2026
2026-08-31
Kutkaşen rayonunun Çanaqbulaq kəndi rayon mərkəzi Kutkaşendən (indiki Qəbələ) təxminən 27 km cənub-qərbdə yerləşir.
Çanaqbulaq ermənilərin yaşadığı qədim yaşayış məntəqələrindən biri olub. Ermənilərin burada dəqiq olaraq hansı əsrdən məskunlaşdığı məlum deyil, lakin 18-ci əsrdə kənd artıq boşalmışdı.Çanaqbulağın həmin dövrə aid erməni qədim qəbiristanlığı qorunub saxlanılmışdı. 19-cu əsrin əvvəllərində Çanaqbulaq yenidən Xaçen və Vərəndə mahallarından köçmüş ermənilər tərəfindən məskunlaşdırılmışdır.
1841-ci ilin məlumatlarına görə, kənddə 155 nəfər yaşamışdır. 1851-ci ildə Çanaqbulağın erməni əhalisinin sayı 376 nəfərə çatmışdır. Əhalinin artması nəticəsində 1853-cü ildə kənddə 473 erməni yaşamışdır. Çanaqbulağın erməni əhalisinin sayı 1876-cı ildə 519 nəfərə, 1889-cu ildə isə 696 nəfərə çatmışdır. 1901-ci ilin məlumatlarına görə, Çanaqbulaqda 818, 1908-ci ildə 873, 1914-cü ildə 903, 1918-ci ildə isə 960 erməni yaşamışdır.
Kənddə Surb (Müqəddəs) Astvatsatsin kilsəsi olub, kilsədə Ter Nerses Danielyan (1822-1857-ci illər), Nerses Ter-Simonyan-Kolyants (1868-ci ildə xatırlanmışdır), hakob Hovhannisyan-Kolyants (1873-1880-ci illər), Astvatsatur Arustamyan-Aruşanyan (1912-ci ilə qədər vəzifəsində fəaliyyət göstərmişdir) ruhani xidmət göstərmişlər.
1870-ci illərdə kənddə habelə erməni məktəbi fəaliyyət göstərmişdir. Müəllim keşiş Hakob Hovhannisyan-Kolyants barədə məlumat qorunub saxlanmışdır.
Kəndin əhalisi 1905-1907-ci illərdəki erməni-tatar toqquşmaları zamanı zərər çəkmişdir. 1905-ci ildə qafqaz tatarları kəndə hücum edərək erməni kəndlilərin mal-qarasını qarət etmişlər.
Şərqi Zaqafqaziyanın bütün erməni kəndlərində olduğu kimi, Çanaqbulağın erməni əhalisi də 1918-ci il hadisələri zamanı zərər çəkmişdir. Həmin dövrdə bölgəyə daxil olan Osmanlı qoşunları və yerli Qafqaz tatarlarının qüvvələri erməni yaşayış məntəqələrini dağıtmışlar. Bu hadisələrdən sonra, Şərqi Zaqafqaziyanın erməni kəndi Çanaqbulaq öz mövcudluğunu dayandırmışdır.
Ədəbiyyat
Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999, səh. 112.
Karapetyan S., Albaniyanın özü. Erməni memarlığının tədqiqi fondu, 2024, kitab 22, 1-ci hissə, səh. 311-312.
Ter-Yakovbeants Gr., Nuxi, “Meğu Hayastani”, 1880-ci il, N 94, 6 dekabr, səh. 3.
Алфавитные списки армяногригорянских церквей и магометанских мечетей в Империи. Департамент духовных дел иностранных вероисповеданий, 1886, с. 70-71.
Кавказскiй календарь на 1910 годъ. Тифлисъ, 1909, с. 410.
Кавказскій календарь на 1915 годъ. Тифлисъ, 1914, с. 204.