2026
2024-04-10
2024 il martın 6-da Berlində «Artsaxın mədəni irsi» kitabın təqdimatı və müzəkirəsinin keçirilməsi planlanırdı. Tədbir təşkilatçıları Alman Xarici Siyasət Cəmiyyəti və Konrad Adenauer Fondudur. Amma Azərbaycan hakimiyyətinin güc tətbiqi nəticəsində tədbirin ictimai təqdimatı ləğv edilib və sadəcə onlayn versiyada keçirilib.
İrəvan dövlət universitetinin mədəniyyətşünaslıq kafedrasının müdiri, tarix elmləri namizədi, professor, monumentwatch.org layihəsinin elmi rəhbəri Hamlet Petrosyan kitabın ictimai təqdimatının ləğvi qəbuledilməz hesab edir. Hamlet Petrosyan öz facebook səhifəsində yazıb. «acı ilə yazıram ki, indiki geosiyasi qeyri-sabitliyi akademik azdlığına və ləyaqətinə təsir edir».
Almaniya Ermənilər mərkəzi şurasının sədri Conatan Spangenberg qeyd edib ki, əgər Azərbaycan kimi diktatura təşkilatçıları Alman Xarici Cəmiyyəti və Konrad Adenauer Fondu olan belə bir elmi hadisənin qarşısını təhdidlərlə alabilir onda artıq vaxtıdır ki, Almaniyanın demokratiyası özünü müdafiə eləsin.
Beynəlxalq insan hüquqları cəmiyyəti də Almaniyada tədidlərlə müşayiət olunan toplanışlar və ifadə azadlığına siyasi təsirini qınayıb qeyd edərək ki, bu elmi simpozium nifrət rəqəmsal kampaniyasının qurbanı oldu. «Azərbaycanla Avropa enerji tərəfdaşlığı azadlığımızdan daha mı vacibdir?»,- Beynəlxalq insan hüquqları cəmiyyəti sual verir.
Qeyd edək ki, kitabın onlayn tədbiriylə paralel olaraq Erməni cəmiyyət nümayəndələri Berlində Alman Xarici Siyasət cəmiyyəti binasının qarşısında etiraz aksiyası keçiriblər. Bunun haqqında öz facebook səhifəsində Alman alimi Tesa Hofman bildirib, aksiyaya o da iştirak edirdi.
Əlavə edək ki, kitab Almaniyanın Kil universitetinin nəşriyyatı ilə çap olunub. Orada yer almış məqalələri Artsax tarixinə və mədəniyyətinə eləcə də Artsax məsələsinin beynəlxalq, siyasi və hüquqi suallarına toxunur.