2025
2025-07-08
Bu gün artan ekoloji böhran səbəbindən suyun müdrik və məsuliyyətli istifadəsi qlobal ekoloji gündəliyin prioritetlərindən biridir. Problem mədənçıxarma və neft hasilatının inkişaf etdiyi ölkələrdə qabarıqdır.
Neft sənayesinin iqtisadiyyatın əsas sahələrindən biri olan Azərbaycanda ekoloji problemlər günü-gündən daha dərinləşir. Şirin suların-çayların və göllərin çirklənmə dərəcəsinin artması həyəcan verici və son dərəcədə narahatedicidir. Bu hadisə təkcə ölkənin daxili ekosistəminə deyil, həm də regionun ekoloji sabitliyinə ciddi təhlükə yaradır.
Azərbaycan ərazisindəki göllərin və çayların sanitar vəziyyəti acınacaqlıdır. Məsuliyyətli organlar su hövzələrində sanitar şəraitin təmin olunmasına heç bir addım atmırlar. Yuxarıdakıların fəaliyyətsizliyi və səhlənkarlığı ucbatından külli miqdarda məişət və tikinti tullantıları göllərə və çaylara axıdılır.
Azərbaycanın Məhəmmədi kəndində yerləşən gölü ciddi ekoloji problemlərlə üzləşir.
Bülbülə gölünün ətrafı antisanitar vəziyyətdədir, Masazır gölü yox olmaq təhlükəsi ilə üz-üzədir.
Bu günlərdə Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi azalması qeydə alınıb. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələnin onlara aidiyyəti yoxdur, hadisə şəxsi təsərrüfatda baş verib. Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevin dediyinə görə, balıqların kütləvi tələf səbəblərindən biri də göldə gigyenik qaydalara riayət olmaması da ola bilər.
Sabunçu rayonundakı əvvəllər neft çıxarılan Mazutlu gölü də antisanitar vəziyyətinə görə diqqət çəkir. Bu gün həmin göl yerli sakinlərinə zibilxanaya çevrilib. Kanalizasiya suları da gölə axır. Ekoloq İslam Mustafayev ərazidəki antisanitar vəziyətindən danışaraq, Abşerondakı 250 gölün əksəriyyətinin sanitar və ekoloji tələblərə uyğun olmadığını qeyd edib.
Zığ gölünün ekoloji vəziyyəti də fəlakətlidir. Təxminən 300 hektar ərazini əhatə edən göl tamamilə neft tullantıları və çirkab suları ilə örtülmüşdür. Hələ 9 il əvvəl ekosistemin bərpası ilə bağlı qərar qəbul edilib. Su təchizatı məsələləri ilə məşğul olan “Azərsu” şirkətindən bildiriblər ki, həmin ərazinin bərpası layihəsi hələ də müzakirə olunur, çirkab sular isə göl ərazisinə atılmağa davam edir.
Zabrat süni gölünün ərazisi də zibilxanaya çevrilib. Qanunsuz yeni tikililərin yaxınlığında yerləşən gölün ətrafı tamamilə zibilliyə qərq olub. Məsələ ilə bağlı ekoloqlar rayon icra hakimiyyətinin rəhbərliyinə müraciət ediblər. Bəhanə kimi məsul orqanlar cavab verdilər ki, zibil başqa ərazilərdən, əsasən axşam saatlarında gətirilir.
Sabunçu rayonunda yerləşən Bülbülə gölü və ətrafdakı ərazi də antisanitar vəziyyətdədir. Yerli sakinlər iddia edirlər ki, axşam saatlarında məişət tullantıları yük maşınlarla atılır. Etiraz əlaməti olaraq yerli sakinlər zibillə dolu avtomobillərin gölün ərazisinə daxil olmasına mane olsalar da, bu problem həll edilməyib.
Digər bir acınacaqlı vəziyyətdə olan göl də Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisidə yerləşir. Sakinlərin iddia etdiyinə görə, yerli icra hakimiyyət orqanlarına məxsus yük maşınları mütəmadi olaraq gölün ərazisinə tullantılar daşıyır. “Onlar (red. yerli icra hakimiyyəti orqanlarını nəzərdə tutur)” deyirlər ki, ərazini təmizləyib zibilləri başqa əraziyə aparıblar, halbuki tullantılar çaya töküblə” əarazidən video yayımlayan yerli sakinlərdən biri problemi gündəmə gətirib.
Bakıdan 21 km aralıda yerləşən Masazır gölü də yox olmaq ərəfəsindədir. Yerli sakinlər bildirirlər ki, dayanmadan gölün ərazisinə yük maşınları ilə zir-zibil və torpaq daşınır. Aidiyyatı qurumlar gölün süni şəkildə qurudulmasını onunla əsaslandırırlar ki, göl ərazisindən duz çıxarırlar. Qeyd etməyə dəyər ki, gölün quruması ilə yanaşı, yaxınlıqda qanunsuz tikilən tikililərin sayı xeyli artıb. Buna görə də belə bir nəticəyə gəlmək olar ki, göl tikinti məqsədi ilə süni şəkildə qurudulur.
Ekoloji vəziyyətdən narahat olan sakinlər Gəncəçay çayının təmizlənməsi istiqamətində təcili tədbirlər görülməsini tələb edirlər. Sakinlərdən biri sosial şəbəkələrdə video yayıb, həmin videogörüntüdə çay sahilinin acınacaqlı vəziyyəti, çaya atılmış məişət tullantılar açıq şəkildə görünür.
“Sosiallaşdıracağam, görəcəksiniz ki, bu məsələni respublika səviyyəsində qaldıracağam, çayda bu qədər zibil... onu atan adamı atdığı anda çəkmişəm faktdır”,-Lerik rayonu ərazisindən axan Lənkərançay çayına zibil tökən istirahət zonasının əməkdaşına sakinlərdən biri müraciət edir. Videogörüntüdə Azərbaycanın cənub rayonlarından axan çayının antisanitar vəziyyəti və məişət tullantıların yığılması görünür.
Su hövzələrinin antisanitar vəziyyəti “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” (İDEA) ictimai birliyini belə narahat etmir, yuxarıdakının sədri Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevadır.
Belaliklə, Azərbaycanın müxtəlif rayonlarında ekoloji problemlərin ətraf mühitə ciddi təhlükə törətməyə davam etdiyini iddia etmək olar. Problemin mövcud olduğuna baxmayaraq, yerli hakimiyyət orqanları daxil olmaqla məsuliyyətli qurumlar ya fəaliyyətsizdirlər və ya şəxsi biznes maraqları əsasında çirklənməyə birbaşa töhfə verirlər.