2026

Əliyev rejiminin növbəti qurbanı: Tofiq Yaqublu

2026-05-12

Azərbaycanın Ali Məhkəməsi 2026-cı ilin aprel ayının 2-də azərbaycanlı müxalifətçi Tofiq Yaqublunun kassasiya şikayətinə baxılmasını başa çatdırıb. Yaqublunun doqquz il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı əvvəlki qərarda qanun pozuntusu aşkər edilməyib və buna görə də şikayət təmin olunmayıb.

Müxalifətçinin son həbsi 2023-cü ilin dekabr ayının 14-də Bakı Metropolitenində baş verib. Növbəti gün ona qarşı rəsmi ittiham irəli sürülüb. Yaqublu və onun tərəfdarı Elnur Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə, o cümlədən külli miqdarda ziyan vurmaqla dələduzluq, rəsmi sənədlrin saxtalaşdırılması və onlardan istifadə etməkdə ittiham olunublar. Nərimanov Rayon Məhkəməsi onlar barəsində 4 ay müddətinə ilkin həbs qətimkan tədbiri seçib, bu müddət mütəmadi olaraq uzadılıb. Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərin bütün vəsatətləri rədd edilib. 2024-cü ilin iyun ayının 14-də başlayan məhkəmə prosesi 2025-ci ilin mart ayının 10-da başa çatıb-Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.

Yaqubluya qarşı təzyiqlər

Tofiq Yaqublu müxalif “Müsavat” partiyasının keçmiş sədr müavini, müxalif partiyaların koalisiyası olan “Demokratik Qüvvələrin Milli şurasının” üzvüdür. Yaqublu əvvəllər həm də “Yeni Müsavat” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Artsax müharibəsinin iştirakçısıdır. O, Azərbaycan hökumətinin və hakimiyyət orqanlarının göstərdiyi fəaliyyətinin tənqidçilərindən biridir. Dəfələrlə hakimiyyətə qarşı keçirilən dinc aksiyalarda iştirakı ilə seçilib, həmçinin Azərbaycan hökuməti və əliyevlər ailəsi barədə insan hüquqlarının pozulması və korrupsiya fəaliyyəti ilə bağlı tənqidi müsahibələr verib.

Müxalif fəaliyyət çərçivəsində Tofiq Yaqublu ilk dəfə 1998-ci ildə həbs olunub. O, icazəsiz etiraz aksiyasında iştirak etməkdə və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ittiham edilərək iki il şərti azadlıqdan məhrum etmə çəzasına məhkum edilib. 2011-ci ilin aprel ayında Yaqublu demokratik islahatlar, azad və ədalətli seçkilər tələbi ilə keçirilən dinc aksiyada iştirak etdiyinə görə həbs olunub. 2012-ci ilin may ayında isə o, etiraz aksiyalarında iştirak etmək ittihamı ilə yenidən saxlanılıb və birbaşa iştirak etməməsinə baxmayaraq inzibati məsuliyyətə cəlb edilib.

2013-cü ilin yanvar ayında əliyev rejiminin bu tanınmış tənqidçilərindən biri İsmayıllıda iğtişaşlar təşkil etmək ittihamı ilə həbs olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib.

Prezident Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxıldıqdan sonra Yaqublu öz müxalif fəaliyyətini davam etdirib. 2019-cu ilin oktyabr ayında o, dinc etiraz aksiyasında iştirak edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq ittihamı ilə yenidən saxlanılıb. Məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib, habelə oğlunu öldürməklə hədələyiblər.

Hüquq sahəsi üzrə mütəxəssislərin qeyd etdiyi kimi, 2020-ci ilin mart ayında Yaqublu saxta ittihamı ilə həbs olunaraq dörd il üç ay müddətinə azadlıqdan məhrum edilib, daha sonra ev dustaqlığına buraxılıb, 2021-ci ilin iyul ayında isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

2021-ci ilin dekabr ayında Yaqublu bir sıra etirazçı ilə birlikdə həbsdə olan müxalif fəal Saleh Rüstəmovun azadlığa buraxılması tələbi ilə keçirilən dinc aksiya zamanı kobud güc tətbiq edilərək saxlanılıb. “Human Rights Watch”-ın qeyd etdiyinə görə, Tofiq Yaqublu hüquq-mühafizə orqanları tərəfindən amansızcasına döyülüb, çoxsaylı xəsarətlər alıb və inzibati cəzaya məruz qaldıqdan sonra azadlığa buraxılıb.

