2026

Calut. Özü Albaniyanın erməni yazı mərkəzi

2024-05-06

Artak Mağalyan

Tarixi elmlər namizədi

Tarixi özü alban (Albaniya) ölkəsi Kür çayının və Qafqaz dağ silsiləsinin arasında yayılır. Ölkə erməni mədəniyyətinin çoxlu abidələrlə zəngin idi (kilsələr, xaçkarlar, qəbirlər və s.). Yerli ermənilər əsrlər boyunca fatehlərin təzyiqlərinə məruz qalaraq əsasən ölkənin dağətəyi və yüksək dağlıq bölgələrində məskunlaşıblar. 19-cu əsrin sonlarında keçmiş Albaniyanın təxminən 105 yaşayış məntəqəsində yaşayırdılar, sonuncular Şamaxıdan Zaqatala şəhərinə qədər uzanırdılar[1]. Həmin bölgədə yerləşən erməni mədəniyyətinin mühüm mərkəzlərindən biri də qədim erməni Calut kəndidir.

Yazı mərkəzi kimi Calut hələ 15-ci əsrdən məlumdur. Kənd tarixi abidələr ilə son dərəcədə zəngin idi. Kəndin şimal hissəsində məşhur katolikos iqamətgahı Müqəddəs Astvatsatsin monastır kompleksinin qalıqları qorunub saxlanılır. Monastır kompleksi iki kilsədən, dindarların yığınacaq otaqlarından, qala divarlarından və məzarlıqdan ibarət idi.

Monastırın köhnə kilsəsi 1411 Albaniya Karapet katolikosu tərəfindən inşa edilibdir.

Sonuncunun haqqında tikinti protokolu qorunub saxlanılıbdır.

«Möhtərəm Karapet katolikos mən Tanrı(Allah) xatirinə Böyük erməni ilinin [2] (1411 ilində) bu kilsəni inşa etdim, ruhumun xatirəsi ücün, duam oxuyanlar xatırlasınlar»[3].

Köhnə kilsədə tapılmış qəbir daşı üzərində həkk olunmuşdu.

«Karapet katolikosu (1411 il)

Müqəddəsin yüksək üç məzarı budur

Sonuncu alban ölkəsində məsh edilib

O dövrdə burada dolaşaraq

Altında dəfn edilmiş məzarlar var... »[4].

Monastır ərazisində qeyd edilmiş monastırda öz fəaliyyətini göstərən üç katolikosun qalıqları dəfn edildi, sonradan onlardan Tovma katolikosun kitabəsini köçurmək (dublikat) mümkün idi.

«(1475 il) Tovma Karapetyan ölümü»[5].

Katolikos Tovmanın yerinə Arakel katolikos keçdi, sonuncu 15-ci əsrin sonlarında Calut köhnə kilsəsini bərpa edib, üzarinə onun tərəfindən yazılmış qeyd edilən yazı var.«İndi mən müqəddəs Arakel katolikos müqəddəs xaçı quraşdırdım və Tovma katolikosun xatirinə kilsənin günbəzini təmir etdim, davamçısım olsun, gün, saat, liturgiya... Pasxa günündə qeyd edilir »[6].

Arakel katolikosun adı eləcə də 1511 il monumental qeyddə qeyd olunur.

«1511 il, özüm, müqəddəs Arakel katolikos, təkrardan canab Hasanbəydən kilsənin yanındakı Calut kəndini aldım. (3000) xərclədim və ruhumuzun xatrinə Müqəddəs Astvatsatsin kilsəsinə verdim, buna qarşı olan ya ələ keçirən... »[7].

Bu litoqrafik yazılardan aydın olur ki, Calut Müqəddəs Astvatsatsin monastırı bir əsr boyunca 1411-1511 illər ərzində alban katolikosluğunun qarşı kürsü katolikosların iqamətgahı idi. Calut monastırında katolikos hökümətini idarə etmiş Karapet, Tovma və Arakel katolikosların adları məlumdur.

[1] S.karapetyan, Albaniyanın özünün erməni dilində litoqrafiyaları, Yerevan, 1997, sayfa 4.

[2] 554 il Dvin kilsə yığınacağında Böyük erməni ili müəyyən edilmişdir, sonuncunun başlanğıcı 551/552 il iyul ayının 11-i hesab olunur. Misal üçün, Böyük erməni ilinin 860 ilində. Qriqorian təqvimi ilə belə olardı 860+551=1411 il.

[3] S.Karapetyan, qeyd edilmiş əsər, sayfa 89.

[4] M.Barxutaryants, Alban ölkəsi və qoşunları, Artsax, Yerevan, 1999, sayfa 129, S.Karapetyan, qeyd edilmiş əsər, sayfa 90.

[5] M.Barxutaryants, qeyd olunan əsər, sayfa 129, S.Karapetyan, qeyd edilən əsər, sayfa 90.

[6] S.Karapetyan, qeyd olunan əsər, sayfa 90, M.Barxutaryants bu litoqrafı nöqsanlarla təqlid edibdir.

[7] M.Barxutaryants, qeyd olunan əsər, sayfa 90.

Telegram kanalımıza abunə olun