2025

Anti-erməni məktəb olimpiadası Azərbaycanda

2024-04-12

Bu yaxınlarda Azərbaycan mətbuatında aprel ayının 27-də «Qərbi Azərbaycana qayıdış» başlığıyla məktəb olimpiadası keçiriləcəyi haqqında məlumat yayıldı (qondarma «Qərbi Azərbaycan» deyincə Ermənistan Respublikasının ərazisini nəzarə alırlar).

Tədbir Azərbaycan elm və təhsil nazirliyi, Naxçıvanın təhsil nazirliyi, Azərbaycan təhsil institutu, Naxçıvanın dövlət institutu və sözdə (qondarma) «Qərbi Azərbaycan icması» təşkilatı tərəfindən keçirilir.

Təşkilatçılara görə olimpiadanın məqsədi şagirdlərin qondarma «Qərbi Azərbaycanın» tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, yer adları və folkloru haqqında olan biliyinin artırması, biliyin dərindən öyrənilməsini təmin etməsidir. 3 mərhələdə keçirilən olimpiadaya 9-cu və 10-cu sinif şagirdləri iştirak etməlidir.

Bu tədbir Azərbaycanın işğalçı siyasətinin çoxsaylı təzahürlərindən sadəcə biridir. Azərbaycan rəhbərliyi öz yürütdüyü siyasətinin təbiətini gizlətmədən dəfələrcə Ermənistan Respublikasının ərazisinin Azərbaycanın «tarixi torpağı» olduğunu və özlərinin oraya mütləq qayıdacaqlarını bildirib.

İlham Əliyev bu tezislə 2022 il «Qərbi Azərbaycan icması» təşkilatının inzibati binasını öz ziyarətində çıxış edib. Həmin təşkilatın fəaliyyətinin tamamilə dövlət himayəsində yuxarıda qeyd olunan süni tezislərin işlənib hazırlanmasına və yayılmasına yönəldiyini qeyd etmək lazımdır. Bütün bunlar Azərbaycanda hətta gənc nəsil arasında ermənilərə qarşı nifrət səpdiyini göstərir. Bu eləcə də sübut edir ki, Azərbaycan hakimiyyəti Ermənistana qarşı işğalçı qeyri-qanuni proqramlarından əl çəkməyəcəklər.

«Geğard» elm-analitik fondu Azərbaycan hakimiyyəti himayəsində təşkil olunan bu və buna oxşar digər anti-erməni tədbirlərinin həyata keçirilməsini qınayır və beynəlxalq ictimaiyyətinin diqqətini Azərbaycan işğalçı siyasətinə, Ermənistan Respublikasının ərazi bütövlüyünə qəsd təhlükəsinə cəlb edir.

Telegram kanalımıza abunə olun