Müxalifətçi 2022-ci ilin dekabr ayında yenidən saxlanılıb və digər bir fəalın həbsinə etiraz etdiyi üçün 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Dəfələrlə saxlanılmasına və həbs olunmasına baxmayaraq, Tofiq Yaqublu Azərbaycan hakimiyyətinin korrupsiya fəaliyyəti və ölkədə insan hüquqlarının vəziyyəti barədə danışmaqdan imtina etməyib. 2024-cü ilin fevralında keçiriləcək prezident seçkiləri ərəfəsində də Yaqublu demək olar ki, hər gün Azərbaycan hökumətini tənqid edən ictimai bəyanatlarla çıxış edib.

Nəticədə, 2023-cü ilin dekabr ayının 14-dən etibarən Yaqublu həbsdə saxlanılır və 2026-cı il aprelin 2-də çıxarılan hökmə əsasən onun barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb. Onun qızı, Nigar Həzi bu qərarı siyasi sifariş kimi qiymətləndirib. Onun fikrincə, İlham Əliyevin qisası nəticəsində atası cəza olaraq həbs kamerasından 7 gün müddətinə karserə salınıb. 2026-cı ilin fevral ayının 19-da Vaşinqtonda onun qardaşı Rahim Yaqublunun iştirakı ilə “siyasi məhbuslara azadlıq”, “Yaqubluya azadlıq” şüarları ilə İlham Əliyevə məxsus otelin yaxınlığında etiraz aksiyası keçrilib.

Yaqublu əvvəldən onun barəsində Azərbaycanda ədalətli məhkəmə araşdırmasının aparılmayacağına inanıb və beynəlxalq məhkəmələrə müraciət etməyə daxili proseslərin tezliklə başa çatdırılmasını tələb edib.

Beynəlxalq və insan hüquqları müdafiə təşkilatlarının bəzi reaksiyaları

2025-ci ilin əvvəlində Azərbaycanda siyasi məhbusların sayı təxminən 400 nəfər təşkil edib. 2026-cı ilin əvvəlində isə 340 siyasi məhbusun adı qeydə alınıb. Son iki onillik ərzində müxtəlif beynəlxalqyerli təşkilatlar dəfələrlə qeyd ediblər ki, Azərbaycan hakimiyyəti jurnalistlərə, insan hüquqları müdafiəçilərinə və tənqidçi ictimai-siyasi fəallara qarşı təqiblər və əsassız ittihamlar vasitəsilə müxalif fikrin ifadəsini məhdudlaşdırmağa çalışıb.

2021-ci il etirazla və xüsusilə Yaqubluya qarşı hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı fikirlərini bildirərkən, Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia təsdiqləyib ki, Azərbaycan hakimiyyəti müxalif fikri boğmaq məqsədi ilə etirazçılara qarşı zorakılıq tətbiq edib. O, Azərbaycan hökumətindən hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı dərhal, obyektiv və hərtərəfli araşdırma aparılmasını tələb edib. Yaqublunun vəziyyətini isə Gogia “fərdi şəxsə və dinc toplaşmaq hüququna qarşı hücum” kimi qiymətləndirib.

2024-cü ilin iyul ayının 11-də, Yaqublunun məhkəmə prosesinin başlanmasından qısa müddət sonra, beynəlxalq insan hüquqları təşkilatları-Gibson, “Dunn & Crutcher LLP” və “TrialWatch” BMT-nin bir neçə xüsusi məruzəçisinə rəsmi müraciətlər göndərərək Yaqublunun işi ilə bağlı öz narahatlıqlarını bildiriblər.

