2025

Azərbaycan tərəfindən tarixin saxtalaşdırılmasına qarşı Ruben Qaliçyanın təzə kitabı

Ermənistan Respublikasının Milli Elmlər Akademiyasında coğrafiyaşünas, kartoqraf Ruben Qaliçyanın “Azərbaycanın 2014-cü il milli atlasın “tarixi” xəritələrinin tədqiqi və “Qərbi Azərbaycan” uyudurulmuş termini” ikidilli kitabının təqdimatı keçirildi. Kitab “Geğard” elmi-analitik fondunun maliyyə dəstəyi ilə nəşr edilib.

Kitab təqdimatına kitabın müəllifi Ruben Qaliçyan, “Geğard” fondunun direktoru Robert Ğazaryan, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Aşot Melkonyan, ali elmlər doktoru Hraç Martirosyan, tarix elmləri doktoru, arxeoloq Hamlet Petrosyan, Parlament deputatı Vilen Qabrielyan, XİN-dən, baş nazirin müavini Mher Grigoryanın ofisindən nümayəndələr, eləcə də digər görkəmli alimlər iştirak edirdi.

“Geğard” elmi-analitik fondunun direktoru Robert Ğazaryan açılış nitqi ilə çıxış etdi. İştirakçıları salamlayaraq, Robert Ğazaryan vurğuladı.“Bu gün masanın üzərində əhəmiyyətli bir əsərimiz var. “Geğard” fondu azərbaycan saxtakarlıqlarına və bunun qarşısını alınmasına yönəlmiş müxtəlif, gündəlik və çoxdilli işlər aparır”.

Tarix İnstitutunun direktoru, kitabın məsul redaktoru Aşot Melkonyan azərbaycanlılar tərəfindən anti-elmi tezislərin yayılmasından danışdı. O xatırlatdı ki, azərbaycan tarixinin saxtalaşdırılmasının əsasını Ziya Bünyadov qoyub.

Arxeoloq Hamlet Petrosyan çıxış edərək, qeyd edib ki, bu çox mühüm hadisədir və Qaliçyan təkcə böyük tədqiqatçı deyil, həm də böyük ermənidir.

Sonunda Ruben Qaliçyan kitabın məzmununu, kitabda yer almış Azərbaycanın kartoqrafik saxtakarlıqlarla bağlı iki məqaləni təqdim etdi. İlk məqalədə Azərbaycanda 2014-cü ildə Milli atlasda xarici kartoqraflar tərəfindən saxtalaşdırılmış xəritələrin müzakirəsinə aiddir, nəzərdən keçirilmiş orijinalları daxil olmaqla. İkinci məqalə Ermənistan Respublikasının ərazisini “Qərbi Azərbaycan” kimi təqdim edən azərbaycan saxtakarlığının aşkarlanmasına həsr edilmişdir.

Telegram kanalımıza abunə olun