2025
2025-09-19
Azərbaycanda insan hüquqlarının, habelə söz və mətbuat azadlığının məhdudlaşdırılması, KİV və jurnalistlərə qarşı tətbiq olunan zorakılıq halları bir sıra beynəlxalq qurumlar və insan haqları təşkilatları tərəfindən qeydə alınaraq pislənib.
BMT-nin bir sıra qurumları insanın fundamental hüququ kimi söz və mətbuat azadlığı məsələləri ilə məşğul olur. İnsan Hüquqları üzrə Ali Komissarın ofisi əsas iştirakçılarından biridir və həmin ofis tədqiqatların aparılmasına müstəqil ekspertlər təyin edir. Yuxarıdakılar xüsusi hesabatlarla çıxış edir və himişə Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması və jurnalistlərə qarşı tətbiq edilən zorakılıq məsələlərini səsləndirirlər.
Hələ də 2007-ci ildə müstəqil ekspert A. Ligabo Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılmasından öz narahatlığını bildirmişdi. BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təyin olunmuş xüsusi məruzəçi ekspertlər David Key, Maina Key və Mişel Forst 2014-cü ildə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun, onun həyat yoldaşı-konfliktoloq Arif Yunusun, İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərovun və Hüquqi Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin həbslərinə münasibət bildiriblər, həmin ekspertlər dəfələrlə Azərbaycanda jurnalistlərə qarşı tətbiq olunan təqibləri pisləyiblər. 2015-ci ildə həm də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Rupert Colville də İnsan hüquqları müdafiəçilərinə, jurnalistlərə və fəallara qarşı göstərilən zorakılıqlarla bağlı öz narahatlığını bildirib.
Azərbaycanda mətbuat azadlığının pozulması məsələsini qaldırmağa azərbaycanlı jurnalistlər və fəallar da, öz növbəsində, BMT platformalarından istifadə edirlər. Misal üçün, 2024-cü ildə BMT-nin ofisində, BMT-nin İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində Azərbaycanda vətəndaş cəmiyyəti qarşısında duran problemlərə beynəlxalq təşkilatların diqqətini cəlb etməyə “side event” təşkil olunub.
Jurnalistlərə və onların ailə üzvlərinə göstərilən təqibləri, habelə Jurnalistləri Müdafiəsi Komitəsi də pisləyib, həmin komitə Azərbaycan hakimiyyəti tərəfindən “Beynəlxalq Media Dəstəyi” (İMS) mətbuat azadlığı üzrə regional eksperti Gülnarə Axundovanın ailəsinə qarşı tətbiq olunan təqibləri tənqid edib.
Azərbaycanda mətbuat azadlığının məhdudiyyətlərinə, mütəmadi olaraq, Avropa İttifaqı da istinad edərək pisləyib.
Hələ 2007-ci ildə Avropa İttifaqı “Real Azərbaycan” və “Gndəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsini tənqid etmişdi. Eyni məzmunlu bəyanatlarla Aİ 2010-cu ilin fevral və aprel aylarında çıxış etmişdi.
Aİ Avropa Xarici Fəaliyyət Xidməti 2023-cü ildə bəyanat yayaraq bir qrup jurnalistin əsassız həbsi ilə bağlı öz narahatlığını bildirib-“Azərbaycanda müstəqil jurnalistika üçün məkanın daralması və ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı əlaqədar, yuxarıda qeyd edilənlər onun beynəlxalq öhdəliklərinə ziddir”.
Aİ həm də “Turan” informasiya agentliyinin direktroru M. Əliyevin həbsi və Abzas Mediasına qarşı aparılan kampaniyaya reaksiya vermişdi. 2025-ci ildə isə Aİ qeydə almışdı ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv olunan 154 nəfərin arasında öz fundamental hüquqlarını həyata keçirdiklərinə görə məhkum edilənlər yoxdur.
Avropa Şurası da dəfələrlə Azərbaycanda mətbuat azadlığının olmaması məsələsinə istinad edib. 2025-ci ilin iyun ayında Avropa Şurasının İnsan Haqları Alt Komitəsainin sədri, Avropa Parlamenti üzvü Mounir Satouri, Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Nils Uşakovs və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi, Avropa Parlamenti üzvü Dan Barna Azərbaycanda siyasi motivlərlə jurnalistlərə, tədqiqatçılara və fəallara qarşı tətbiq olunan ciddi repressiyalarla bağlı birgə bəyanat yayıblar. Yuxarıda qeyd olunanlar yenidən Avropa Parlamentinin çağırışları təsdiqləyiblər-Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiyaları Rejimi çərçivəsində məsuliyyətli azərbaycanlı rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsi barədə. Avropa Şurası dəfələrlə Aİ ilə Azərbaycan arasında gələcəkdə əldə ediləcək hər hansı əməkdaşlıq sazişi bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması şərti ilə həyata keçirilməsini tələb edib.