2024-cü ilin oktyabr ayının 17-də BMT-nin Fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçisi, dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə xüsusi məruzəçi, habelə hakimlər və vəkillərin müstəqilliyi məsələləri üzrə xüsusi məruzəçisi Bakıya ünvanladıqları birgə mesajda Yaqublunun saxlanılması, ilkin həbsə alınması və təqib edilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

2025-ci ilin mart ayında “Amnesty International” Tofiq Yaqublunun hökmünü hökuməti tənqid edənlərə qarşı “Azərbaycanın kampaniyasının növbəti qaranlıq mərhələsi” kimi qiymətləndirib.

Beynəlxalq insan hüquqları təşkilatlarından biri olan Kluni Fondunun “Ədalət Məhkəməsi Müşahidə Təşəbbüsü” aprel ayının 2-də Ali Məhkəmənin qərarında əvvəl hesabat dərc edib və bildirib ki, Tofiq Yaqublunun məhkəmə prosesi siyasi məzmunla müşayiət olunub və bir sıra prosedur pozuntuları ilə həyata keçirilib. Hesabatda qeyd olunub ki, 2023-2025-ci illər ərzində Tofiq Yaqubluya qarşı aparılan cinayət təqibi Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP)ilə müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına səbəb olub.

Tofiq Yaqublunun işi, Bakının beynəlxalq nüfuzlu təşkilatların hesabat və tələblərinə məhəl qoymamasının yalnız bir nümunəsidir. Belə ki, 2017-ci ildə BMT-nin İnsan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Azərbaycana rəsmi səfərdən belə nəticəyə gəlib ki, ölkədə bir çox insan hüquqları müdafiəçiləri və onlarla QHT üzvü inzibati və cinayət təqibinə, eləcə də əsassız həbsə məruz qalır. BMT-nin Əsassız həbs üzrə İşçi Qrupu da müəyyən edib ki, Azərbaycanda insan hüquqları müdafiəçiləri, jurnalistlər, siyasi və dini liderlər mütəmadi olaraq cinayət və ya inzibati ittihamlarla saxlanılır və həbs olunurlar.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın əleyhinə qaldırılmış bir çox işlər üzrə eyni nəticələrə gəlib və vəziyyəti narahatedici kimi qiymətləndirib. 2023-cü ilin sentyabr ayının 14-də Avropa Parlamenti qətnamə qəbul edərək sanksiyaların tətbiqinə çağırıb və Azərbaycanı “insan hüquqları və demokratiyanın ciddi pozuntularına” görə pisləyib.

“Amnesty International” qeyd edib ki, Azərbaycanda vəziyyət xüsusilə 2024-cü ilin fevral seçkiləri və Bakıda BMT-nin iqlim konfransı olan COP29-a hazırlıq dövründə daha da gərginləşib. Bu dövrdə müxalifət nümayəndələrinin həbsləri təşkilat tərəfindən “avtoritar idarəetmə təcrübələrinin davamlı güclənməsi” kimi qiymətləndirilib.

2024-cü ilin oktyabr ayında “Human Rights Watch” Azərbaycanda İnsan hüquqları müdafiəçilərinə, jurnalistlərə və hökumətin digər tənqidçilərinə qarşı təzyiqlərin güclənməsi barədə hesabat yayıb. 2024-cü ilin sonunda yayılan məlumatlara görə, Azərbaycanda 13 media işçisi siyasi motivlərlə həbs edilib.

2025-ci il üzrə qəbul edilmiş qətnamədə Avropa Parlamenti “ifadə azadlığının cinayətləndirilməsini” pisləyib və Azərbaycan hakimiyyətini jurnalistlərə, fəallara, alimlərə, müxalifət nümayəndələrinə, insan hüquqları müdafiəçilərinə və qanunsuz şəkildə saxlanılan digər şəxslərə qarşı təzyiqləri dayandırmağa çağırıb.

Bütün bu və bir çox digər qeydlərə baxmayaraq, siyasi motivli təzyiqlər məsələsində Azərbaycan hakimiyyəti jurnalistlərə, ictimai fəallara, o cümlədən qadınlara və digər aktivistlərə qarşı dəyişməz və sərt mövqe nümayiş etdirməyə davam edir.

Telegram kanalımıza abunə olun