2026
2026-08-19
“Caucasus Heritage and Identity Studies” (CHIS) beynəlxalq, resenziyalı elmi elektron jurnalının ilk sayı nəşr olunub. Yeni yaradılmış jurnal Qafqaz regionun tarixi, mədəni və mənəvi irsinin, kimliyinin və regional proseslərin hərtərəfli və fənlərarası tədqiqinə həsr olunub.
Jurnal International Association for Caucasus Heritage and Identity Studies (IACHIS) beynəlxalq assosiasiyası tərəfindən, “Geğard” elmi-analitik fondunun təşəbbüsü ilə və flatforması üzərində nəşr olunur.
“CHİS” jurnalının məqsədi beynəlxalq elmi ictimaiyyətə Qafqazın irsi və kimliyinə aid yeni tədqiqatlar təqdim etmək, habelə müxtəlif ölkələrdən olan alimlərin əməkdaşlığı və elmi dialoquna platforma yaratmaqdır.
İlk sayıda daxil edilən tədqiqatlar Qafqaz tarixi, arxeologiyası, mədəniyyəti, dini, kimliyi və tarixi-mədəni irsinin qorunması ilə bağlı məsələlərə həsr olunub. Jurnalın fənlərarası xarakteri regionun problemlərinə yalnız tarixşünaslıq baxımından deyil, habelə mədəniyyətşünaslıq, dinşünaslıq, arxeologiya və digər elm sahələrinin prespektivindən nəzər salmağa imkan verir.
“CHİS” jurnalının nəşri Qafqaz irsinin və kimliyinə yönəlmiş beynəlxalq akademik tədqiqatların inkişafı istiqamətində mühüm addımdır. Jurnalın ilk sayının nəşri ilə “Caucasus Heritage and İdentity Studies” Qafqazşünaslıq sahəsində regionun tarixi, mədəniyyəti və kimliyi məsələlərinin tədqiqi ilə maraqlanan elmi ictimaiyyətə nəzərdə tutulmuş yeni beynəlxalq platforma kimi fəaliyyətə başlayır.
“Geğard” elmi analitik fondu jurnalın redaksiya heyətində yer alan xarici tərəfdaşlara təşəkkür edir və onları, habelə maqalə müəlliflərini ilk sayın nəşr edilməsi münasibətilə təbrik edir.