarixini saxtalaşdırılmış faktlarla, ermənilərə qarşı nifrətlə və düşmənçiliklə təqdim edir. Müəllif qeyd edir ki, kəndin ərazisində indiyədək heç bir arxeoloji qazıntı aparılmadığına və kəndin qədim tarixi haqqında dəqiq məlumat vermək mümkün olmadığına baxmayaraq ona həmin fakt “qəti nəticə” çıxarmağa mane olmur.
Məlumdur ki, kənd 1969-cu ilə qədər Canəhməd, 1991-ci ilə qədər isə Günəşli adlandırılırdı. Bunun əksinə isə kəndin ərazisində 12-17-ci əsrlərə aid xaçkarlar (xaç daşı) və qəbirləri olan erməni xristian qəbiristanlığı var, kəndin yaxınlığında isə erməni kilsəsi qorunub saxlanmışdır. Kəndin erməni qəbiristanlığını Orucov “xristianlıqdan əvvəlik dövrə aid Albaniya türklərinin qəbiristanlığı” kimi təqdim edir və xaçların türklərlə nə əlaqəsi olduğunu oxucusuna göstərmək üçün əlavə edir ki, türklər bir vaxtlar albanlara kömək ediblər, o xaçlar isə xristianlıqdan əvvəlki bəzi dini ayinlərin bir hissəsi idi.
Bunu inkar etməyə ehtiyac yoxdur ki, 11-ci əsrdən etibarən müxtəlif türk tayfaları Ermənistana, Gürcüstana, İrana, Kiçik Asiyaya və başqa ərazilərə köç etmişlər. Axı bu tayfalar 9 əsrdən artıq müddətdən sonra yaranmış azərbaycan etnosunun formalaşmasında bilavasitə iştirak edə bilməzdilər və azərbaycanlılarla heç bir əlaqələri yox.
Müəllifə görə özü tərəfindən təqdim olunan tayfalar Qaraqoyunlular tayfa birliyinin tərkib hissəsi idilər.
Orucov yazır.“Qərbi Azərbaycanın digər rayonları kimi Canəhməd də qədim zamanlardan müxtəlif türk tayfalarının əcdadlarının evi idi və onların izləri günümüzə qədər gəlib çatıb”.
Kəndin boşaldılması və daha sonra azərbaycanlılarla dolması Orucov Sovet dövründə baş vermiş uydurma “azərbaycanlıların deportasiyası” (1945-1959-cu illərdə) ilə əlaqələndirir, yuxarıdakını Ermənistana Moskvanın göstərdiyi dəstəyi kimi təqdim edir.
Sovet Azərbaycanda erməni, Sovet Ermənistanda isə müsəlman türkdilli kəndlərin mövcudluğu danılmazdır. Sovet dövründə Kutakan kəndi əsasən türkdilli müsəlman idi.
Orucova görə ermənilər eləcə də kəndin mədəniyyət irsini erməniləşdiriblər, bir hissəsini də dağıdıblar, azərbaycanlıları isə guya qovublar. Lakin reallıq odur ki, 1988-ci ildə yerli azərbaycanlılar Sovet Azərbaycanın ərazisinə köçüblər.
Qeyd etməyə dəyər ki, həmin dövrdə Azərbaycanda ermənilərin kütləvi qırğınları və məcburi deportasiyası baş verirdi.
Beləliklə öz millətinin vəhşiliklərinə etinasızlıq göstərərək erməni Kutakan kəndinin “azərbaycanlı rəhbəri (başçısı)” tarixi faktlarını saxtalaşdıraraq “yeni bir azərbaycan tarixi” uydurur.
Narek Aleksanyan tərəfindən çəkilmiş foto