2025

Azərbaycan polisinin cəzasızlığının bahası

Azərbaycan cəmiyyətində 17 yaşlı Elgün İbrahimovun ölümü geniş əks-sədaya səbəb olub. Yayılan söz-söhbətlərə görə, gənc oğlan narkotik daşıyan polis əməkdaşlarını lentə alıb. Müxalifətçi bloger Manaf Cəlilzadənin sözlərinə görə, polis gənci görüb, onu təqib edib, döyüb və gözlərini çıxarıb. Cinayəti ört-basdır etməyə polis baş verəni intihar kimi təqdim edərək 17 yaşlı Elgünü yataqxananın 5-ci mərtəbəsinin eyvanından aşağı atıb.

Oğlanın qohumları intihar versiyasını istisna edərək döyüldüyünü və başının sındığını iddia edirlər. Hadisədən həftələr sonra, Azərbaycanın Baş Prokurorluğu, Daxilli İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq, qətl versiyasını təkzib ediblər. Yuxarıdakıların idddia etdiklərinə görə, İbrahimovun bədənində zorakılıq əlamətləri aşkar edilməyib və guya gənc oğlan hündürlükdən yıxılaraq aldığı xəsərətlərdən xəstəxanada ölüb.

Güc strukturları rəsmi açıqlama yaymazdan əvvəl Gəncə xəstəxanasından bildirilib ki, oğlan xəstəxanaya döyülmüş vəziyyətdə, qapalı kəllə-beyin travması, qarın və bədənin müxtəlif nahiyələri xəsarətləri ilə gətirilib.

Azərbaycan hüquq-mühafizə orqanlarına ictimai inamsızlıq o qədər böyükdür ki, blogger Tural Sadıqlı rəsmi açıqlamanın məzmununa baxmayaraq, Elgünün qatilinin adını bildirən hər kəsə 5 min avro vəd edib.

Elgünün ölümü ilə bağlı bukletlərin paylamasına görə ictimai fəal Nicat Əmiraslanov saxlanılaraq xuliqanlıq maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.

Uşaqların Müdafiəsi Günündə Bakıda bir qrup gənc “İbrahimov üçün ədalət” şüarı ilə aksiya keçirib, yoldan keçənlərə vərəqələr paylayıb, küçələrdə plakatlar asıb, ictimaiyyəti susmamağa, hüquq-mühafizə orqanlarını isə ədalətli araşdırma aparmağa çağırıb.

Mülki geyimli polislər aksiyanı dağıtmaqla yanaşı, aksiya iştirakçılarını və bütün bunları lentə alanları həbs ediblər. Qeyri-rəsmi məlumatlara görə, həbs olanların sayı 60-ı ötüb. Həbs edilənlər arasında polis əməkdaşları tərəfindən cinsi xarakterli təhqirlərə məruz qalan yeniyetmələr, gənc qızlar da olub.

Etirazçıların telefonları müsadirə edilib, .şəxsi mesajlar və kontaktlar yoxlanılıb, sosial media hesablarının parolları sındırılıb. Həbs edilənlərlə təmasda olan şəxslərlə Daxilli İşlər Nazirliyinin loqosu və polis şəkilləri olan saxta hesablardan aşağıdakı məzmunda elektron məktublar daxil olub. “Şərhlərdə siz çox fəal və iddialısınız, mənə problem yaratmayın”.

Hüquq müdafiəçisi Gülnarə Mehdiyevanın sözlərinə görə, həbs edilənlərdən bəziləri sərbəst buraxılsa da, telefonları geri qaytarılmayıb. Hüquq müdafiəçisi vurğulayıb. “Onların dəqiq sayı məlum deyil, çünki ölkədə baş verənləri lentə ala biləcək müstəqil jurnalist yox idi”.

Hələ 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, etiraz aksiyaları zamanı insanlara zorakılıq edən heç bir polis əməkdaşı öz “peşə borcunu” yerinə yetirdiyinə və “qanunsuz, cinayət əməllərinin qarşısını almağa” görə cəzalandırılmayacaq. 2013-cü ildə Əliyev “heç bir hüquq-mühafizə orqanının əməkdaşı cəzalandırılmayacaq” sözlərini yenidən təsdiqlədi.

Demək ki, Azəraycan prezidentinin fikrincə, dinc etiraz aksiyaları cinayət əməlləridir, hüquq-mühafizə orqanlarının isə narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması, insanlara işgəncə verməsi, onların hüquqlarının pozulması “peşə borcu”nun bir hissəsi kimi qəbul edilir.

Telegram kanalımıza abunə olun