Avropa Şurası 2024-cü ilin dekabr ayında COP29 ilə əlaqədər vətəndaş cəmiyyətinə, habelə 2023-cü ildən etibarən Azərbaycan hakimiyyıti tərəfindən vətəndəş cəmiyyəti və müstəqil mediaya qarşı tətbiq olunan sistemli təzyiqləri nəzərə alaraq qətnamə qəbul edib. Qətnamədə “Meydan TV” jurnalistləri Aynur Qanbarovanın, A. Əhmədovanın, X. Ağayevanın, N. Cavadlının və A. Umudovanın, habelə jurnalistlər R. Cəbrayılzadə və Əhməd Muxtarın həbsinə istinad edərək Avropa Şurası Azərbaycan rejimi tərəfindən insan hüquqlarının, həmçinin ifadə və sərbəst toplaşmaq azadlıqlarının davamlı şəkildə pozulmasını qətiyyətlə pisləyib.
2024-cü ilin oktyabr ayında qəbul edilən Avropa Şuraının digər bir qətnaməsi mətbuat və ifadə azadlığının təmin edilməsini və media fəaliyyətinin məhdudlaşdırılmamasını tələb edir. Qətnamə Azərbaycan hakimiyyətini “Abzas Media” və “Toplum TV” jurnalistlərini azad etməyə çağırır.
Azərbaycanda jurnalistlərə qarşı tətbiq olunan zorakılıqlar və ifadə azadlığının məhdudlaşdırılması həmişə ATƏT-in mətbuat azadlığı üzrə nümayəndələrinin diqqət mərkəzində olub. Hələ də 2003-cü ildə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Freymut Dyuve Azərbaycanda müstəqil qəzetlərə qarşı təhqir iddialarının davamlı şəkildə tətbiq olunması ilə bağlı öz narahatlığını bildirib. Həmin ilin sonunda F. Dyuve və Avropa Şurasının baş katibi Valter Şvimmer Azərbaycanda medianın vəziyyəti ilə bağlı birqə bəyanatla çıxış etmişdilər. Onlar “Yeni Müsavat” qəzetinə qarşı tətbiq olunan iqtisadi təzyiqlərinə (100.000 avro cərimə) istinad edərək Azərbaycanda tənqidi qanunvericilik maddələrini nəzərdən keçirməyə və onların hədəfli tətbiqinə imkan verməməyə çağırmışdılar. ATƏT-in mətbuat azadlığının üzrə nümayəndəsi D. Miyatoviç də mütəmadi olaraq Azərbaycanda mətbuat azadlığı məsələsinə istinad edib və hətta Azərbaycan Prezidenti İlham Əliyevə bu məsələylə bağlı məktublar göndərib. D. Miyatoviç buna oxşar çağırışlar Bakı səfərləri zamanı da etmişdir.
2023-cü ildə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun rəhbər komitəsi də bir sıra media qurumlara qarşı tətbiq olunan zorakılıqları qətiyyətlə pisləmişdir.
2024-cü ildə həm də Helsinki Komitəsi Azərbaycan jurnalistləri və vətəndaş cəmiyyəti fəallarına həmrəylik göstərərək, jurnalistlərin həbslərinə istinad edib.
Azərbaycanda Böyük Britaniyanın səfiri Fergus Old Azərbaycanda mətbuatın 150 illiyinə həsr olunmuş tədbirdə öz çıxışında son illərdə ölkədə media azadlığı ilə bağlı “narahatlığa səbəb olan hadisələrin” baş verdiyini qeyd edib.
Azərbaycan diasporunun nümayəndələri də ölkədə mətbuat azadlığının məhdudlaşdırılmasına istinad etmişlər. Almaniyada yaşayan azərbaycanlılar tərəfindən yaradılmış “Demokratik Azərbaycanı Seç” təşkilatının üzvləri beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına, xüsusilə jurnalistlərin və siyasi fəalların həbsinə, ifadə və media azadlığının məhdudlaşdırılmasına yönəltmək üçün Nürenberqdə etiraz aksiyası keçiriblər.
Keçən iki onillik ərzində media azadlığının ciddi şəkildə məhdudlaşdırılması dəfələrlə beynəlxalq qurumlar və təşkilatları tərəfindən qeyd edildiyinə və qəti şəkildə pisləndiyinə baxmayaraq Azərbaycanda media azadlığının vəziyyətinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərməyib. Bu gün Azərbaycan Şərqi Avropa və Cənubi Qafqaz regionunda ifadə və media azadlığının ən böyük həbsxanası olması statusuna iddia edir.