2025
Son iki onilikdə Naxçıvan Muxtar Respublikasını faktiki olaraq Azərbaycanda hakim əliyev ailəsi ilə qohumluq əlaqələri olan Vasif Talibov İdarə edib. Uzun illər Talibov Naxçıvan Muxtar Respublikasının Ali Şursıanın sədridir və ölkənin təkcə siyasi deyil, eləcə də iqtisadi sistemini öz nəzarəti altına ala bildi.
2003 ildə Human Rights Watch Naxçıvandakı durumu “Azərbaycanın digər bölgələrinə nisbətən daha ağır xarakterizə edib”, 2011 ildə Azərbaycanın prezidentinə açıq məktubda Naxçıvandakı həqiqi mənzərəni təqdim edib. Sonuncuya görə orada insan hüquqlarının müdafiə məsələsi və azadlıqların vəziyyəti getdikcə pisləşir.
Rejimin siyasi opponentləri təzyiqlərə məruz qalırlar. Vətəndaş cəmiyyəti, müstəqil mediası demək olar ki, yoxa çıxıb. Xarici xəbər agentlikləri də hücuma məruz qalırlar. Qəzetlər və verilişlər müstəsna olaraq dövlətin nəzarəti altındadır, müxalif jurnalistlər isə ağır vəziyyətdədirlər. Qərbi hüquq müdafiə çoxlu təşkilatlar və müxalif jurnalistlər Naxçıvanda azad gəzmə və məlumatlar alma məsələsindən narazı qalmağa davam edirlər. Naxçıvan rejimi ictimai narazılığının hər hansı halının qarşısını almağa və ona nəzarət etməyə, müxalifəti əzmək üçün təhlükəsizlik qüvvələrinə və polisə güvənir.
Azərbaycanlı jurnalist Məlahət Nəsibova və əri Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının müdafiəsinə mübarizə aparırdılar, hakimiyyət orqanlarından sui-istifadəsi, insan hüquqlarının pozulmaları, müharibə cinayətləri və korrupsiydan danıçırdılar. “Demokratiyanın və QHT-nin İnkişafı Resurs Mərkəzinin” həmtəsisçisi Məlahət Nəsibova fəaliyyətinə görə həbs edilib, zorakılığa məruz qalıb. Sonuncu öz jurnalistlik fəaliyyətinə görə 2009-cu ildə Torolf Rafto xatrinə mükafatına layiq görülüb, bu mükafat bütün dünyada zülmlə mübarizə aparan hüquq müdafiəçilərinə verilir. 2013 ildə əri İlqar Nəsibov ilə birlikdə “Naxçıvan Resurs Mərkəzini” yaradıb, orada yerli hüquq müdafiəçiləri, jurnalistlər və digər hüquq-mühafizə təşkilatları Naxçıvanda İnsan hüquqlarının vəziyyətinin yaxşılaşdırmasına çalışırdılar. Mərkəz yerli sakinləri tərəfindən eləcə də “Ümid evi” adlandırılırdı. Lakin naxçıvan diktatura rejimi belə bir təşkilatın varlığı ilə barışa bilməzdi. 2014 il avqustun 21-də üç kişi mərkəzə daxil olaraq Mərkəzin rəhbəri İlqar Nasibovu şiddətlə döyüblər. Həmin hadisədən sonra həyat yoldaşları təşkilatın fəaliyyətini dayandırmağa və ölkəni tərk etməyə məcbur olurlar.
Müstəqil jurnalistlər və hüquq müdafiəçiləri üçün Azərbaycan həqiqətən təhlükəli ölkədir, Naxçıvanda isə vəziyyət daha da pisdir, çünki Nəsibovların getdiyindən sonra orada fəaliyyət göstərən müstəqil mediası, insan haqları sahəsində çalışan təşkilatlar bağlanıb və hazırda demək olar ki, yoxdur.