2026
2026-08-12
«Geğard» elmi-analitik fondu Azərbaycan hakimiyyətinin «Qərbi Azərbaycan» saxta tezisini irəli sürməsini və xüsusilə də onun xaricdə yayılmasına yönəlmiş səylərini qətiyyətlə pisləyir.
Azərbaycan xaricdə «Qərbi Azərbaycan» saxta tezisinin istismarını və yayılmasını yenidən fəallaşdırıb.
İsveçin paytaxtı Stokholmda növbəti tədbir — Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqatçısı Zərifə Haqverdiyevanın «İrəvan — qəlbimdə yaşayan yurdum» kitabının təqdimatı keçirilib. Təqdimat «İsveç-Azərbaycan Birliyi» təşkilatı tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Bu qurumların prosesə cəlb olunması Azərbaycan hakimiyyətinin «Qərbi Azərbaycan» uydurmasının yayılmasında birbaşa iştirak etdiyini göstərir.
Təşkilatın rəhbəri Sevda Dadaşova vurğulayıb ki, yeni kitabın təqdimatı milli yaddaşın, tarixi «həqiqətlərin və Vətənə olan sevginin qorunmasına» mühüm mədəni hadisədir.
Sevda Dadaşovanı əsl tarixi «həqiqətləri» təqdim etməyə çağırırıq: Yerevan azərbaycanlılar üçün heç vaxt və heç bir zaman Vətən olmayıb və ola da bilməz.
Müəllif Zərifə Haqverdiyevanı isə — «kitabın məqsədi milli yaddaşın qorunmasına və tarixi reallıqların gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir» sözlərinin əksinə olaraq — əsl tarixi reallıqların axtarışı ilə məşğul olmağa çağırırıq. Əminliklə bildiririk: qərəzsiz tarixşünaslıqla məşğul olduqları təqdirdə, nə Zərifə Haqverdiyeva, nə də Azərbaycan təbliğatının digər carçıları bir daha buna oxşar tarixşünaslıq karikaturaları dərc etməyəcəklər.
Tədbirin problemli tərəflərindən biri də odur ki, azərbaycanlılar öz təbliğat tədbirlərinə xüsusilə türkdilli, o cümlədən Mərkəzi Asiya ölkələrinin nümayəndələrini cəlb etmək üçün böyük səy göstərirlər. Tədbirdə qazax, özbək, türkmən və uyğur diaspor təşkilatlarının üzvləri, habelə türk icmasının nümayəndələri iştirak ediblər.
Ermənistan Respublikası və erməni xalqı ilə sıx tarixi bağlara malik Mərkəzi Asiya ölkələrini və onların diplomatik nümayəndəliklərini öz vətəndaşlarını Azərbaycan təbliğat maşınının qurbanına çevrilməkdən qorumağa çağırırıq.
«Geğard» elmi-analitik fondu beynəlxalq qurumları, xarici dövlət strukturlarını və diplomatik nümayəndəlikləri, elm və təhsil sahəsindəki tərəfdaşları Əliyev rejiminin ekspansionist siyasətinə bu və ya digər şəkildə dəstək verməkdən çəkinməyə çağırır.