2025

Naxicevanın erməni Voğohi və ya Ağahetsik kəndi

Naxicevanın erməni Voğohi və ya Ağahetsik kəndi hazırda Ələhi[1] adlanır və Ordubad rayonunun Bist kəndinin inzibati ərazisinə daxil olur. Ələhi dialekt forması azərbaycanlıların tələffüz etdiyi sözün əsasını təşkil edən Voğohi kənd adının Ağahi variantından yaranmışdır. Demək ki, “azərbaycanca” adı da erməni adı üzərində qurulub. Gevond Alişan kənd adını “Aleağu” və ya “Ğeamani” kimi də qeyd edir. 1870-ci illərdə kənddə 30-dan çox erməni ailə yaşayırdı.

13-cü əsrə aid vergi siyahısına görə, Voğohi Tatev Monastırına 12 vahid “dram” vergi odəyib.

19-cu əsrin əvvəllərində İranın Məzənabad, Qaradağ və Salmast yaşayış məntəqələrindən köçən ermənilər Voğohidə məskunlaşıblar. Lakin 1989-cu ildə ermənilər kəndi tərk etməyə məcbur oldular.

Bu yaşayış məntəqəsi təbii mineral bulaqları ilə məşhur idi. Alişan Voğohinin yaxınlığında minerlal bulaq-turşulu su barədə qeyd edib. Kənd öz körpüsü, Müqəddəs Stepanos kilsəsi, Müqəddəs Xaç monastırı ilə məşhur idi. Bundan əlavə, A.Ayvazyan Naxicevanın litoqrafiya irsinə həsr olunmuş kitabında Surb (Müqəddəs) Xaçın görkəmli monastır kompleksi olduğunu, onun xarabalıqlarının yerində 19-cu əsrin ortalarına qədər daimi kilsənin olduğunu qeyd edir. Kəndin Müqəddəs Stepanos kilsəsində qorunan kitabəyə görə, 17-ci əsrdə Müqəddəs Xaç monastırının geniş əraziləri olub. Azərbaycanlılar tərəfindən məhv edilmiş kənd qəbiristanlığında erməni yazıları olan qəbir daşları tapılıb.

Voğohililər hazırda Yerevanda, Vayots Dzor mərzin Goğtanik kəndində yaşayırlar və xəyal edirlər ki, tarixi ədalət bərpa olunacaq və onlar öz doğma kəndlərinə qayıdacaqlar.

Ədəbiyyat:

  1. Alişan, Sisakan, Venesiya, 1898.

Ermənistanın və ətraf rayonların yer adlarının lüğəti, T.X. Akopyan, St. T. Melik-Baxşyan, H.X. Barseqyan tərtib etdilər, cild 4, Yerevan, 1998.

A.Ayvazyan, Naxicevanın litoqrafiya irsi, Qoğtn əyaləti (bölgə), cild C, Yerevan, 2007.

M.Zakaryan, Aqulisin ləhcəsi, Yerevan, 2008.

[1] Ağahetsik kəndi hazırda Ələhi adlanır.

Telegram kanalımıza abunə olun