2026
2024-04-10
Dövlətlər üçün xarici müsbət imic yaratması mühüm məqsəddir. Öz təhlükəsizliyini və «günəş altında yerini» təmin etmək üçün dövlətlər müxtəlif strategiyalar və alətlər tətbiq edirlər. Yumşaq güc vasitəsi ilə siyasətin irəliyə sürməsinin dövlətlər ətrafında müsbət imic yaratma məqsədi vardır.
Bu baxımdan Azərbaycan da istisna deyil. Xarici müsbət imic yaratma məqsədi ilə Azərbaycan bir sıra siyasət hazırlayır və həyata keçirir. İlk növbədə Azərbaycan tolerant və multikultural ölkə imicini irəliyə sürməyə çalışır. Son 10-15 il ərzində Bakı dünyaya dövlətin imkanlarını göstərən, Azərbaycanı məşhur və görünən bir ölkəyə çevirməyə böyük idman və mədəni tədbirlər keçirməyə çalışır. Son dövrlərdə Azərbaycan iqlim məsələrinə də daxil olmağa çalışır.
2024 il noyabr ayında Bakı BMT iqlim dəyişikliyi konfransına ev sahibliyi edəcək. Hazırda neft və qaz sənayesi ilə məşğul olan ölkələr eləcə də iqlimə qarşı mübarizənin səylərinin öncüsü kimi özlərini tanıtmağa çalışırlar.
Qlobal miqyasda təhlükə ilə mübarizə gündəminə daxil olaraq Azərbaycan bir sıra məqsədlərinə çatmağa çalışır, o cümlədən özünə insan hüquqları geniş yayılmış pozuntular barədə tənqidlərdən yayınmağa çalışır.
İqlim konfransının Bakıda keçirilmə qərarı bir sıra səbəblərdən tənqid mövzusuna çevirilib.
Öncəliklə ardıcıl ikinci ildir ki, iqlim dəyişikliyinə qarşı mübarizə konfransı «neft və qaz ölkəsində» keçirilir. Bir tərəfdən iqlim dəyişikliyinə qarşı mübarizə aparmağa öhdəlik götürərək` digər tərəfdən Azərbaycan bir sıra ölkədə mövcüd tələbatı qane etmək üçün neft və qaz istehsal həcmini artırmağı vəd edir. İqlim məsələləri ilə məşğul olan alimlər neft və qazın istehsalının iqlim dəyişikliyinin əsas səbəblərindən biri olduğunu qeyd edirlər.
İkinci tənqid mövzusu odur ki, Əliyev rejimi konfransı insan hüquqlarına və azadlıqlarına qarşı geniş miqyaslı pozulmalar sorusunu ikinci plana itələmə məqsədi ilə istifadə edir. Hüquq mühafizə orqanları iqlim konfransının «insan hüquqlarını pozan neft-avtoritar ölkəsində» keçirilmə qərarını anlaşılmaz hesab edirlər.
Digər tənqid mövzüsü təşkilat komitəsinin tərkibidir. İqlim konfransının təşkilat komitəsi 28 nəfərdən ibarət idi` hamısı kişi. İqlim məsələlər ilə məşğul olan gruplardan biri belə təmsili retrograd kimi təsvir edib, iqlim məsələlərinin yarısına deyil, bütün bəşəriyyətinə aid olduğunu qeyd edib. Azərbaycana baxmayaraq 2023 ilində Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş konfransının təşkilat komitəsinin iştirakçılarının yarısından çoxunun qadın olduğunu qeyd edilir. Tənqiddən sonra Azərbaycan təşkilat komitəsinə 12 qadın əlavə etdi.
Azərbaycan iqlim məsələsini eləcə də Artsaxda öz hərbiləşdirilmiş və kriminal siyasət kontekstində istifadə edib və edir. Xüsusi ilə Azərbaycan propaqandası «azad edilmiş ərazilərində» beynəlxalq şirkətləri daxil olmaqla yaşıl enerjinin inkişafı niyyətindən mütəmadi olaraq danışır. Azərbaycan planına uyğun olaraq 2050 ilə qədər Qarabağ tamamilə «karbon qazından azad zona olmalıdır». Diqqətəlayiqdir ki, 2022 il dekabr ayında Azərbaycan məhz Artsaxı blokadaya alndıqda ekoloji bəhənədən istifadə etdi. Laçın dəhlizini bağlayan «eko fəallar» Artsaxda mədən sənayesi işlərinin dayandırmağı tələb edirdilər. Yeri gəlmişkən eyni dövrdə Azərbaycanda ətrəf mühitin çirklənməsi ilə mübarizə aparan fəallar həbs edilirdilər.