2025
Hələ 1998-ci ilin iyun ayının 8-də Azərbaycan prezidenti Heydəör Əliyev ilk dəfə “İnsan hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir. Prezidentin sərəncamı ilə 2007-ci ildən etibarən iyun ayının 18-i Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd edilir.
Onilliklər ərzində baş verən İnsan hüquqlarının pozulması fonunda günün məntiqi çərçivəsində Bakıda “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda ombudsmanların Beynəlxalq simpoziumu keçrilib. Simpozium çərçivəsində yerli və xarici ekspertlərin, ombudsmanların və insan hüquqları üzrə milli institutların rəhbərlərinin iştirakı ilə qeyd olunan mövzularında panel müzakirələri keçirilmişdir: “Ombudsmanlar və insan hüquqları üzrə milli institutlar vasitəsilə konstitusiya hüquqlarının təmin edilməsi”, “Hamı üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çağırışlar”, “Qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı və müsbət təcrübənin möhkəmləndirilməsi”.
Bakıda belə bir tədbirin keçirilməsi gülüncdür. Birincisi, Azərbaycan prezidenti İlham Əliyev müraciətində “insan hüquqlarını reallaşdırmaq” adı altında Ermənistanı növbəti dəfə “Qərbi Azərbaycan” adlandırıb. Bununla o,Ermənistana təhdidlər səsləndirərək, faktiki olaraq, regionun tarixi keçmişinin obyektiv həqiqətlərini hədəfə alıb.
Digər tərəfdən, artıq onilliklərdir ki, Azərbaycan insan hüquq və azadlıqlarının pozulması sahəsində beynəlxalq aləmdə aydın şəkildə təsdiqlənmiş lider mövqeyini davamlı olaraq “saxlayır”.
Belə ki, Human Rights Watch, Amnesty International və çoxsaylı digər beynəlxalq insan haqları təşkilatları, eləcə də ABŞ Dövlət Departamenti öz hesabatlarında dəfələrlə Azərbaycanda insan hüquqlarının müdafiəsi və ümumiyyətlə, qanunun aliliyi ilə bağlı öz narahatlıqlarını bildiriblər. 2025-ci ilin vəziyyəti ilə “Freedom House” beynəlxalq insan haqları təşkilatı Azərbaycanda siyasi azadlığı mümkün 40 baldan 0, vətəndaş azadlıqlarını mümkün 60 baldan 7 balla, internet azadlığını isə mümkün 100 baldan 34 balla qiymətləndirib. Azərbaycanda ümumi azadlıq indeksi mümkün 100-dən 7-dir ki, bu da Azərbaycanı inamla “Azad olmayan” ölkələr kateqoriyasına daxil edir.
“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının mətbuat azadlığı indeksində Azərbaycan Əfqanıstan və Şimali Koreya kimi ölkələri geridə qoyaraq 180 ölkə arasında 167-ci yerdədir. Belə “parlaq” göstəricilərdən sonra Azərbaycanda insan haqlarına həsr olunmuş tədbirin keçirilməsi insan məntiqinin işlətməsinin bütün mümkün vasitələrindən açıq-aşkar yayınmadır. Azərbaycanda irsi avtoritarizmin nəticəsi olan milli azlıqların zülmünü, gender bərabərsizliyini (xüsusən də qadınlara qarşı zorakılığı), azad mətbuatın, real müxalifətin tamamilə olmamasını, siyasi məhbusları, insan haqlarına elementar hörməti sanki unudublar.
Digər böyük hüquq pozuntular paketi Azəraycan hakimiyyətinin Dağlıq Qarabağ ermənilərinə qarşı hərbi cinayətlərdən tutmuş onların pozulmuş hüquqlarının tanımasının inkarına kimi siyasətidir. Simpozium zamanı Azərbaycan tərəfindən 120 min erməninin 9 ay ərzində blokadada saxlanılması, onların yaşamaq hüququnun birbaşa təhlükə altına atılması məsələsi gündəmə gətirildimi? Qarabağ əhalisinin aylardır minimum həyat şəraitindən, təhsil hüququnun tam təminindən və tibbi xidmətlərə çıxış imkanından məhrum olmasını təqdim edildimi? Bütün bunlarla yanaşı, “xarici ekspertləri, ombudsmanları və insan hüquqları üzrə milli institutların rəhbərlərini” Bakıya dəvət edərkən, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevə onun funksiyalarının yalnız deklorativ xarakter daşıdığını, Azərbaycanda hüquq müdafiəçisi institutunun avtoritarizmin davam etdirilməsi maraqları naminə Əliyev rejiminə xidmət edərək fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını yuxarıdakılarına çatdırmağı lazım bildimi?
Bu cür tədbirin keçirilməsi Azərbaycan cəmiyyətinin yaşadığı və tərbiyə aldığı çirkin əxlaqı ört-basdır etməyə Azərbaycanın ucuz cəhdidir.