2025
2020 il 44 günlük müharibəsindən sonra Azərbaycan tərəfindən «Qərbi Azərbaycan» termini tez-tez dilə gətirilir, sonuncu indiki Ermənistan Respublikasının ərazisinə istinad edir. Eyni vaxtda aktiv şəkildə 1989 ildə yaradılmış «Azərbaycan qaçqınlar komitəsi» adını daşıyan ictimai təşkilatı fəaliyyət göstərir. 2022 il avqust ayının 3-də isə dəyişdirilərək Əziz Ələkbərlinin sədrliyi ilə «Qərbi Azərbaycan icması» ictimai təşkilatına çevrilib[1].
İcmada müşahidəçi ağsaqqallar, ziyalılar, qadınlar və baxıcılar heyəti, nəzarət-təftiş komitəsi, gənclər birliyi, xarici ölkələrdə nümayəndəlikləri kimi strukturular fəaliyyət göstərirlər. 2023 il yanvar ayının 8-də Qərbi Azərbaycan icmasında elm komitəsi yaradılıb[2]. «Qərbi Azərbaycan icması» ictimai təşkilatının «öhdəlikləri və hüquqları» hissəsində oxuyuruq. «1989 ildən etibarən Qərbi Azərbaycanın qaçqınlar məsələləri ilə məşğul olan yeganə qurum icmadır, 1988-1991 illər ərzində qaçqın olan azərbaycanlılar haqqında faktları, sənədləri toplayır və saxlayır. 1988-1991 illər ərzində Qərbi Azərbaycandan məcburi köçürülmüş 50 mindən çox ailə zərər çəkdi. Bu işlər indi də davam edilir. Həmin illər ərzində Qərbi Azərbaycanın təxminən 300 yaşayış məntəqəsindən məcburi köçürülmüş qaçqınların hər bir ailəsi üçün dəqiq statistika aparılır (ad, familiya, ata adı) və 130 kəndin siyahısı tamamlanırdı. Təşkilat Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısı hazırlamağa davam edir»[3].
Beləliklə Azərbaycanın proqram xarakterli anti-erməni təbliğatı tədricən yeni formatlarda peyda olunur.
Yuxarıda qeyd olunana əlavə olaraq bu il mayın 1-də Bakıda eləcə də «Qərbi Azərbaycan» adını daşıyan televiziya şirkəti də açıldı[4]. Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli[5] qeyd etdi ki, televiziya şirkəti yeni formatda yayımlanacaq. «son 200 il ərzində öz yaşayış məntəqələrindən köçürülmüş soydaşlarımızın, Qərbi Azərbaycanda məhv edilmiş irsimiz barəsində həqiqəti haqqında danışmağa (çatdırmaq), eləcə də dinc və ləyaqətli qayıdışı» üzrə öz fəaliyyətinə diqqət yetirəcək[6].
Azərbaycan parlamentinin digər bir deputatı Hikmət Babaoğlu isə, sonuncu eləcə də Qərbi Azərbaycan icmasının sədr müavinidir, öz çıxışında qeyd edib ki, təbliğat baxımından televiziya şirkətinin böyük rolu var[7].
«Qərbi Azərbaycan» televiziya şirkəti öz fəaliyyətinə hələ 2023 il avqust ayının 1-dən başlayıbdır, lakin onlayn versiyada.
Televiziya şirkəti buraxılışları üç dili ilə, azərbaycan, rus və ingilis dillərində yayımlayacaq.
«Qərbi Azərbaycan icmasının» ictimaiyyət ilə əlaqələr və «Qərbi Azərbaycan» televiziyası şöbəsinin müdiri, icmanın sözçüsü Ülviyyə Zülfüqar jurnalistlərə açıqlamasında bildirib ki.«Bu açılış mərasimi ilə televiziyanın kiber siyasəti də yenilənir. Olan buraxılışlara, yeni formatda və məzmunlu verilişlər əlavə eləmişik, «Ulu öndər və Qərbi Azərbaycan», «Qərbi Azərbaycana doğru» verlişində ümumi liderin,prezident İlham Əliyevin Qərbi Azərbaycan üzrə həyata keçirdiyi işləri haqqında danışacağıq, ondan sonra «insanlığa qarşı» buraxılışı soydaşlarımızın başlarına gətirilən hadisələr ilə bağlı. Qərbi Azərbaycanın maddi və mədəni irsi haqqında «addım addım Qərbi Azərbaycan», «Qərbi Azərbaycan ləzzətləri», «ədəbi İrəvan» verilişləri yayımlayacağıq»[8].
Qeyd etmək lazımdır ki, hələ dekabr ayının 24-də İlham Əliyev təşkilatın binasına ziyarət edərək öz çıxışında vurğulayıb ki. «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, sonuncu çoxlu tarixi sənədləri, xəritələri və tariximiz ilə təsdiqlənir...Bizim əsas məsələmiz bütün bunu Beynəlxalq ictimaiyyətinə çatdırılmasıdır. Bu istiqamətdə işlər artıq başlanılıb. Əminəm ki, nəticələr əldə etmək üçün icma bu istiqamətdə daha məqsədyönlü çalışacaqdır»[9].
Dövlət himayəsində fəaliyyət göstərən «Qərbi Azərbaycan» televiziya şirkəti yenə də yenə də təsdiq edir ki, «insan hüquqları» və «söz azadlığı» örtük arxasında Beynəlxalq ictimaiyyətinə Azərbaycan hakkimiyyətini «sülhsever» kimi təqdim edirlər. Amma əslində bu televiziya şirkəti anti-erməni təbliğatı və saxta tezislər yayılmaq üçün növbəti platformadır. Bütün bunlar Ermənistan Respublikası və erməni xalqına Azərbaycanın təcavüzkar və düşmənçilik siyasətinin dərinlənməsi haqqında bir daha da şahidlik edir. «Qərbi Azərbaycan» fikrini dövriyyəyə buraxaraq və ardıcıl olaraq təbliğ edərək İlham Əliyev rejimi indiki Ermənistan Respublikasının ərazisində sözdə 100 minlərcə «azərbaycanlı qaçqınlar» təsdiqi üçün zəmin hazırlayır.
[1]Qərbi Azərbaycan icması bu binada fəaliyyət göstərir, https://modern.az/qerbi-azerbaycan-icmasi-tam-fealiyyete-baslayib/365733
[2] Qərbi Azərbaycan icması, http://anl.az/el/emb/Qerbi Azerbaycan/haqqinda.htm
[3] ELEKTRON MƏLUMAT BAZASI, http://anl.az/el/emb/Qerbi Azerbaycan/haqqinda.htm
[4] Qərbi Azərbaycan TV yeni formatda efirə çıxdı, https://www.youtube.com/watch?v=j_CwSrCyrCI
[5] Parlamentdə təmsil olunan Qərbi Azərbaycan icması nümayəndələrinin Bəyanatı qəbul edilib-26.12.2023, Sputnik Azərbaycan, giriş 4.05.2024. https://sputnik.az/20231226/milli-meclisde-qerbi-azerbaycanlilarin-deportasiyasi-ile-bagli-sergi-numayis-olunub-461579332.html
[6] Qərbi Azərbaycan TV yeni formatda efirə çıxdı, https://www.youtube.com/watch?v=j_CwSrCyrCI
[7] Eyni, https://www.youtube.com/watch?v=j_CwSrCyrCI
[8]Eyni, https://www.youtube.com/watch?v=j_CwSrCyrCI
[9] Əliyev Qərbi Azərbaycan İcmasının binasında, https://axar.az/news/toplum/701751.html