2025
Monqol imperiyasının süqutu nəticəsində 14-cü əsrin ikinci yarısında Ermənistan və ətrafdakı ölkələr müxtəlif oğuz-türkmən dağıdıcı tayfalarının yürüşlərinin yoluna düşdülər. Monqolların baskısı altında regiona daxil olan oğuz tayfa ittifaqlarından biri qaraqoyunlu kimi tanınırdı, eynən-“qara qoyunlular”. Həmin tayfaların köçü və yayılma ilkin sahə Ermənistanın Van ətrafından Yuxarı Mesopotamiyaya qədər yerləşən əraziləri oldu. Əmir Teymurun ölümündən sonra qaraqoyunlular İranın əhəmiyyətli bir hissəsində, İraqda, Ermənistanda və ətrafdakı digər rayonlarında dominant mövqe tuta və hökmranlıq qura bildilər. İmperiyanın paytaxtı Təbriz oldu.
Qaraqoyunlular Səlcuqlar və Monqollar kimi İran mədəni təsiri altına düşərək sürətlə iranlaşdırıldılar. Qaraqoyunluların dövlətinin bütün rəsmi transkriptlər-əmrlər, elanlar, tarixşünaslıq, poeziya bütünlüklə fars dilində idi, nadir hallarda ərəb dilində.
Sovet dövrundən başlayaraq Azərbaycan qaraqoyunluların tarixi keçmişini, geridə qoyduqları İslam irsini-onların türkmən tayfa ittifaqını və qurduqları dövlətini azərbaycan kimi təqdim edərək mənimsəməyə cəhd edirlər. Qaraqoyunlu türkmən tayfalarının tarixinin və dövlətinin Azərbaycan tərəfindən bu “mənimsəmə” siyasətini, xoşbəxtlikdən, nəinki dünya tarixşünaslığında, siyasi elm dairələri tərəfindən qəbul tapmadı, Rusiya və Qərb tarixşünaslığı tərəfindən də dəfələrlə pisləyib.
Azərbaycanlılar qaraqoyunliların tarixi-mədəni irsini mənimsəyərək özləri tərəfindən uydurulmuş saxtakarlığına düşüblər, çünki qaraqoyunluları öz əcdadları kimi və ya dövləti azərbaycan kimi təqdim edərək, istər-istəməz unudurlar ki, qaraqoyunlular köçəri və yerli olmayan tayfalar idi, müvafiq olaraq öz tezislərinə görə istər-istəməz azərbaycanlıların köçəri mənşəyi ilə razılaşırlar.
Buna baxmayaraq, bölgədə oğuz və türkmən ünsürlərinin meydana çıxması faktını inkar etməyərək onların azərbaycan mənşəli olması ya da onları azərbaycanlıların əcdadları hesab etməsi ilə razılaşmaq olmaz, çünki belə bir fakt sadəcə olaraq mövcud deyil.