2025
2025-07-04
Dasğlıq Qarabağda tikinti işlərində irimiqyaslı korrupsiya sövdələşmələrindən danışan 7 jurnalist Azərbaycanda 7-9 il müddətinə azadlıqdan məhrum edilib. Üstəlik, jurnalistlər saxta ittihamlarla məhkum ediliblər və müdafiə tərəfinin dediyinə görə, iş üzrə şahidlər isə təzyiqlər altında əvvəlki ifadələrini geri götürüblər və ya təkzib ediblər. Həbs edilən jurnalistlər mütəmadi olaraq Azərbaycan həbsxanalarında mövcud olan qeyri-insani rəftar barədə xəbərdarlıq edirlər.
Avropa İttifaqı jurnalistlərə tətbiq olunan təzyiqi və həbsindən narahatlığını bildirərək, Azərbaycanı çağırıb. “İnsan hüquqlarına və əsas azadlıqlarına hörmət etmək, beynəlxalq öhdəliklərini yerinə yetirmək və bütün jurnalistlər, KİV əməkdaşlarına təhlükəsiz və əlverişli mühiti təmin etmək üçün təcili addımlar atmaq”.
Avropa İttifaqının bu bəyanatından sonra, Azərbaycanda fəaliyyət göstərən müstəqil xəbər saytı hesab edilən AbzasMedia-nın jurnalistləri və əməkdaşlarına iyun ayının 20-də hökm oxunub. Bakının Ağır Cinayətlər məhkəməsinin hökmü ilə “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafız Babalı, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“AbzasMedia”-nın jurnalistləri hələ də 2023-cü ilin sonunda, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə isə 2024-cü ilin may ayında həbs olunublar. “AbzasMedia” “Azadlıq Radiosu”nun jurnalistinin onların əməkdaşı olmadığını bildirsə də, Mehralızadə həmin cinayət işi üzrə həbs edilib. Jurnalist qeyd edib ki, “Azadlıq Radiosunda” apardığı iqtisadi araşdırmalara görə təqib olunur. Jurnalist bildirib. “Prokurorluq məni həm də “AbzasMedia”ya işçi “təyin edib” mən orada guya iqtisadçı ekspert idim, ofisdə işləyirdim. Bu iddiaların hər ikisi də saxtadır”.
Həbs olunanlar “valyuta qaçaqmalçılığı”, “çirkli pulların yuyulması”, “vergidən yayınma” və “sənəd saxtakarlığı”da ittiham olunublar. Yuxarıdakılar onlara qarşı irəli sürülən ittihamları rədd edərək, həbslərin onların korrupsiya ilə əlaqəli araşdırmaları ilə bağlı siyasi təqib olduğunu bildirirlər. Xüsusilə, araşdırma “2020-ci il müharibəsindən sonra Dağlıq Qarabağda aparılan yenidənqurma işləri, habelə dövlətə bağlı şirkətlərin qeyri-qanuni maliyyə şəbəkələri haqqında məlumatlarla bağlıdır”.
“...Qanun aliliyinə və məhkəmələrin müstəqilliyinə hörmət etməyən ölkələrdə, məhkəmə prosesləri avtoritar hakimiyyətin saxta təbəssümündən başqa bir şey deyil”,-məhkəmə prosesində Mehralızadə yekun çıxışında bildirib, əlavə edərək-hökmü hakimlərin deyil, həbs qərarı verənlərin olacaq.
Azərbaycanda jurnalistlərə tətbiq edilən təzyiqlərə və son həbslərə bir sıra beynəlxalq insan haqları təşkilatları reaksiya verərək daha sərt bəyanatlarla çıxış edib.
Amnesty İnternational nüfuzlu insan haqları təşkilatının bəyanatında denilir- “AbzasMedia-ya qarşı iş Azərbaycan məhkəmə sisteminin ölkədə müstəqil jurnalistikanı susdurmaq üçün silah kimi istifdə olunmasının nümunəsidir”. Yuxarıdakı qeyd edib ki, Azərbaycanda siyasi təzyiqlər hədsizdir, lakin beynəlxalq ictimaiyyətin birgə, prinsipal mövqeyi yoxdur.
Sərhədsiz Reportyorlar (RSF) təşkilatı da məhkəmənin qərarını pisləyib və qeyd edib ki, “bu, hakimiyyətin müstəqil mətbuata sistematik təzyiqinin simvoludur”.
“Hakimiyyət ölkədə müstəqil jurnalistikanın qalıqlarını aradan qaldırmaq niyyətindədir”,-Azərbaycanda söz azadlığın və mediaya qarşı repressiyaları Jurnalistləri Müdafiə Komitəsi (CPJ) belə təqdim edib.
Beynəlxalq Mətbuat İnstitutu (BMİ) da çıxarılan hökmləri pisləyərək bildirib ki, jurnalistlərin yeganə “cinayəti” Azərbaycanın hakim elitasının irimiqyaslı korrupsiya sövdələşmələrində iştirakını ifşa etməkdir.
Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) bəyanatına görə, jurnalistlərin həbsi hökumətyönlü dairələrin iştirakı ilə korrupsiya faktlarını ifşa etdiyinə hakimiyyətin qisasıdır.
Beynəlxalq təşkilatlar həm də azərbaycanlı fəal Bəhruz Səmədova istinad edib, o iyun ayının 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Səmədov dövlətə xəyanətdə, xüsusən də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub. Səmədov və onun müdafiəçiləri ittihamı rədd edərək idda ediblər ki, həbsin əsl səbəbi fəalın pasifist və müharibə əleyhinə yazılarıdır, “bu, məhkəmə işinin materiallarında öz əksini tapıb”.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü ilin illik hesabatına görə, Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə dünyada ən pis göstəriciyə malik ölkələr sırasında 10-cu yerindədir.
Sərhədsiz Reportyorlar (RSF) təşkilatı qeyd edib ki, Azərbaycanda mətbuat azadlığı indeksi getdikcə aşağı düşür. Təşkilatın Mətbuat azadlığının indeksinə görə, 2024-cü ildə Azərbaycan dünyanın 180 ölkəsi arasında 164-cü, 2025-ci ildə isə 167-ci yerdədir.
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” QHT-nin iyun ayında yaydığı məlumatlara görə, Azərbaycanda həbsdə olan jurnalist və blogerlərin sayı 29 nəfərdir. Avropa Şurasının “Jurnalistlərin Təhlükəsizliyi Platforması”nın məlumatına görə, hazırda həbsdə olan jurnalistlərin sayı 36-ya çatır. Bu göstərici Azərbaycanın təşkilata üzv olduğu 2001-ci ildən etibarən, Avropa Şurasına üzv ölkələr arasında ən yüksək göstəricidir.
Beynəlxalq təpkilərə və çağırışlara baxmayaraq, Azərbaycan hakimiyyəti öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və fundamental insan hüquqlarına məhəl qoymamağa davam edir. Beynəlxalq təşkilatlar sadəcə narahatlıq ifadə edən bəyanatlarla kifayətləndiyi halda, Bakı öz hərəkətlərində daha da həyasızlaşır-azad söz, vətəndaş cəmiyyəti və jurnalistika fəaliyyətinə nəzarətini sərtləşdirir.