2025
2024-06-13
Berdzor (Laçın) rayonunda Azərbaycan prezidentinin xüsusi nümayəndəliyinin, Berdzor (Laçın) Rayonunda Bərpə, Tikinti və İdarəetmə Xidmətinin və Sosial Tədqiqatlar Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə “Böyük Qayıdış” adlı elmi-praktik konfrans keçirilib.
Onun əsas məqsədi “Böyük Qayıdış” proqramının reallaşdırılmasıdır, sonuncunun çərçivəsində azərbaycan “sülhə” gedən hakimiyyət orqanları qondarma “Qərbi Azərbaycana” qayıdışı barəsində daxili və xarici auditoriyaya mesajlar çatdırırlar, bu da Ermənistan Respublikasının ərazilərinə açıq-aşkar qəsd etmədir. Dönə-dönə “Qərbi Azərbaycan” anlayışını dövriyyəyə buraxaraq azərbaycan təbliğat maşını çoxlu psevdoelmi kitablar nəşr etdirir, hamısını ictimailəşdirmək konsepsiyaya real, hiss olunan konturlar vermək üçün tədbirlər təşkil edir. 2022 ildə nəşr edilmiş “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” ikicildlik kitabı bunun parlaq sübutudur. O tamamilə erməni mədəni irsinin tarixin və həqiqliyin saxtalaşdırılması və təhrif edilməsidir.
“Qərbi Azərbaycan icmasının” sədri Əziz Ələkbərli konfransda “Böyük Qayıdış” proqramına istinad edərək qeyd edir ki, proqram azərbaycanlıları “doğma yurdlarında” məskunlaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
STM-in sektor müdiri Əfqan Vəliyev Qərbi Azərbaycana qayıdış kontekstində çıxış edərək bildirib ki, qondarma “Qərbi Azərbaycana” və “tarixi torpaqlara” qayıdış Laçından başlayan əsas tendensiyadır. Məruzəçi Laçının tarixi abidələrinə, o cümlədən “Ermənistan tərəfindən törədilmiş vandalizmə, müharibə cinayətlərinə” diqqət çəkib. Vəliyevə xatırlatmaq lazımdır ki,cəmi bir neçə ay əvvəl azərbaycan hakimiyyət orqanlarının təşəbbüsü ilə Berdzorun Surb Hambardzman (Laçın Müqəddəs Hambardzman) kilsəsi yerlə-yeksan edildi. Qeyd etmək lazımdır ki, Ələkbərlinin, Vəliyevin və digər şəxslərin hesabatları Ermənistan Respublikasının azərbaycan kimi təmsil etməsinə yönəlmiş açıq hücumdur qəsddir və azərbaycan rejiminin real istəklərini göstərir.